vaxtlı-vaxtında oxuyun! Cümə, 3 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
OLAY  
19:21 | 7 noyabr 2013 | Cümə axşamı Məqaləyə 1681 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Mübariz Mənsimovun tankeri ABŞ-da mükafatlandırıldı

«Şah Dəniz»in heyəti Baham adalarında peşəkarlıq edib

anspress.com

ABŞ-ın Florida ştatının Mayami sahil mühafizəsi «Palmali» Şirkətlər Qrupuna məxsus «Şah Dəniz» tankerinin heyətini Baham adalarında insanı xilas etdiyinə görə mükafatlandırıb.

Mayami sahil mühafizəsinin yeddinci rayonunun komandiri kontr-admiral J. X. Korn «Şah Dəniz» tankerinin kapitanı Aleksey Pçelintsevə insanı xilas etdiklərinə görə təşəkkürnamə göndərib. 
Hadisə belə baş verib. 2013-cü il iyunun 24-də Mayami sahil mühafizəsinin xilasetmə - əlaqələndirmə mərkəzi Baham qrupuna daxil olan Ket-Key adasındaqn 11 mil qərb tərəfdə yelkənli «Moon Shadow» gəmisinin göyərtəsindən dənizə insan düşməsi barədə məlumat alıb. 
«Şah Dəniz» tankerinin kapitanı yardım xahişinə operativ şəkildə yanaşıb və dərhal hərəkət istiqamətini dəyişib. Yelkənli gəmiyə yaxınlaşmış tankerin heyəti suda olan insanın xilas edilməsi yüçün uğurlu əməliyyat gerçəkləşdirib. Daha sonra o, Mayami sahil mühafizəsinin katerinə təhvil verilib. 
Mayami sahil mühafizəsinin təşəkkür məktubunda qeyd edilir ki, ««Şah Dəniz» tankerinin heyəti və şəxsən gəmi kapitanı tərəfindən gerçəkləşdirilən humanitar aksiya peşəkar dənizçilərin və dəniz ictimaiyyətinin ən yaxşı ənənələri əsasında həyata keçirilib».