«Biz yaxşını da görürük, pisi də»
Akif Çovdarovun məhkəməsində «gözlənilməz hadisələr günü» - hakim şahidi danladı, vəkilə isə təşəkkür etdi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Akif Çovdarov ölüm ayağında
Ləğv edilmiş Nazirliyin həbsdə olan sabiq rəisi tibb məntəqəsinə köçürülüb
-
«Reket»in beləsi görülməyib
Seks videoları ilə şantaj, məmurların hədələnməsi, daha nələr...
-
«Mən Eldar Mahmudovun üzünə durmamışam»
Akif Çovdarov: «Əleyhinə də heç bir ifadə verməmişəm»
-
Keçmiş nazir üzə çıxdı
Eldar Mahmudovun vəzifədən azad olunduqdan sonra ilk fotosu
-
Mahmudov həbsə gedir?
MTN istintaqında şok hadisə «qara kassa» tutuldu; niyə məhz indi?
-
Eldar Mahmudov Baş Prokurorluğa çağırıldı
Sabiq MTN rəhbəri keçmiş köməkçisinin həbsi ilə əlaqədar dindirilib
-
Çovdarova 12 il həbs verildi
Keçmiş MTN məmuru hər şeyini itirdi - 19 mükafat, bir orden, iki medal, general-mayor rütbəsi alındı və 33 milyonluq əmlakı isə müsadirə olunacaq
-
«Özümü öldürmək istədim ...»
Çovdarov: «... amma fikirləşdim ki, ...»
-
«Böhtan və yalanın dəhşəti ondadır ki...»
4 il cəza alan polkovnik Herodotdan sitat gətirdi
-
Tağı Əhmədovun başı dərddə
Məhkəmə «Bakı Metropoliteni»nin sabiq rəisi ilə bağlı xüsusi qərardad çıxara bilər
-
Materialları diskdən necə silinib?
Çovdarovun cinayət işində Tağı Əhmədovun oğlu ilə bağlı müəmma...
-
«İstəsəm ölkədən elə qaçardım ki, izimi-tozumu tapa bilməzdilər»
MTN-in Antiterror Mərkəzinin sabiq rəisi, həbsdəki general Elçin Quliyevdən «çox şeyi danışacam» anonsu
-
Susmaq razılıq əlamətidir?
Tağı Əhmədovun korrupsiya pullarını hara xərcləməsi haqda ilginc dosye; ortalıqda 200 milyon dollarlıq korrupsiya faktlar var
-
«Əl çəkin məndən...»
Tağı Əhmədov: «... İmkan verin işimi görüm»
-
«Nə qədər şər-böhtan demək olar?»
Tağı Əhmədovun həyat yoldaşı ərinin milyonları barədə
-
Əhmədovun əmlakı Trampdan çox imiş
«Təxmini 200 milyon mənimsəmişdi, dərindən yoxlanılsaydı, bu rəqəm bir neçə dəfə arta bilərdi»
Bu gün Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı davam etdirilib.
Ötən dəfə olduğu kimi, bugünkü iclas da bütünlüklə zərərçəkmişlər Cahangir Alışovun və Nəsib Əliyevin iddiası əsasında epizodla bağlı şahidlərin ifadələrinə həsr olundu.
Xatırladaq ki, zərərçəkmişlər Cahangir Alışov və Nəsib Əliyev Akif Çovdarova qarşı iddia irəli sürərək, onlardan 19 mənzilin təqdim olunmuş adamların adına keçirilməsini, 500 min dollar ödənilməsinin tələb edilməsini, sonradan isə həmin məbləğin ayrı-ayrı binalarda yerləşən 6 mənzillə əvəzləndiyini bildiriblər.
Qeyd etmək lazımdır ki, zərərçəkmiş Nəsib Alıyev Yeni Günəşlidə tikdiyi binadakı eyni mənzilləri bir neçə adama satdığı üçün dələduzluqda günahkar bilinərək 13 il müddətinə azadlıqdan məhrum edilib və cəzasının 5 ilini çəkib. Bu səbəbdən o, məhkəməyə Bakı şəhəri 9 saylı cəzaçəkmə müəssisəsindən konvoyla gətirilir. Lakin bu gün Nəsib Əliyev prosesdə iştirak etmədi.
