MSK-nın sədr müavininin qardaşının həbsi tələb olunur
MTN işi üzrə yeni sensasion epizodlar
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Akif Çovdarov ölüm ayağında
Ləğv edilmiş Nazirliyin həbsdə olan sabiq rəisi tibb məntəqəsinə köçürülüb
-
«Reket»in beləsi görülməyib
Seks videoları ilə şantaj, məmurların hədələnməsi, daha nələr...
-
«Mən Eldar Mahmudovun üzünə durmamışam»
Akif Çovdarov: «Əleyhinə də heç bir ifadə verməmişəm»
-
Keçmiş nazir üzə çıxdı
Eldar Mahmudovun vəzifədən azad olunduqdan sonra ilk fotosu
-
Mahmudov həbsə gedir?
MTN istintaqında şok hadisə «qara kassa» tutuldu; niyə məhz indi?
-
Eldar Mahmudov Baş Prokurorluğa çağırıldı
Sabiq MTN rəhbəri keçmiş köməkçisinin həbsi ilə əlaqədar dindirilib
-
Çovdarova 12 il həbs verildi
Keçmiş MTN məmuru hər şeyini itirdi - 19 mükafat, bir orden, iki medal, general-mayor rütbəsi alındı və 33 milyonluq əmlakı isə müsadirə olunacaq
-
«Özümü öldürmək istədim ...»
Çovdarov: «... amma fikirləşdim ki, ...»
-
«Böhtan və yalanın dəhşəti ondadır ki...»
4 il cəza alan polkovnik Herodotdan sitat gətirdi
-
Tağı Əhmədovun başı dərddə
Məhkəmə «Bakı Metropoliteni»nin sabiq rəisi ilə bağlı xüsusi qərardad çıxara bilər
-
Materialları diskdən necə silinib?
Çovdarovun cinayət işində Tağı Əhmədovun oğlu ilə bağlı müəmma...
-
«İstəsəm ölkədən elə qaçardım ki, izimi-tozumu tapa bilməzdilər»
MTN-in Antiterror Mərkəzinin sabiq rəisi, həbsdəki general Elçin Quliyevdən «çox şeyi danışacam» anonsu
-
Susmaq razılıq əlamətidir?
Tağı Əhmədovun korrupsiya pullarını hara xərcləməsi haqda ilginc dosye; ortalıqda 200 milyon dollarlıq korrupsiya faktlar var
-
«Əl çəkin məndən...»
Tağı Əhmədov: «... İmkan verin işimi görüm»
-
«Nə qədər şər-böhtan demək olar?»
Tağı Əhmədovun həyat yoldaşı ərinin milyonları barədə
-
Əhmədovun əmlakı Trampdan çox imiş
«Təxmini 200 milyon mənimsəmişdi, dərindən yoxlanılsaydı, bu rəqəm bir neçə dəfə arta bilərdi»
«MTN işi»ndəki zərərçəkənlər Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Natiq Məmmədovun qardaşının cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir. Onlar bununla əlaqədar Prezidentə və birinci vitse-prezidentə məktub yazıblar. Bu haqda «Azadlıq» radiosu bildirir.
N.Məmmədovun qardaşı Yasin Məmmədov MTN-də İstintaq Baş İdarəsinin (idarənin rəisi general Mövlam Şıxəliyev olub) şöbə rəisi işləyib. Nazirlik ləğv olunub, bazasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) yaradılandan sonra o, həmin idarədə fəaliyyətini davam etdirir. Baxmayaraq ki, MTN generalları ilə bağlı cinayət işində bir neçə epizodda onun adı hallanır, zərərçəkənlər ondan şikayətlənir, pullarının qaytarılmasını tələb edirlər.
MTN generalları Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mürvətova, polkovnik Füzuli Əliyev və digərlərinin cinayət işində zərgər Rauf Həsənovdan hədə-qorxu ilə 300 min dollar alınması epizodu var. Dubaydan və Türkiyədən qızıl-zinət əşyaları gətirib, Bakıda Mərkəzi Univermaqda onların satışı ilə məşğul olan R.Həsənov deyir ki, MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini olmuş Füzuli Əliyev onu nazirliyə çağırıb, qızıl qaçaqmalçılığında günahlandırıb. Həbs olunmamasından ötrü 100 min dollar pul istəyib. Onun sözlərinə görə, ortada heç bir fakt, sübut olmasa da, qorxduğu üçün həmin pulu çalışıb verəcəyini deyib və buraxılıb. Amma pulu düzəldə bilməyib. İki-üç həftə sonra hüzr mərasimindən qayıdanda, onu saxlayıb MTN-in Səbail şöbəsinə gətiriblər. Oradan da F.Əliyev və işçiləri onu MTN-nin əsas binasına, İstintaq İdarəsinin müstəntiqi Yasin Məmmədovun yanına aparıblar. Müstəntiq də ona sənəd göstərərək həbs olunduğunu bildirib.
