vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
TOP OYUNLARI  
02:32 | 9 mart 2017 | Cümə axşamı Məqaləyə 2561 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Barselona»dan fantastik qələbə

8 dəqiqədə 3 qol vuran «katalon»lar inanılmazı bacardılar

MÖVZU İLƏ ƏLAQƏLİ

Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları davam edir. Qol.az-ın məlumatına görə, bu gün 1/4 finalın daha iki iştirakçısının adı məlum olub.

Əsas diqqətlər Barselonaya yönəlib. Parisdə gözlənilmədən PSJ-yə 0:4 hesabı ilə uduzan «Barselona» bu dəfə rəqibi ilə «Nou Kamp»da qarşılaşıb. Kataloniyalılar ilk görüşdəki ağır məğlubiyyətin əvəzini çıxmağa çalışıb. «Barsa» ikinci hissənin əvvəlində 3:0 hesabı ilə önə keçsə də, Kavaninin qolu meydan sahiblərinin ümidinin üstündən xətt çəkib. Lakin görüşün sonluğu inanılmaz alınıb. Hakimin matçın sonuna əlavə etdiyi dəqiqələrdə 2 qol vuran Luis Enrikenin komandası 6:1-lik fantastik qələbə qazanıb.


Günün digər qarşılaşmasında isə «Benfika» Dortmund «Borussiya»sının qonağı olub. Portuqaliyada keçirilən ilk görüşdə «Benfika» 1:0 hesabı ilə qalib gəlsə də, 1/4 finala adlayan tərəf almanlar olub. Rəqibin qapısından 4 cavabsız qol keçirən «Borussiya» mübarizəni davam etdirir. 


Çempionlar Liqası  


1/8 final mərhələsi, cavab oyunları


8 mart


«Barselona» (İspaniya) - PSJ (Fransa) 6:1

Qollar: Suarez, 4 (1:0), Kurzava, 40-avtoqol (2:0), Messi, 48-pen (3:0), Kavani, 62 (3:1), Neymar, 88 (4:1); 90-pen (5:1), S. Roberto, 90+5 (6:1)

İlk oyun - 0:4


«Borussiya» (Dortmund, Almaniya) - «Benfika» (Portuqaliya) 4:0

Qollar: Aubameyanq, 4, Pulisiç, 59, Aubameyanq, 61; 80

İlk oyun - 0:1



7 mart


«Arsenal» (İngiltərə) - «Bavariya» (Almaniya) - 1:5

İlk oyun - 1:5


«Napoli» (İtaliya) - «Real» (İspaniya) - 1:3

İlk oyun - 1:3


14 mart


23:45. «Yuventus» (İtaliya) - «Portu» (Portuqaliya)

İlk oyun - 2:0


23:45. «Lester» (İngiltərə) - «Sevilya» (İspaniya)

İlk oyun - 1:2


15 mart


23:45. «Monako» (Fransa) - «Mançester Siti» (İngiltərə)

İlk oyun - 3:5


23:45. «Atletiko» (İspaniya) - «Bayer Leverkuzen» (Almaniya)

İlk oyun - 4:2