«Orxan, yoxsa Elxan?»
Proses şahid qismində ifadəsini davam etdirən keçmiş MTN əməkdaşı Alı Nəbiyevin vəkillərin suallarını cavablandırması ilə başladı.
Təqsirləndirilən Akif Çovdarovun vəkillərinin sualına cavab olaraq A.Nəbiyev bildirdi ki, zərərçəkmişlərin ifadəsində adı çəkilən Orxan adlı şəxsi tanımır: «Əgər söhbət burda təqsirləndirilənlər arasında oturan Orxan Osmanovdan gedirsə, orada olmayıb, başqa Orxan da tanımıram».
Daha sonra vəkil Sadiq Rəsulov şahidin nəzərinə çatdırdı ki, zərərçəkmiş Nadir Feyziyev MTN-də onu Elxan adlı birinin qarşıladığını və yuxarı qaldıraraq, Alı Nəbiyevlə görüşdürdüyünü deyib. Şahid bunu absurd adlandırdı: «Bizdə bir Elxan müəllim var, amma idarə rəisinin müavinidir. Necə ola bilər ki, idarə rəisinin müavini aşağıda adamı qarşılayıb mənim - əməliyyat müvəkkilinin qəbuluna gətirsin? Bu ki, absurddur».
Akif Çovdarovla tez-tez görüşən şəxs niyə ona zəng etməyib?
Vəkil Kamandar Nəsibov hakimdən icazə alaraq, zərərçəkmiş Cahangir Alışova suallarının olduğunu bildirdi.
Vəkil: İfadənizdə bildirmisiniz ki, 2010-cu ildən başlayaraq Akif Çovdarovla dəfələrlə görüşmüsünüz və onun qapısı həmişə sizin üzünüzə açıq olub.
Zərərçəkmiş: Bəli, elədir.
Vəkil: Əgər elədirsə, nəyə görə telefon zənglərinizin siyahısında 2014-cü ilə qədər Akif Çovdarova bircə zəng belə yoxdur?
Zərərçəkmiş: Mən onunla görüşmüşəm. Lazım olanda özləri çağırırdılar, gedirdim. Özümün zəng etməyimə ehtiyac yox idi.
Vəkil: Deyirsiniz ki, əlimə pul düşdükcə, bir az iri məbləğ toplanan kimi aparıb Akif Çovdarova verirdim. MTN-də hardan bilirdilər ki, sizin pulunuz var və sizi dərhal ora çağırırdılar?
Bu sualdan sonra zərərçəkmiş Cahangir Alışov ümumi ifadələrlə cavab verməyə çalışsa da, konkret bir söz deyə bilmədi. Hakim bu məsələyə və zənglərin siyahısına prosesin sonunda baxılacağını bildirdi.
Akif Çovdarovdan zərərçəkmişə: «Tfu sənin üzünə!»
Prosesə sədrlik edən hakim Həbib Həsənovdan söz istəyən təqsirləndirilən Akif Çovdarov üzünü zərərçəkmiş Cahangir Alışova tutaraq bunları söylədi:
«Cahangir, heç utanırsan? Ay kişi, mən sənin şikayət etdiyini eşidəndə inanmadım. Adam nə qədər yalan danışar, nə qədər şey uydurar?»
Bundan sonra Akif Çovdarov hakim Həbib Həsənova müraciətlə dedi:
«Cənab hakim, mən bu adama yaxşılıqdan başqa heç nə etməmişəm. Bizim Səlim Məmmədovla yaxın idilər, hər dəfə ona zəng edirdi, Səlim də gəlib məndən xahiş edirdi. Bunu neçə dəfə polisdən, prokurorluqdan çıxarmışam. Elə ancaq «bandotdel»dən beş dəfə xilas eləmişəm. Hər dəfə bir fırıldaqla düşürdü içəri. Bu Cahangir ayın 15 gününü məhkəmələrdə, polisdə keçirən adamdır.