Zərərçəkən istintaqa ifadəsində deyib ki, Y.Məmmədov ondan cinayət məsuliyyətinə cəlb olunmaması və sərbəst buraxılmasından ötrü 500 min dollar tələb edib. O, günahsız olduğunu, deyilən pulu ödəməyə maddi imkanı çatmadığını deyəndəisə, müstəntiq məbləği bir qədər də artırıb – 600 min. Rauf Həsənovun sözlərinə görə, bir neçə saat davam edən təzyiq, hədə-qorxudan sonra Y.Məmmədov rəisinin 300 min dollara razılıq verdiyini söyləyib: «Yasin Məmmədov dedi ki, evimizdə axtarış aparılmalıdır. Dedim ki, anam xəstədir, xahiş edirəm, belə şey eləməyin. Söhbət əsnasında Yasin dedi ki, səhər tezdən banklar açılan kimi gedib 300 min dollar kredit götürüb çatdırım. Biz Yasinlə söhbət eləyəndə Füzuli Əliyev də dəfələrlə gəlib-gedir, söhbətin nəticəsi ilə maraqlanırdı. Mən qorxudan Y.Məmmədova 300 mini toplayıb çatdıracağıma söz verdim və MTN-dən çıxdım».
Zərərçəkənin dediyinə görə, həmin gecə dost-tanışdan pul toplayıb, 300 min dolları düzəldib və Y.Məmmədova zəng edərək, pulun hazır olduğunu deyib. Onlar nazirliyin binasının yanında – Mərkəzi Klinik Xəstəxananın qapısında görüş təyin ediblər. Görüşə Y.Məmmədov və F.Əliyev birlikdə gəlib. Zərərçəkən deyir ki, 300 min dolları manata çevirib, pul dolu sellofan torbanı şəxsən F.Əliyevin özünə verib: «Qayıdıb evə çatandan təxminən yarım saat sonra Yasin Məmmədov zəng eləyib dedi ki, puldan 200 dollar çatmır. Yenidən ora qayıdıb Yasin Məmmədova 200 dolları verdim».
Bu hadisə 2010-cu ildə baş versə də, o vaxt götürdüyü borcları hələ də verib qurtara bilmədiyini deyən Rauf Həsənovun sözlərinə görə, həmin olaydan sarsılan anası bir qədər sonra dünyasını dəyişib.
MTN generallarının martın 28-də keçiriləcək məhkəməsində R.Həsənovla bağlı məsələnin araşdırılacağı bildirilir. Məlumata görə, MTN işi üzrə istintaqda R.Həsənovla Y.Məmmədov üzləşdirilib. Zərərçəkən ifadəsində söylədiklərini onun üzünə də deyib. Y.Məmmədov isə deyilənləri təkzib edib. Haqqında söylənilən fikirlərin yalan olduğunu deyən Məmmədov kimsədən nə pul tələb etdiyini, nə də aldığını bildirib.
«MTN işi»ndəki zərərçəkən Cahangir Məmmədovun dəhşətli intiharında da Yasin Məmmədovun adı keçir. Bu həmin Cahangir Məmmədovdur ki, ailəsi onun heç bir günahı olmadan MTN tərəfindən həbs olunduğunu, beş aydan sonra 80 min verib canını qurtardığını, borcları ödəyə bilmədiyinə görə də evinin satıldığını deyir. Ailəsinin ağır vəziyyətə düşdüyünü görən C.Məmmədov əvvəlcə damarlarınıdoğrayıb, ikinci dəfə ürək nahiyəsindən özünü bıçaqlayıb. Bu dəfə xəstəxanada gözünü açıb sağ qaldığını görəndə, özünü beşinci mərtəbədən atıb.
