«Ümid edək, bu insanlar haqlı çıxmayacaq»
«Dini problemlər strateji əhəmiyyətli şəxsin təyinatına səbəb oldu»
Murad ƏHMƏD
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Hansı daha aqressivdir?
Din, yoxsa elm ...
-
“Orta məktəblərdə dindar yetişdirilmir”
Deputatlar dinin məktəblərdə ayrıca tədris olunmasını təhlükə saydılar
-
Məktəblərdə dini biliklər necə veriləcək?
Komitə sədri detalları açıqladı: “Çalışırıq ki, şagirdlərə yanlış fikir çatdırılmasın”
-
“Dini bilikləri dövlət verməsə, başqaları verəcək”
Komitə rəsmisi ajiotaj yaradanları sakitliyə çağırdı
-
Elşad Miri həbs oluna bilər
Dini komitə ilahiyyatçı ilə bağlı məhkəməyə müraciət edib
-
Şeyxin son səlahiyyəti də əlindən alınır
Azərbaycan Türkiyə modelinə keçir; dini fəaliyyətlər böyük ölç üdə dövlətin nəzarətində olacaq; QMİ sədri narazıdır...
-
Azərbaycanda Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılır
Prezident fərman imzaladı
-
«Bunlar dinə əlavə edilən xurafatlardır»
3, 7, 40 mərasimi ilə bağlı fikirlər haçalandı
-
«Dövlətə münasibəti bizi narahat edir…»
Rusiyada qadağan edilən xristian təriqəti Azərbaycanda azaddır
-
«Biz bölünmüş xalqıq»
Mübariz Qurbanlı: «Dünyada 50 milyondan çox azərbaycanlı var»
-
«Siyahı saatbasaat dəyişir»
İlahiyyatçılara zərərli dini kitabları Azərbaycana gətirməyə icazə verilir
-
«İranda olar, Azərbaycanda yox?»
Qalmaqallı qanun qayıdır
-
«Yasdan sonra toylara keçmək lazımdır»
«Birincisi, əhali bu təmtərağı qəbul etmir, ikincisi ...»
-
«Gözüyaşlı idim, ağlayırdım»
«İllərdir danışılsa da, həlli tapılmayan məsələ barədə ciddi addımlar atılır»
-
«Belə hesabatlara etibar etmək olmaz»
Dini Komitənin yeni sədri danışdı
-
«Duaların Tanrı dərgahında...»
Dini komitənin sədri təbrikində «cansağlığı»ndan danışdı
İyulun 21-də Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı prezidentin sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə sədr təyin edildi. Bundan öncəki sədr Elşad İskəndərov bu ilin mayın 2-də vəzifəsindən uzaqlaşdırılıb. Dini ekspert Elşad Miri Hafta.az-a açıqlamasında təyinat haqda fikirlərini bölüşüb. E.Miri bildirib ki, indiyə kimi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Rafiq Əliyevdən başqa dini bilən sədr olmayıb:
«Birinci sədrdən sonra dinlə əlaqəsi olan yaxud dini bilikləri olan şəxsin sədr olduğunu müşahidə etməmişik. Bundan sonra necə olacağını da demək mümkün deyil. Çünki bir insana fəaliyyətinə və əməllərinə görə qiymət verilir. Məsələnin digər tərəfi budur ki, Mübariz Qurbanlı Yeni Azərbaycan Partiyası üçün əsas fiqurlardan biri idi. Onun təyinatı bu deməkdir ki, Dini Komitəyə strateji qurum kimi əhəmiyyət verilir. Bu məsələnin ciddiyyətini göstərir. Amma dini bilən şəxsin olması daha məqsədəuyğun olardı».
Ekspert Dini Komitənin konsepsiyasının olmasının vacib olduğunu deyib: «Bu gün vəziyyət elədir ki, çıxış yolu üçün mütləq bu qurumun özünün konsepsiyası olmalıdır. «Regionların inkişaf planı» kimi dinlə bağlı da hökumətin bir konsepsiyası olmalıdır. Buna uyğun olaraq da addım atılmalıdır ki, dövlətlə dindarlar arasında münasibət düzgün şəkildə qurulsun, dindarların dövlətə güvəni artsın və arxayınlıq olsun. Ümid edirəm ki, bununla bağlı addım atılacaq və nəticə əldə ediləcək».
E.Miri qeyd edib ki, ilk dövrdən sonrakı vaxtlarda baş verən hadisələr bunu deməyə əsas verir ki, dini sahədə müəyyən problemlər strateji əhəmiyyətli şəxsin təyinatına səbəb oldu:
«Son dövrlərdəki Suriya, İŞİD, Fələstin-İsral və ölkə daxilindəki müəyyən məsələlər göstərdi ki, sədr olan insanlar ya Qafqaz Müsəlmanları İdarəsi ilə ayaqlaşmalı ya da öz konsepsiyası üzrə hərəkət etməlidir. Faktiki olaraq ilk sədrin dövründən sonra bu şəkildə davranış görə bilmədik. Ona görə ümid edirəm ki, bu məsələdə şəxslərə bağlı olmadan, Dini Komitəni QMİ-nin şöbəsi halına gətirmədən fəaliyyət göstəriləcək».
Elşad Miri bu sahədə kadr çatışmazlığının olmasına diqqət çəkib: «Təyinat xəbərindən sonra «Facebook»da Mübariz Qurbanlı ilə bağlı müxtəlif şəkillər paylaşıb onun dindən uzaq adam olduğunu göstərməyə çalışırdılar. Ümid edirəm ki, Mübariz Qurbanlı bu insanları haqlı çıxarmayacaq. Amma yenə də məlum olur ki, həm dini, həm də dövlətin bu sahədəki siyasətini bilən adamlarla bağlı bu sahədə kadr çatışmazlığı var».