Cənab hakim, görürsünüzmü, kimə yaxşılıq etmişəmsə, indi gəlib durur üzümə. Mən məhkəmənin gedişində anladım ki, bu niyə məndən şikayətə gəlib. Bunların işi Korrupsiyaya qarşı komissiyadadır. Mənzilləri bir neçə adama satdıqları üçün tuta bilərlər. İndi mənim üzümə dayanmaqlarının da səbəbi budur.
Cahangir, burda qadın olmasaydı, deyərdim: «Yalançının...» Adam kişi olar, tfu sənin üzünə!»
Hakim zərərçəkmişi yalan danışmaqda günahlandırdı
Bu gün iclasda inanılmaz iki hadisə baş verdi. Bunlardan biri prosesə sədrlik edən hakim Həbib Həsənovun zərərçəkmiş Nadir Feyziyevə müraciəti oldu.
Zərərçəkmişi ayağa qaldıran hakim dedi: «Sənin nə istintaqda, nə burda məhkəmə qarşısında verdiyin ifadələrin heç biri bir-birinə uyğun gəlmir. Gah belə deyirsən, gah elə. Niyə yalan danışırsan? Fikrini cəmlə, düşün, sonra danış. Cavablarını uzadırsan, özünü də dolaşdırırsan, ifadələrindən fərqli cavablar verməyə başlayırsan».
Qeyd edək ki, bu, bütün proses boyunca hakimin açıq-aşkar şəkildə zərərçəkmişi yalan danışmaqda günahlandırmasının ilk faktı oldu.
Daş karxanasının sahibindən məntiq dərsi
Növbəti şahid ifadəsi verən Qaradağdakı daş karxanalarından birinin sahibi Vaqif Hüseynov oldu. Onun sözlərinə görə, Masazırda balıqçılıq təsərrüfatı tikilən dövrdə Cahangir Alışova 185 min manatlıq daş, rəng, emulsiya və digər tikinti materialları verib. Məlum oldu ki, hazırda zərərçəkmiş C.Alışovun şahidə 20 min manata yaxın borcu qalmaqdadır.
Vəkil Kamandar Nəsibov şahiddən göndərdiyi mal-materialların siyahısının mövcud olub-olmamasını soruşdu və təsdiq cavabını aldı. Bundan sonra «Alisa güzgü arxasında» əsərinin müəllifi Lyuis Kerrol sayağı bir dialoq baş tutdu:
Vəkil: İstintaqda müstəntiq sizdən bu dəftərin təqdim olunmasını istəyib?
Şahid: Dəqiq yadıma gəlmir.
Vəkil: İndi o dəftər hardadır?
Şahid: O dəftər məndə evdədir və bütün qeydlər də içindədir.
Vəkil: Deməli, sizdən istəməyiblər də o dəftəri. Yoxsa cinayət işinin materiallarının arasında olardı.
Şahid: Əgər materialların arasında yoxdursa, deməli, məndə evdədir.
Vəkil: Dəftər sizdə evdədirsə, deməli, istəməyiblər.
Şahid: Yəqin ki, elədir.
«Ev aldım, sonra bildim ki, həmin evi başqa 2 adam da alıb»
Şahid Balahüseyn Hüseynov ifadə verərək bildirdi ki, «Yeni Yasamal» MTK-da mənzil alıb. Ev uzun müddət istifadəyə verilmədiyindən, təmirə başlaya bilməyib.
Qeyd edək ki, 2007-ci ildən mənzilləri satışa çıxarılan həmin bina hələ də istifadəyə verilməyib və kanalizasiya sistemindən başqa, heç bir kommunal xidmətə qoşulmayıb.
Şahidin sözlərinə görə, bir müddət sonra Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən məktub alıb ki, onun aldığı mənzil başqa iki adama da satılıb və hazırda bununla bağlı idarədə istintaq getməkdədir.
