vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
ELM-TƏHSİL, DİN  
10:55 | 8 iyul 2014 | Çərşənbə axşamı Məqaləyə 2819 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dövlət Komitəsindən saqqallılara cavab

«Məsələlər diqqət mərkəzindədir»

MÖVZU İLƏ ƏLAQƏLİ

Son günlər Azərbaycanda müxtəlif məzhəbə qulluq edən insanlar arasında ixtilafların baş verməsi barəsində mətbuatda məlumatlar yayılır.


Sabirabad və digər rayonlarda vəhhabilər, digər bu təriqətin nümayəndələri arasında ziddiyətlərin yarandığı bildirilir. İnsanlar bu vəziyyətdən çox narahatdırlar.

Bu məlumatlarla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) mətbuat xidmətindən «ANS Press»ə bildirilib ki, komitə ölkədəki dini vəziyyətə nəzarəti həyata keçirir və adıçəkilən məsələlər də diqqət mərkəzindədir. Dövlət Komitəsi bu istiqamətdə araşdırma aparıb müvafiq addımlar atacaq.

«Eyni zamanda bildiririk ki, dini duruma mənfi təsir edə biləcək istənilən addımların qarşısı alınacaq».

Xatırladaq ki, sosial şəbəkələrdə Sabirabadda çəkildiyi iddia edilən bir video yayılıb. Həmin videoda bir qrup şəxs sələfi təriqətinə məxsus şəxsi dövrəyə alıb onun saqqalını qırxdığı əks olunub.