vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
CƏMİYYƏT  
16:37 | 21 iyul 2014 | Bazar ertəsi Məqaləyə 3431 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Mübariz Qurbanlıya vəzifə verildi

YAP-çı deputat DQİDK sədri oldu

MÖVZU İLƏ ƏLAQƏLİ

Prezident İlham Əliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yeni sədrinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sənədə əsasən, Mübariz Qəhrəman oğlu Qurbanlı Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Səyyad Aran Mübariz Qurbanlının quruma sədr təyin olunmasından danışıb.

Aznews.az-a açıqlama verən S. Aran M. Qurbanlının dövlət komitəsinə sədr təyin olunamsını belə dəyərləndirib: «Bu, son illərin ən düzgün və dəqiq təyinatlarından biridir.

Mübariz müəllim ixtisasca politoloqdur, humanitar sahəyə yaxındır. Əminəm ki, bu sahədə də uğurlu və səmərli fəaliyyət göstərəcək.

O Yeni Azərbaycan Partiyasında böyük təcrübə yolu keçib. Bu ona imkan verir ki, komitədə də kifayət qədər uğurlu və fəal çalışsın».

Azərbaycan ictimaiyyətinin böyük əkəsriyyəti Mübariz Qurbanlını kifayət qədər yaxşı tanıyır. Tanımayanlar üçün isə onun avtobioqrafiyasından bəzi məqamları xatırlatmaqla kifayətlənirik: Qurbanlı Mübariz Qəhrəman oğlu 1954-cü il yanvarın 7-də Şəmkir rayonunun Koltəhnəli kəndində anadan olub.

Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib. Tarix elmləri namizədi, dosentdir. Çoxsaylı elmi, elmi-publisistik, nəzəri, politoloji məqalələrin və bir neçə kitabın müəllifidir. Rus dilini bilir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim, baş müəllim, dosent, kafedra müdiri, prorektor vəzifələrində çalışıb. Hazırda elə həmin universitetin dosentidir.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvü, partiyanın icra katibinin müavinidir. Birinci, ikinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. 2010-cu il noyabrın 7-də yenidən deputat seçilib. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür.

Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin üzvü və komitə sədrinin müavinidir.

Evlidir, 2 övladı var.

Virtualaz.org xatırladır ki, qurumun əvvəlki sədri Elşad İskəndərov mayın 2-də prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad olunub.

2012-ci ilin may ayının 31-də vəzifəyə təyin edilən Elşad İskəndərovun iki ili tamam olmamış işdən çıxarılmasının, adının son vaxtlar nurçuların siyahısında çəkilməsi ilə bağlı olduğu bildirilir.

Yeri gəlmişkən, həmin sərəncam verilən ərəfədə haqqin.az və virtualaz.org saytlarının rəhbəri, jurnalist Eynulla Fətullayevin adıçəkilən saytlarda Elşad İskəndərovun fəaliyyəti, nurçuluqla əlaqələri barədə yazısı və eləcə də o şəxslərlə birgə fotoları dərc olunmuşdu. «Ərdoğanın məxfi siyahısındakı ikinci adam - Elşad İsgəndərov» başlıqlı həmin yazıda bildirilirdi ki, E. İsgəndərov nurçulara 2000-ci ildə - Azərbaycanın BMT-dəki nümayəndəliyində birinci katib işləyəndən qoşulub.

Atasının Ayaz Mütəllibov dövründə DTK-nın təsərrüfat idarəsinin rəisi (polkovnik Hüseyn İsgəndərov) işlədiyini yada salan müəllif Dini Komitənin sabiq sədrinin də hələ gənc yaşlarından Azərbaycan KQB-sində işlədiyini qeyd etmişdi. Yazıda o da bildirilirdi ki, E.İsgəndərovun atası Hacı Hüseyn Ayaz Mütəllibovun vaxtında formalaşan şamaxılılar klanının rəhbərlərindən biri olub. «Ancaq hakimiyyətdə qalmaq ona nəsib olmadı, həm də ona görə ki, Heydər Əliyevin tərəfdarları Mütəllibov Ali Sovetinin sessiyasında patriarxın çıxışına səs-küylü etirazını ona - Vaqif Hüseynovun tərəfdaşına bağışlamadılar. Hüseyn İskəndərov Heydər Əliyevin çıxışını «Reqlament!» deyə qışqıraraq kəsənlərdən və parlamentin zalında ayağını yerə döyənlərdən biri idi.

Hüseyn İskəndərovun müxalifətçi Heydər Əliyevə qışqırmağa çalışdığını əks etdirən videokadrlar dövlət telekanalının arxivlərində doludur» - deyə, E.Fətullayev yazmışdı. Bəs E.İskəndərovun karyerası necə və nəyin hesabına irəliləmişdi? Yenə həmin yazıdan sitat: «Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini (DQİDK) ələ keçirmək gülənçilərdən ötrü çox vacib məsələ idi. Bu qurum üzərində nəzarəti ələ almaq Gülən sektasından ötrü hələ Rafiq Əliyev dövründən bəri həyati əhəmiyyətli məsələ idi. Və bu sekta istədiyinə nail oldu. Elşad İskəndərov 2012-ci ildə DQİDK sədri vəzifəsini tutdu»…