«Dayım mənzil alıb, indi öz mənzilinə buraxılmır»
Şahid Zahid Məhərrəmov qeyd etdi ki, dayısının xahişi ilə «Yeni Yasamal» MTK-ya gedərək, mənzilə baxıb və müqavilə imzalayıb. Pulu ödəməsə də, Naxçıvanda yaşayan dayısının zəngindən sonra ona maliyyə sənədləri də verilib. Mənzil öz adına olsa da, əslində, dayısınındır və həmin gündən o evlə maraqlanmayıb.
Şahid maraqlı bir məqama toxundu ki, ötən ilin yayında dayısı ailəsi ilə birlikdə Bakıya gəlib və o zaman aldığı mənzilə baxmaq istəyib. Lakin «Yeni Yasamal» MTK-nın əməkdaşları buna imkan verməyiblər.
Vəkillər bu hərəkətin səbəbini soruşduqda zərərçəkmiş Cahangir Alışov kommunal xidmətlər qoşulmadığından belə bir cavabın verildiyini bildirib. «Onlar baxmağa gəlmişdilər, həmin dəqiqə təmirə başlamayacaqdılar ki...», - vəkilin bu məntiqli replikası cavabsız qaldı.
«Mənə iki ildir maaş vermirlər deyib ağlayan sən deyildin?»
Şahid Mətləb Cəlilov qeyd etdi ki, Masazırda balıqçılıq təsərrüfatının tikintisində iş icraçısı olub. «1000 manat maaş alırdım, Cahangir Alışov da mənə pul verirdi», - şahid bildirib və əlavə edib ki, maaşı əsasən Akif Çovdarovun sahibi olduğu «Bəhrə-2000» MMC-nin direktoru Adil Yaqubovdan alıb.
Şahidin sözlərinə görə, materialları tikinti meydançasına Adil Yaqubov alıb gətirirmiş, lakin bəzən nəsə çatışmayanda zərərçəkmiş Cahangir Alışova da müraciət edib.
«Prorab»ın ifadəsindən sonra Akif Çovdarov ona sualının olduğunu bildirdi və üzünü şahidə tutdu: «Mətləb, heç utandın sən? Cahangir mənə iki ildir maaş vermir deyib qabağımda ağlayan sən deyildin? Bir torpaq problemin var idi, gəldin yanıma, zəng edib həll etdim, yadına gəlir bunlar?»
Mətləb Cəlilov bu suala «Bəli. Mən demirəm ki, bunlar olmayıb».
«Cahangirin pulu var idi, sənə maaş versin? Mənə 1 milyon 300 min borcu qalıb. Sənə haradan maaş verəcəkdi?» – Akif Çovdarov sözlərini bitirdi.
MTK-nın kargüzarı da ifadə verdi
Şahid qismində növbəti ifadə verən «Yeni Yasamal» MTK-nın kargüzarı Samir Baxşəliyev oldu. Onun sözlərinə görə, 2007-ci ildə satılmış mənzillərdən 19-u 2010-cu ildə MTN-in təkidi ilə bir daha satılaraq, başqa adamların adlarına rəsmiləşdirilib.
Şahid bundan başqa 6 mənzilin də satıldığını, daha doğrusu, rəsmiləşdirildiyini və bu proseslərdə şəxsən iştirak etdiyini bildirdi.
Samir Baxşəliyev Akif Çovdarovun sürücüsü Nurxan Atakişiyevin də adına mənzil rəsmiləşdirildiyini, daha sonra özgəninkiləşdirildiyini, Akif Çovdarovun kürəkəni Rəşad Əmircanovun bəyəndiyi mənzili onun bacısı Təranə Əmircanovanın adına rəsmiləşdirildiyini sözlərinə əlavə etdi.
