«Mən yetim indi nə edim?»
Keçirdiyi ürək əməliyyatından 3 gün sonra Çovdarov tərəfindən döyülən adamı ifadəsini geri götürüb
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Akif Çovdarov ölüm ayağında
Ləğv edilmiş Nazirliyin həbsdə olan sabiq rəisi tibb məntəqəsinə köçürülüb
-
«Reket»in beləsi görülməyib
Seks videoları ilə şantaj, məmurların hədələnməsi, daha nələr...
-
«Mən Eldar Mahmudovun üzünə durmamışam»
Akif Çovdarov: «Əleyhinə də heç bir ifadə verməmişəm»
-
Keçmiş nazir üzə çıxdı
Eldar Mahmudovun vəzifədən azad olunduqdan sonra ilk fotosu
-
Mahmudov həbsə gedir?
MTN istintaqında şok hadisə «qara kassa» tutuldu; niyə məhz indi?
-
Eldar Mahmudov Baş Prokurorluğa çağırıldı
Sabiq MTN rəhbəri keçmiş köməkçisinin həbsi ilə əlaqədar dindirilib
-
Çovdarova 12 il həbs verildi
Keçmiş MTN məmuru hər şeyini itirdi - 19 mükafat, bir orden, iki medal, general-mayor rütbəsi alındı və 33 milyonluq əmlakı isə müsadirə olunacaq
-
«Özümü öldürmək istədim ...»
Çovdarov: «... amma fikirləşdim ki, ...»
-
«Böhtan və yalanın dəhşəti ondadır ki...»
4 il cəza alan polkovnik Herodotdan sitat gətirdi
-
Tağı Əhmədovun başı dərddə
Məhkəmə «Bakı Metropoliteni»nin sabiq rəisi ilə bağlı xüsusi qərardad çıxara bilər
-
Materialları diskdən necə silinib?
Çovdarovun cinayət işində Tağı Əhmədovun oğlu ilə bağlı müəmma...
-
«İstəsəm ölkədən elə qaçardım ki, izimi-tozumu tapa bilməzdilər»
MTN-in Antiterror Mərkəzinin sabiq rəisi, həbsdəki general Elçin Quliyevdən «çox şeyi danışacam» anonsu
-
Susmaq razılıq əlamətidir?
Tağı Əhmədovun korrupsiya pullarını hara xərcləməsi haqda ilginc dosye; ortalıqda 200 milyon dollarlıq korrupsiya faktlar var
-
«Əl çəkin məndən...»
Tağı Əhmədov: «... İmkan verin işimi görüm»
-
«Nə qədər şər-böhtan demək olar?»
Tağı Əhmədovun həyat yoldaşı ərinin milyonları barədə
-
Əhmədovun əmlakı Trampdan çox imiş
«Təxmini 200 milyon mənimsəmişdi, dərindən yoxlanılsaydı, bu rəqəm bir neçə dəfə arta bilərdi»
Bu gün Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı davam etdirilib.
Prosesin başlanması, adəti üzrə, yenə gecikdi. Saat 11:50-də məhkəmə iclasına sədrlik edən hakim Həbib Həsənov təqsirləndirilən Akif Çovdarovun üç vəkilindən heç birinin prosesdə iştirak etməməsi üzündən 10 dəqiqəlik fasilə elan etdi. Fasilədə vəkil Şahin Rəfiyev, daha sonra isə Kamandar Nəsibov və Sadiq Rəsulov özlərini məhkəmə zalına çatdırdıqlarından, iclas başlandı.
Bu gün prosesdə yalnız zərərçəkmiş Mübariz Məmmədovun iddiası üzrə ötən iclasdan yarımçıq qalmış epizoda baxıldı.
18 sot torpaq kimindir?
Xatırlatmaq yerinə düşər ki, son iclasda zərərçəkmiş Mübariz Məmmədov ittiham aktındakı ifadəsini təsdiqləmiş, lakin şikayətini geri götürməsi barədə absurd qərar verdiyini bildirmişdi.
Vəkillərin suallarına cavab verən M.Məmmədov bildirdi ki, 18 sotluq torpaq sahəsini Səbail rayon İcra Hakimiyyətindən 1990-cı illərin ortalarında icra başçısının imzaladığı sərəncam əsasında alıb. Sonradan həmin torpaq sahəsində Gənclər və İdman Nazirliyi ilə Bakı Şəhər İcra Hakimiyyəti tikinti işləri aparmağa başlayıb. Torpaq üzərində keçərli mülkiyyət hüququ haqqında sənədi olmayan zərərçəkmiş məhkəməyə müraciət edərək, sərəncamla ona verilmiş sahəni kadastra daxil etməyə müvəffəq olub. Elə bu vaxt Rafiq Tağıyev adlı şəxs ona 300 min manat beh verərək, 1 milyon 265 min manat qiymət qoyulmuş torpaq sahəsini almaq istədiyini bildirib. Qeyd olunmalıdır ki, torpaq sahəsi Mübariz Məmmədovun həmtəsisçisi olduğu «MMM» Məhdud Məsuliyyətli Müəssisəyə aid olub.
Bir müddət sonra Mübariz Məmmədov torpağa görə pulun yerdə qalan hissəsini tələb etdikdə, işə general Akif Çovdarov qoşulub və sahibkarın MTN-ə «ayağı açılıb».
