vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
MƏHKƏMƏ, İSTİNTAQ  
19:25 | 9 mart 2017 | Cümə axşamı Məqaləyə 659 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Özümü təqsirli bilmirəm»

Prokuror təklif verdi, vəkillər də razılaşdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Sabunçu Rayon Məhkəməsinin binasında Bakı Şəhər Hərbi Məhkəməsinin icraatında olan MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mürvətova, həmin qurumun vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bugünkü iclas da büsbütün dövlət ittihamçıları tərəfindən ittiham aktının oxunmasına həsr edildi.


İttiham aktının oxunması başa çatdı


Bu gün ittiham aktının təqsirləndirilənlərdən Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizov və Natəvan Mürvətovaya aid hissələri oxundu. Bütün təqsirləndirilənlər özlərini irəli sürülmüş ittihamlar üzrə təqsirli bilmədilər.

General-mayor Natəvan Mürvətova ayağa qalxaraq qısa şəkildə bildirdi: «Mən özümü təqsirli bilmirəm».

Təqsirləndirilən Elşad Əzizov isə qeyd etdi ki, ittiham aktının özündən də onun qətiyyən təqsirli olmadığı görünür.


Proses necə davam etdiriləcək?


İclasın sonunda prosesə sədrlik edən hakim Həbib Həsənov tərəflərdən məhkəmə iclaslarının hansı qaydada aparılacağının müəyyənləşdirilməsinin zəruri olduğunu bildirdi.

Dövlət ittihamçısı epizodlar üzrə məhkəmə istintaqı bitdikdən sonra sənədlərin tədqiqinə və əlavə şahidlərin dindirilməsinə keçməyin məqsədəuyğun olduğunu dedi. Vəkillər də bu təklifi bəyəndilər, lakin öz əlavələrini etdilər.

Onların fikrincə, əvvəlcə kiçik – daha az zərərçəkmişin və şahidin olduğu epizodlardan başlamaq lazımdır. Bunu təqsirləndirilən Füzuli Əliyev də dəstəklədi və əlavə etdi ki, onun vəkilləri hələ də cinayət işinin materialları ilə tam tanış ola bilməyiblər və kiçik epizodlara baxılması imkan yaradar ki, həmin vaxt ərzində vəkillər digər epizodlarla da tanış olsunlar.

Məhkəmənin növbəti iclası martın 14-nə təyin olundu.