Rauf Sultanov «açdı sandığı, tökdü pambığı»
Bugünkü iclasda sonuncu olaraq ifadə verən şahid Rauf Sultanov bu epizod üzrə zərərçəkənlərin onsuz da mürəkkəb vəziyyətini daha da çətinləşdirdi. Əslində, şahidlərin xeyli çox olması, onlardan bəzilərinin «nala-mıxa vurması» iddia tərəfinin mövqeyini xeyli laxlatmışdı, amma Rauf Sultanovun çıxışı bir çox söylənilənlərin əsassız olduğunu ortaya qoydu.
Şahid bildirdi ki, üç yaxın adamı ilə birlikdə Dərnəgüldə tikinti materiallarının satışı üzrə ticarət mərkəzi açıb. Sonradan maddi vəziyyəti çətinləşdiyindən öz payını satışa çıxarıb. Həmin vaxt İldırım adlı bir şəxs gələrək bu yeri (satışa çıxarılan 50 faiz payı) almaq istədiyini deyib. Sonradan alıcı işə zərərçəkmiş Nəsib Əliyevi də cəlb edib. Satıcılar o vaxt ayılıblar ki, İldırım və Nəsib Əliyev obyektin satışa çıxarılmayan və başqa adamın adına olan hissəsini də öz adlarına keçirib «VTB Bank»dan 1 milyon 900 min dollar kredit götürüblər. Halbuki, obyektin qiyməti heç o qədər deyilmiş.
Aldadıqlarını görən dostlar MTN-ə müraciət edərək, bu işin araşdırılmasını istəyiblər. Bütün məsələlər də bundan sonra başlayıb.
MTN əməkdaşları Nəsib Əliyevi taparaq ərizəçilərlə görüşdürüblər və zərərçəkmiş N.Əliyev borclu olduğunu etiraf edib. Bir müddətdən sonra Nəsib Əliyevin «Yeni Yasamal» MTK-da 33 faiz payının olduğu üzə çıxıb və ondan tələb olunub ki, borcunun əvəzində Rauf Sultanova və onun dostlarına payına düşən mənzilləri versin. Şahid deyib ki, həmin vaxt bu mənzillərin artıq başqa adamlara satıldığını bilməyib.
Bundan sonra isə tragikomediya başlayıb. Məlum olub ki, borc müqabilində şahidə verilmiş 7 mənzil artıq başqa adamlara məxsusdur. Adına rəsmiləşdirilən mənzilləri satışa çıxardığını və bu yolla itirdiyi pulların bir qismini qaytarmağa çalışdığını bildirən şahid sonradan onun öz mənzilinin özünə təklif edildiyini bildirdi: «Mənzili artıq satmışdım. Maklerin yanına getdim, mənə dedi ki, burda bir mənzil satışa çıxarılıb. Baxıram ki, öz mənzilimdir, özümə təklif edirlər. Halbuki, onu artıq satmışdım».
Borc əvəzində ona verilən 2 qarajı isə şahid tapmayıb: «Mənə dedilər ki, mağazanın altındakı iki qaraj sənindir, amma qarajlar yoxdur. Getdim axtardım, orda qaraj deyilən şey görmədim».
Zərərçəkmiş Cahangir Alışov bildirdi ki, qaraj yerindədir, sadəcə, hələlik yolu yoxdur.
Beləliklə, bu şahid ifadəsindən sonra aydınlaşdı ki, 19 mənzil sadəcə olaraq, zərərçəkmiş Nəsib Əliyevin borclarının əvəzində onun borclu olduğu adamların adlarına rəsmiləşdirilib və bu, MTN-ə şikayət ərizəsinin verilməsindən sonra baş verib.
Hakim vəkilə minnətdarlığını bildirdi
Bugünkü iclasın gözlənilməz məqamlarından biri də lap sonda baş verdi. Prosesə sədrlik edən Həbib Həsənov vəkil Kamandar Nəsibova iclasda fəallığına və məhkəmənin işinə kömək etdiyinə görə təşəkkür etdi və bunun protokola daxil ediləcəyini bildirdi: «Biz yaxşını da görürük, pisi də».
Məhkəmənin növbəti iclası çərşənbə günü, martın 1-də keçiriləcək.