C.Məmmədovun anası, 85 yaşlı Nərgiz Məmmədova Prezident Əliyev və xanımına, eləcə də DTX rəisi Mədət Quliyevə məktublarında yazır ki, oğlunu şərləyib həbs eləmişdilər. İstintaqı da Yasin Məmmədov aparırdı: «Oğluma və onunla birlikdə həbs elədiklərinə dedilər ki, dediyimiz pulu düzəldin, məhkəmədən şərti cəza ilə buraxılacaqsız. Konkret mənim oğlumdan 80 min pul istəmişdilər. Yasin Məmmədov oğluma deyib ki, bu qədər gətirməlisən. Bir az qohum-əqrəbadan borc aldıq, bir az bankdan kredit götürdük. O biri oğlum Məzahir Məmmədov aparıb pulu Yasin Məmmədova verdi».
C.Məmmədov 2015-ci ilin oktyabrında MTN ətrafındakı məlum olaylardan üç ay əvvəl intihar edib. Onun qardaşı Arif Məmmədovu istintaq zərərçəkmiş qismində tanıyıb. Amma hələ konkret bu iş üzrə cinayət məsuliyyətinə cəlb olunan yoxdur. İndi ailənin tələbi odur ki, həm C.Məmmədovun ölümünə səbəb olanlar cəzalandırılsın, həm də 80 min manat geri qaytarılsın: «MTN ləğv olunub, nə qədər adam işdən çıxarılıb, həbs olunub, amma mənim oğlumla bağlı saxta iş düzüb-qoşanlar, bizdən 80 min alanlar, beləliklə də balamın ölümünə səbəb olanlar hələ də öz işindədir».
Qardaşının həbsdən buraxılması üçün 80 min manatı aparıb verdiyini iddia edən Məzahir Məmmədovla Yasin Məmmədov arasında da üzləşmə keçirilib. Üzləşmədə M.Məmmədov pulu şəxsən ona verdiyini bildirib. Amma Y.Məmmədov deyilənləri təkzib edib.
Cahangir Məmmədovla birlikdə həbs olunan və beş ay həbsdə saxlandıqdan sonra azad edilən Sərdar İsmayılov da iddia edir ki, Y.Məmmədov ondan 53 min dollar pul alıb. «Əgər MTN əməkdaşı Yasin Məmmədovun məndən aldığı 53 min dollar qaytarılmırsa, bu adam hələ də vəzifəsində çalışırsa, mən hansı günün zərərçəkəniyəm? Zərərçəkən kimi, mənim hüquqlarım necə qorunur? Əgər istintaq orqanı mənə dəymiş ziyanın ödənilməsi istiqamətində heç bir addım atmırsa, mən daha neçə il gözləməliyəm?!», – Sərdar İsmayılov prezidentə məktubunda belə yazır.
C.Məmmədov 2015-ci ilin oktyabrında MTN ətrafındakı məlum olaylardan üç ay əvvəl intihar edib. Onun qardaşı Arif Məmmədovu istintaq zərərçəkmiş qismində tanıyıb. Amma hələ konkret bu iş üzrə cinayət məsuliyyətinə cəlb olunan yoxdur. İndi ailənin tələbi odur ki, həm C.Məmmədovun ölümünə səbəb olanlar cəzalandırılsın, həm də 80 min manat geri qaytarılsın: «MTN ləğv olunub, nə qədər adam işdən çıxarılıb, həbs olunub, amma mənim oğlumla bağlı saxta iş düzüb-qoşanlar, bizdən 80 min alanlar, beləliklə də balamın ölümünə səbəb olanlar hələ də öz işindədir».
Qardaşının həbsdən buraxılması üçün 80 min manatı aparıb verdiyini iddia edən Məzahir Məmmədovla Yasin Məmmədov arasında da üzləşmə keçirilib. Üzləşmədə M.Məmmədov pulu şəxsən ona verdiyini bildirib. Amma Y.Məmmədov deyilənləri təkzib edib.
Cahangir Məmmədovla birlikdə həbs olunan və beş ay həbsdə saxlandıqdan sonra azad edilən Sərdar İsmayılov da iddia edir ki, Y.Məmmədov ondan 53 min dollar pul alıb. «Əgər MTN əməkdaşı Yasin Məmmədovun məndən aldığı 53 min dollar qaytarılmırsa, bu adam hələ də vəzifəsində çalışırsa, mən hansı günün zərərçəkəniyəm? Zərərçəkən kimi, mənim hüquqlarım necə qorunur? Əgər istintaq orqanı mənə dəymiş ziyanın ödənilməsi istiqamətində heç bir addım atmırsa, mən daha neçə il gözləməliyəm?!», – Sərdar İsmayılov prezidentə məktubunda belə yazır.