vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
OLAY  
17:39 | 10 fevral 2017 | Cümə Məqaləyə 2673 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

... BŞİH-də müşavirə

Prezidentin tapşırığı ilə...

MÖVZU İLƏ ƏLAQƏLİ

Fevralın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) geniş müşavirə keçirilib.

«Bakı şəhərində mühəndis-kommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması ilə bağlı bəzi tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 30 dekabr tarixli Fərmanının icrası ilə əlaqədar keçirilən müşavirədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndələri, «Azərişıq», «Azəravtoyol», «Azərsu» ASC-lərin sədrləri, SOCAR-ın «Azəriqaz» İstehsalat Birliyinin rəisi, Bakı şəhəri rayonlarının və Abşeron rayonunun icra hakimiyyətlərinin başçıları, Bakı Apelyasiya Məhkəməsinin, Bakı şəhərinin, paytaxt rayonlarının və Abşeron rayon məhkəmələrinin sədrləri, prokurorları, polis idarələrinin rəisləri, Bakı şəhər rayonlarının və Abşeron Rayon İcra Hakimiyyəti başçılarının qəsəbə, kənd və sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri iştirak ediblər.

Müşavirədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bu sahədəki mövcud vəziyyət, buraxılmış nöqsanlar və görüləcək tədbirlərlə bağlı məlumat verib.

Prezident Administrasiyası rəhbərinin müavini, Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev qeyd olunan Fərmanın icrası ilə əlaqədar qarşıda duran vəzifələrlə bağlı çıxış edib, Azərbaycan Respublikası Prezidentinin tapşırıq və tövsiyələrini müşavirə iştirakçılarına çatdırıb. (AzərTAc)