«Axı sən prezidentsən»
İlham Əliyev: «Əgər öz kabinetinə emosiyalarla girəcəksənsə, müvəffəqiyyət yox, xaos yaradacaqsan»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Sülh müqaviləsi 80 faiz razılaşdırılıb”
Prezident İlham Əliyev: “AB Komissiyası Azərbaycanı Avropanın etibarlı tərəfdaş adlandırır”
-
Konsulluq yaxınlığında atışma
Münhendəki İsrailin diplomatik nümayəndəliyi qarşısında silahlı şübhəli güllələnib
-
Prezidentin BƏƏ-nə səfəri
BMT TŞ-da dəstək, Makron-Paşinyan cütlüyünə cavab, İran əleyhinə...
-
Qərbi Azərbaycanda dəyişdirilən türk mənşəli toponimlər
Vaxt gələcək, tarixi yer-yurd adlarımız bərpa olunacaq...
-
Hədəf 15 milyarddır
Türk dövlətləri ilə ticarət rekord həddə
-
Sadəcə, İlham...
Səbirli, heç nəyi əvvəldən açıqlamayan və nəyi nə vaxt edəcəyini bilən ...
-
Azərbaycanda lüks hotellərin daha bir brendi
“The Ritz-Carlton Baku” hotelinin açılışı olub
-
270 yaşlı tarixi abidə
Şəki Xan məscidi kompleksi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub
-
Dünya İrsi Siyahısındakı “Yuxarı Baş”
Qoruqdakı təmir-bərpa işləri sayəsində Şəkinin tarixi mərkəzi bütün zənginliyi ilə göz oxşayacaq
-
Aİ ilə Fransanın fərqi ...
Avropa separatizmdən yarasa işıqdan qorxan kimi qorxur
-
Bakı Vaşinqtonu inandıra bilsə, ...
İranın vurulması Zəngəzurdan başlamalıdır
-
Putin narahatdır
Doqquz gündə üçüncü zəng nələrinsə plan üzrə getmədiyini göstərir
-
Prezidentdən mühüm mesajlar
Brüssel görüşündən imtina, İrana gözdağı, Zəngəzur dəhlizi ilə bağlı yekun fikir
-
O tayın və bu tayın lideri
İlham Əliyev Helmut Kolun yolunu gedir – hamını inandırmaq
-
Əliyev açıq danışdı
İran təxribatlarından sonra ilk dəfə hər şeyi öz adı ilə adlandırıldı
-
Gərgin mərhələyə qədəm qoyuruq
“Güney azərbaycanlıların hüquqları məsələsi İranın daxili işidir” dövrü geridə qaldı
«Mən prezident Ərdoğanla və prezident Putinlə danışırdım. Mən bilirəm ki, prezident Nursultan Nazarbayev də bu işdə vasitəçi kimi fəal iştirak edirdi və böyük uğura nail oldu. Əlbəttə, bu ictimai müzakirə üçün deyil, amma şəxsən mən bilirəm ki, onlara normallaşmaya gəlmək necə çətin idi. Həmin fakt göstərdi ki, bu siyasətçilər praqmatizmi rəhbər tuturlar, emosiyaları yox, hansıları ki, kabinetin qapısı arxasında qoymaq lazımdır, axı sən prezidentsən, əgər sən kabinetə emosiyalarla girəcəksənsə, müvəffəqiyyət qazanmayacaqsan, öz ölkəndə və regionda yalnız xaos yaradacaqsan».
Virtualaz.org «Vestnik Kafkaza» agentliyi Avropa bürosunun rəhbəri Orxan Sattarova istinadən bildirir ki, bunu Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində «Avrasiyanın Gizli problemləri» mövzusunda keçirilən müzakirələrdə aparıcının təyyarənin vurulması hadisəsindən sonra kəskinləşən Rusiya-Türkiyə münasibətlərinin qısa müddətdə necə düzəlməsi və bu məsələdə rəsmi Bakının mövqeyi ilə bağlı sualını cavablandırarkən deyib.
İlham Əliyev xatırladıb ki, Azərbaycanın İran, Rusiya və Türkiyə ilə - hansıların ki, tarixin müxtəlif dövrlərində bir hissəsi olub, çox yaxşı münasibətləri saxlanılıb.
«Bu münasibətlər qarşılıqlı hörmətə, bir-birinin daxili siyasətinə qarışmamaq və bizim milli maraqlarımızın praqmatizminə əsaslanır. Buna görə Azərbaycan üçün ən pis ssenari bizim qonşularımızın arasında nəsə olanda - necə ki, məsələn, 2008-ci ildə Rusiya-gürcü müharibəsi günlərində və ya Rusiya təyyarəsinin vurulmasından sonra olmuşdu, olur. Biz bunda regional sabitliyə ciddi təhlükə gördük, bizə isə sabitlik lazımdır, Azərbaycanın özündə olduğu kimi, axı biz adada yaşamırıq və sərhədlərimizdə nələrin baş verdiyinə biganə qala bilmərik, çünki bütün bunlar bizə də təsir edir – həm müsbət, həm də mənfi mənada", - deyə prezident vurğulayıb.
Buna görə də Azərbaycan qonşuları Rusiya və Türkiyənin bu böhrandan çıxmalarına kömək üçün əlindən gələni etməyə çalışdı.
«Hamıya məlumdur ki, Azərbaycan Rusiya və Türkiyə arasında münasibətləri qaydaya salmağa kömək edən ölkələrdən biri idi. İstənilən halda vacib deyil ki, bizim bu və ya digər ölkə ilə münasibətlərimiz nə qədər sıxdır, biz həmişə beynəlxalq qanunvericiliyin əsas prinsiplərini rəhbər tuturuq. Beynəlxalq qanunvericiliyə hörmət etmək lazımdır. Kim ki beynəlxalq qanunları pozur, səhvdir və biz həmişə bu haqda deyirik. Biz bütün ölkələrin, hansıların ki, nümayəndələri bu gün burada bizimlə bir masa arxasında otururlar, ərazi bütövlüyünü dəstəkləyirik. Biz özümüz ərazi bütövlüyünün pozulmasından zərər çəkmişik – buna görə ərazi bütövlüyü məsələsi bizim üçün toxunulmazdır», - deyə o xüsusi qeyd edib.
«Digər tərəfdən, biz baxırıq ki, riskləri azaltmaq üçün nə etmək olar. Rusiya-Türkiyə böhranı həm geosiyasi, həm də bütün qonşular üçün ciddi risk idi. Bundan başqa, onların hər ikisi bizim əsas iqtisadi tərəfdaşımızdır. Buna görə, mən hesab edirəm ki, əgər biz onlara bu çətinliklərin öhdəsindən gəlməyə kömək edəcəyiksə, müəyyən etibara layiq olacağıq. Və mən onu da demək istəyirəm ki, sabitliyin amili kimi Azərbaycanın rolu beynəlxalq cəmiyyət tərəfindən daha çox etiraf edilir», - deyə İlham Əliyev əlavə edib.