vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
ELM-TƏHSİL, DİN  
11:07 | 1 iyun 2017 | Cümə axşamı Məqaləyə 3168 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bunlar dinə əlavə edilən xurafatlardır»

3, 7, 40 mərasimi ilə bağlı fikirlər haçalandı

Günay RƏSULQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sabiq sədri, «İrşad» İslam Araşdırmaları Mərkəzinin direktoru, Rafiq Əliyev Modern.az-a açıqlamasında bildirib ki, 3,7,40 mərasimlərinin keçirilməsi yalnız şəriət qanunlarından irəli gəlir. Onun sözlərinə görə bu mərasimlər azərbaycanlıların İslam dininə gətirdiyi «yenilikdir».

Modern.az saytı bununla bağlı ilahiyyatçıların fikrini öyrənib.


«3, 7, 40 mərasimlərinin keçirilməsi qəbahət deyil»


Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli bildirib ki, belə mərasimlərin keçirilməsində xoşagəlməz nəsə yoxdur: «Bu məsələ ciddi müzakirələrə səbəb olur. Din qaydalarına əsasən, dünyasını dəyişən insan yuyulmalı, kəfənə bükülməli və namaz qılınıb dəfn edilməlidir. Bu dinimizin bizə buyurduğu hökmlərdir. Amma bu o demək deyil ki, əzizini itirən insanlara baş çəkmək olmaz.

Əksinə, bu əməl  müstəhəb və bəyəniləndir. Yaxınını itirən adamı ziyarət etmək, baş sağlığı vermək  onun dərdini yüngülləşdiyi üçün belə mərasimlər keçirilir. Yəni bu, adət-ənənə olsa da, müsbət haldır. Bunu mənfi bir şey kimi təqdim etməyi yanlış hesab edirəm. Yas mərasimlərində israflığa yol vermək tamamilə fərqli mövzudur. Amma düşünürəm ki, 3,7, 40 mərasimlərinin keçirilməsi qəbahət deyil və dində gözəl bir şeydir. Bunu dinə əlavə hesab etmək olmaz. Çünki peyğəmbərimiz də buyurub ki, yaxınını itirmiş insanlara baş çəkin».


«Mərasimlər xalqımızın milli ruhundan süzülüb gələn bir şeydir»


İçərişəhər Cümə məscidinin axundu Hacı Surxay Məmmədli qeyd edib ki, həmin mərasimlər dinimizdə yoxdur: «Bilirsiniz , bu mövzuya hansı kontekstdən yanaşsan, suallar meydana çıxır. Təbii ki, 3, 7, 40 mərasimləri dinimizdə yoxdur, sadəcə adət-ənənələrdir. Mərasimlər Azərbaycan millətinin milli ruhundan süzülüb gələn bir şeydir və qədim tarixə söykənir. Dində bu rəqəmlərlə bağlı konkret ayə olmasa da, bunu hədislərlə izah etmək olar. Sadəcə mən oruc olduğum üçün ehtiyat edirəm.  Çünki bəzən elə hədislərə söykənirsən ki, bəlkə də o, inanca görə düz deyil və orucu batil edir».


«Bu mərasimlərin kökü bəzi məzhəblərdən qaynaqlanıb»


İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənovun sözlərinə görə xalqı belə mərasimlərdən uzaqlaşdırmaq çətin prosesdir:

«Dinimizə görə insan dünyasının dəyişdikdən sonra üç gün ərzində yaxınları ona baş sağlığı verə bilər. Amma 3,7,40 mərasimləri vermək islam qayda-qanunlarında yoxdur. Peyğəmbərimiz, o cümlədən onun ardıcılları da  bunu həyatında tətbiq etməyiblər.  Ancaq islam dini geniş ərazilərə yayılandan sonra müxtəlif millətlər öz adət-ənənələrini islamla əlaqələndirib və bu cür mərasimlər keçiriblər.  Məsələn türklər, farslar və.s.

Belə mərasimlərin kökü bəzi məzhəblərdən qaynaqlanıb. Bu mərasimlər, savab qazanmaq baxımından ölünün adına nəsə etmək adəti bizim, eyni zamanda türk xalqlarının adətlərində var. Hətta bu adət sovet dönəmindən öncə formalaşmağa başlayıb. Düzdür, əvvəllər yaxını ölən insanların yanına gəlib kömək edir, başsağlığı verirdilər. Sovet dövründə isə bu sistem dəyişilib və eyni zamanda israflıq yaranıb».


«Mərasimlərin dünyasını dəyişən şəxslərə heç bir faydası yoxdur»


«Bu mərasimlərin keçirilməsi düzgün deyil. Amma bununla yanaşı, insanların fikrini birdən-birə dəyişmək də  olmaz. Lakin maarifləndirmə sayəsində insanları başa salmaq lazımdır ki, dində belə bir şey yoxdur. Bu mərasimlərin dünyasını dəyişən şəxslərə heç bir faydası yoxdur.

Bunlar sonradan  dinə əlavə edilən xurafatlardır. Bu mərasimlərin  keçirilməsi cəmiyyətin adət-ənənələrinə oturuşub və çıxarmaq çətindir. Yalnız dini maarifləndirmə ilə yavaş-yavaş insanları fikirlərini dəyişmək mümkündür».