General Mövlam Şıxəliyev məhkəmədən niyə qaçır?
«Çanaqqala» restoranının sahibi «MTN işi» ilə bağlı ifadə verdi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Akif Çovdarov ölüm ayağında
Ləğv edilmiş Nazirliyin həbsdə olan sabiq rəisi tibb məntəqəsinə köçürülüb
-
«Reket»in beləsi görülməyib
Seks videoları ilə şantaj, məmurların hədələnməsi, daha nələr...
-
«Mən Eldar Mahmudovun üzünə durmamışam»
Akif Çovdarov: «Əleyhinə də heç bir ifadə verməmişəm»
-
Keçmiş nazir üzə çıxdı
Eldar Mahmudovun vəzifədən azad olunduqdan sonra ilk fotosu
-
Mahmudov həbsə gedir?
MTN istintaqında şok hadisə «qara kassa» tutuldu; niyə məhz indi?
-
Eldar Mahmudov Baş Prokurorluğa çağırıldı
Sabiq MTN rəhbəri keçmiş köməkçisinin həbsi ilə əlaqədar dindirilib
-
Çovdarova 12 il həbs verildi
Keçmiş MTN məmuru hər şeyini itirdi - 19 mükafat, bir orden, iki medal, general-mayor rütbəsi alındı və 33 milyonluq əmlakı isə müsadirə olunacaq
-
«Özümü öldürmək istədim ...»
Çovdarov: «... amma fikirləşdim ki, ...»
-
«Böhtan və yalanın dəhşəti ondadır ki...»
4 il cəza alan polkovnik Herodotdan sitat gətirdi
-
Tağı Əhmədovun başı dərddə
Məhkəmə «Bakı Metropoliteni»nin sabiq rəisi ilə bağlı xüsusi qərardad çıxara bilər
-
Materialları diskdən necə silinib?
Çovdarovun cinayət işində Tağı Əhmədovun oğlu ilə bağlı müəmma...
-
«İstəsəm ölkədən elə qaçardım ki, izimi-tozumu tapa bilməzdilər»
MTN-in Antiterror Mərkəzinin sabiq rəisi, həbsdəki general Elçin Quliyevdən «çox şeyi danışacam» anonsu
-
Susmaq razılıq əlamətidir?
Tağı Əhmədovun korrupsiya pullarını hara xərcləməsi haqda ilginc dosye; ortalıqda 200 milyon dollarlıq korrupsiya faktlar var
-
«Əl çəkin məndən...»
Tağı Əhmədov: «... İmkan verin işimi görüm»
-
«Nə qədər şər-böhtan demək olar?»
Tağı Əhmədovun həyat yoldaşı ərinin milyonları barədə
-
Əhmədovun əmlakı Trampdan çox imiş
«Təxmini 200 milyon mənimsəmişdi, dərindən yoxlanılsaydı, bu rəqəm bir neçə dəfə arta bilərdi»
Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin İbtidai istintaq idarəsinin 2-ci şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
«Report»un xəbərinə görə, Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsdən onun vəkillərindən biri olan Cahangir Cavadova etiraz edib-etməməsi ilə bağlı sual verilib.
V.Ələkbərov vəkilinə etiraz etməyib. Zərərçəkmiş Nizami Kazımovun hüquqşünası isə qeyd edib ki, C.Cavadov təqsirləndirilən V.Ələkbərovu müdafiə edə bilməz. Onun sözlərinə görə, 2008-ci ildə N.Kazımov həbs olunan zaman C.Cavadov onun müdafiəçisi olub. N.Kazımovun özü də bu faktı təsdiqləyib.
Hakim hazırkı mərhələdə C.Cavadovun məhkəmədə iştirak etmədyini söyləyib.
V.Ələkbərov isə vəkilindən imtina etmədiyini qeyd edib.
