vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
GÜNDƏM  
13:04 | 19 fevral 2017 | Bazar Məqaləyə 2565 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Biz bölünmüş xalqıq»

Mübariz Qurbanlı: «Dünyada 50 milyondan çox azərbaycanlı var»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Portuqaliyadan Vyetnama qədər 16 ölkədən olan gənclər Multikulturalizm Qış Məktəbinin müdavimidir. Bu, Multikulturalizm Qış Məktəbinin əhəmiyyətinin göstəricisidr».

Bunu bu gün Beynəlxalq Multikulturalizm Qış Məktəbinin 16 ölkədən olan müdavimləri ilə görüşdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib. M. Qurbanlı deyib ki, hər hansı ölkəyə getməzdən öncə internetdə ölkə haqqında məlumatlar axtarılır: «Ölkələr haqqında internet resurslarında yanlış məlumatlar da olur Siz Azərbaycanın bölgələrində, Bakıda olmusunuz. Artıq internetdə hansı yanlış məlumatların olduğunu görürsünüz. Bizim ölkəmiz haqqında yanlış məlumatların yayılmasında maraqlı olan qüvvələr var».

Komitə sədri qeyd edib ki, torpaqlarımızın 20 faizini Ermənistan işğal edib: «Erməni lobbisi internetdə yanlış məlumatlar yaymaqla təcavüzü ört-basdır etmək istəyir. Ona görə də xarici ölkələrdən sizin kimi gənclər qruplarının ölkəmizə gəlməsi çox əhəmiyyətlidir. İnsan bir ölkə barədə məlumatı internetdən, mətbuatdan alırsa, bu, tam məlumat sayıla bilməz. Əsas informasiya mənbəyi insanın öz gözü ilə gördükləridir».

M.Qurbanlı nəzərə çatdırıb ki, dünyada azərbaycanlıların sayı 50 milyondan çoxdur: «Azərbaycanlıların 10 milyon nəfəri şimalda yaşayır. Azərbaycan xalqı bölünmüş xalqdır. 19-cu əsrdə çar Rusiyası və İran arasında imzalanmış müqavilə ilə Azərbaycan iki yerə bölünüb. İran əhalisinin yarısı azərbaycanlıdır. İranın dövlət orqanlarında, parlamentdə azərbaycanlılar təmsil olunur. Bu ölkənin ali dini lideri də milliyətcə azərbaycanlıdır. Azərbaycan dedikdə təkcə şimalı yox, bütün Azərbaycanı nəzərdə tuturuq. Azərbaycan dili türkdilli xalqlar qrupuna aiddir, biz Türkiyədə, İranda, İraqda türkdilli xalqlarla rahat ünsiyyət qura bilirik».

Onin sözlərinə görə, Azərbaycan əhalisinin 96 faizi islam dininə sitayiş edir: «Konstitusiyaya görə Azərbaycan dünyəvi dövlətdir. Azərbaycanda islam dini ilə bərabər xristian, yəhudi və digər dinlərin konfessiyaları fəaliyyət göstərir. Ən qədim dinlərdən olan zərdüştlüyün məbədlərindən biri Azərbaycan ərazisindədir. SSRİ ateist dövlət olduğu üçün Azərbaycanda din təzyiq altında olub, çoxlu sayda məscid, kilsə, sinaqoq dağıdılıb. Yalnız müstəqillikdən sonra dini azadlıq təmin edilib. Bu gün ölkədə 2000 mindən çox məscid var, kilsələr, sinaqoqlar fəaliyyət göstərir. Məscidlər Qafqaz Müsəlmanları İdarəsi tərəfindən idarə olunur, Dövlət Komitəsi ilə dövlət-din münasibətlərini tənzimləyir».