Çovdarov əməliyyatdan yeni çıxmış adamı döyüb
Zərərçəkmiş suallara cavabında bildirdi ki, MTN-ə dəvət olunduğu günlərin birində general Akif Çovdarov öz iş otağında ona yaxınlaşaraq sinəsinə yumruqla iki dəfə zərbə endirib və Mübariz Məmmədov huşunu itirərək yerə yıxılıb.
M.Məmmədovun sözlərinə görə, bundan 3-4 gün əvvəl o, ürəyində cərrahiyyə əməliyyatı keçiribmiş. Özünə gətiriləndən sonra zərərçəkmiş xəstəxanaya aparılıb.
İstintaqa ifadəsində təqsirləndirilən Səlim Məmmədov tərəfindən də döyüldüyünü bildirmiş zərərçəkmiş bu dəfə həmin sözünü geri götürüb və bildirib ki, Səlim Məmmədov ona yerə yıxılandan sonra su verib.
Maraqlı faktlardan biri də odur ki, istintaqın gedişində Akif Çovdarovla üzləşdirildikdən sonra Mübariz Məmmədov ifadəsini geri götürdüyünü bildirib.
General qonşusunu MTN-ə niyə çağırıb?
Epizodla bağlı təqsirləndirilən Akif Çovdarov izahat vermək istədiyini bildirdi. Söz alan general şüşə qəfəsdəki yerindən dedi:
«Mübarizi çoxdan tanıyıram. Evimin yanında ofisi var idi. Aramızda 30 metr ancaq olardı. Bir vaxtlar bu Mübariz elə pullar qazanırdı ki, heç bu məhkəmə binasına yığıb yığışdırmaq olmazdı o pulları. Amma özü və qardaşları o pulları yaxşı idarə edə bilmədilər.
Həmin torpaq sahəsinin problemli olduğunu bilirdim. Rafiqə də dedim ki, almasın. Amma sonradan eşitdim ki, danışıblar, beh də verilib.
MTN-ə Mübarizi general kimi dəvət etməmişəm, Akif kimi çağırmışam söhbət edək. Çünki görürdüm ki, ortada yalan var, mənə yalan deyilir. Bu respublikada məni aldatmağa heç kimin «duxu» (burada: hünəri – red.) çatmaz.
Əslində, Mübariz bu işdə sadəcə pul qazanıb. Adına olmayan torpağı adına saldırmışıq, özünə də pul vermişik. Torpaq Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilmişdi».
Burada haşiyə çıxaraq, generalın çıxışındakı bəzi məqamların məntiqə uyğun gəlmədiyini bildirmək lazımdır. Birincisi, Akif kimi qonşusunu MTN-ə dəvət edən general onunla elə evinin qarşısında, yaxud evinə çağıraraq, 30 metr aralıda olan Mübariz Məmmədovun ofisinə gedərək söhbət edə bilməzdimi? İkincisi, aldatmağa heç kimin «duxu» çatmayan Akif Çovdarov kiminsə əli ilə torpaq alırdısa, onu niyə Mübariz Məmmədovun adına keçirib sonradan həmin adama xeyli məbləğdə «xeyir» verirdi? Elə birbaşa Bakı Şəhər İcra Hakimiyyətindən ala bilməzdimi? Bu suallar məhkəmədə səslənmədi.
Şahidlər deməyə söz tapmadı
İfadəsini qüvvədə saxlayaraq, şikayətini geri götürən zərərçəkmişin epizodu üzrə şahidlər də orijinallıqları ilə seçildilər. Belə ki, onların deməyə elə bir sözü də yox idi.
Təcili yardımın həkimi və döyülmə hadisəsinə 3-4 gün qalmış zərərçəkmişi əməliyyat etmiş cərrah bildirdilər ki, üstündən 2 ildən artıq vaxt keçdiyi üçün Mübariz Məmmədovu xatırlaya bilmirlər. Vəkil Cavid Rzazadənin sualına cavab olaraq cərrah dedi ki, həmin əməliyyatdan 3-4 gün sonra sinəyə vurulan zərbə ağır nəticələrə, hətta aortanın cırılmasına belə səbəb ola bilər. Amma təbabət, xüsusilə proqnoz baxımından dəqiq elm olmadığına görə, səbəb olmaya da bilər.
O vaxt MTN-də işləmiş və Mübariz Məmmədovu təqsirləndirilən Akif Çovdarovun qəbul otağına qədər müşayiət etmiş şahidlər də zərərçəkmişi tanımadıqlarını və bunun ən adi prosedur qayda olduğunu bildirdilər.
Akif Çovdarov: «Mən yetim indi nə edim?»
Dindirmək üçün başqa zərərçəkmiş və şahid olmadığına görə sədr Həbib Həsənov prosesi yekunlaşdırmaq istəyən zaman təqsirləndirilən Akif Çovdarov yenidən söz istədi:
«Cənab hakim, bu tibbi ekspertizanın cavabı verilmir, rəy olmadığına görə biz də nə şikayət verə bilirik, nə də digər ekspertiza təyin edə bilirik. İndi mən yetim nə edim?»
Hakim Həbib Həsənov məhkəməyə aid olan hissədə mümkün olan hər şeyin edildiyini bildirdi və ekspertizanın rəyini gözləməyi məsləhət bildi.
Məhkəmə çərşənbə günü, fevralın 1-nə təxirə salındı.