Hakim deyib ki, bu işə qanunla nəzərdə tutulmuş qaydada baxılır və obyektiv, hərtərəfli məhkəmə araşdırması aparılır: «Vəkilin prosesdə iştirak edib-etməməsinə, həmçinin təqsirləndirilən şəxsi müdafiə etməsi məsələsinə növbəti məhkəmə iclaslarında baxılacaq».
Daha sonra V.Ələkbərov həbs qərarının ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatət verib.
Vəsatət təmin edilməyib.
Daha sonra məhkəmədə elan olunub ki, prosesə zərərçəkmiş N.Kazımovun epizodu üzrə adı keçən şahidlər gəlib: «Lakin bu iş üzrə adı keçən MTN-nin baş istintaq idarəsinin rəisi olmuş, general Mövlam Şıxəliyevin iki telefonundan heç birinə zəng çatmayıb, bu səbəbdən onun məhkəməyə gəlməsini müəyyən etmək mümkün olmayıb. Şahid, «Texnikabank» ASC-nin rəhbəri Etibar Əliyevlə əlaqə saxlamışıq, o, məhkəməyə gəlməyəcəyini bildirib. Həbsdə olan Zal Yusifovun da məhkəməyə gətirilməsi mümkün olmayıb».
Prosesdə zərərçəkmiş N.Kazımovun qudası, «Çanaqqala» restoranını sahibi Tahir Əbdülqasımov şahid qismində ifadə verib. O, N.Kazımov həbs olunan zaman Azərbaycandan kənarda olduğunu deyib: «Azərbaycana qayıdandan sonra Nizaminin həbs edildiyini eşitdim. Dedilər ki, banka pul qoyub, buna görə də həbs olunub. Əvvəl buna inanmadım, Nizaminin dilindən eşidəndən sonra deyilənlərin düzgün olduğunu bildim. Nizami həbsdən azad edilməsi üçün 2 milyon dollar istədiklərini dedi. Həmçinin o, bankda pulu batdığını söylədi. Vüsal Ələkbərova isə ilkin olaraq 1 milyon dollar verildi. Pulu MTN-nin binasının yanına 4 nəfər apardıq. Oradan telefonla dedilər ki, pulu bir nəfər gətirsin, oğlum Samir də çantada olan pulu apardı. Həmin vaxt Vüsal Ələkbərovu uzaqdan gördüm. Sonra Nizami azadlığa çıxdı. Vüsal Ələkbərov qalan pulu da verməyi tələb etdi».
Bundan sonra şahid dövlət ittihamçısının suallarını cavablandırıb. T.Əbdülqasımovun sözlərinə görə, banka oğlunun adına 704 min avro qoyulub: «1 milyon dolların toplanması üçün məndə 500 min dollara yaxın pul qoymuşam. 1 milyon dolları toplayaraq Vüsal Ələkbərova vermişik. Biz pulu aparanda oğlum Samir, sürücüm Vüqar və mühafizəçim Şahin də orada olub».
T.Əbdülqasımov bildirib ki, V.Ələkbərovun qanunsuz hərəkətləri ilə bağlı həmin zaman müvafiq qurumlara müraciət etməyiblər: «Nizami Kazımovun həbsdən azad edilməsi üçün 2 milyon dollar verilmədiyi halda, bizi onun 15 ilə qədər azadlıqdan məhrum ediləcəyi ilə hədələdilər».
Daha sonra N.Kazımovun kürəkəni Samir Nadirli şahid qismində dindirilib. O, ifadəsində «Texnikabank»a qoyulan depozit puldan, sonra N.Kazımovun həbs edilməsindən danışıb. Şahidin sözlərinə görə, Vüsal Ələkbərov ondan qayınatasının üzünə durmağı tələb edib. S.Nadirli həmin vəsaiti V.Ələkbərova MTN-nin binasının arxa tərəfində verdiyini təsdiqləyib.
Məhkəmənin növbəti iclası fevralın 9-na təyin edilib.