vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
MƏHKƏMƏ, İSTİNTAQ  
10:53 | 2 may 2018 | Çərşənbə Məqaləyə 2785 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Elşad Miri həbs oluna bilər

Dini komitə ilahiyyatçı ilə bağlı məhkəməyə müraciət edib

MÖVZU İLƏ ƏLAQƏLİ

İlahiyyatçı Elşad Miri “İslamda yoxdur” adlı kitabına qoyulan qadağaya görə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini verdiyi məhkəmə prosesi may ayının 1-də davam edib.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində hakim Aygün Abdullayevanın sədrliyi ilə baxılan məhkəmə iclasında Komitənin hüquqşünası Xalid Məmmədov tərəfindən Elşad Mirinin sosial şəbəkədəki səhifəsində paylaşdığı iki şəkli hakimə göstərərək məhkəmədən xahiş edib ki, Elşad Miri barəsində Cinayət Məcəlləsinin 167-2-ci maddəsi ilə cinayət işinin başlanması üçün prokurorluğa müraciət edilsin.

İlahiyyatçı isə sonuncu şəklin Azərbaycanda deyil, Özbəkistanda çəkildiyini və Bakıda olarkən şəklin sosial mediaya yükləndiyini qeyd edib.

İddiaçının vəkili Elmar Süleymanov isə Özbəkistanda çəkilmiş şəkili əsas götürərək Elşad Mirini cinayət məsuliyyətinə cəlb etmə cəhdini, Komitəni bu işdə ziddiyyətli və əsassız hesab edərək, Komitənin kitab qadağası ilə bağlı mövqeyinin zəifliyi və iddiaçıya təzyiq üsulu kimi qiymətləndirib.

Qeyd edək ki  CM-nin 167-2-ci maddəsinə əsasən, müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı (kağız və elektron daşıyıcılarında), audio və video materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və ya yayma məqsədi ilə idxal etmə, satma və ya yayma beş min manatdan (5000) yeddi min manatadək (7000) miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etməklə cəzalandırılır.

Vəkil bu məsələyə qiymət verərək qeyd edib ki, İddiaçının dini təyinatlı ədəbiyyatı yayma məqsədi ilə idxal etməsinə, satmasına və ya yaymasına dair heç bir sübut olmadan onu cinayət məsuliyyətinə cəlb etmək təşəbbüsü iddiaçının elmi araşdırmalarının qarşısını almaq, maarifləndirmə işini dayandırmaq və hüquqlarının müdafiəsindən vaz keçmək mesajı kimi qiymətləndirilməlidir.