«... Heç nə görmədim»
Akif Çovdarovun məhkəməsində qapalı iclasda nədən danışıldı?
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Akif Çovdarov ölüm ayağında
Ləğv edilmiş Nazirliyin həbsdə olan sabiq rəisi tibb məntəqəsinə köçürülüb
-
«Reket»in beləsi görülməyib
Seks videoları ilə şantaj, məmurların hədələnməsi, daha nələr...
-
«Mən Eldar Mahmudovun üzünə durmamışam»
Akif Çovdarov: «Əleyhinə də heç bir ifadə verməmişəm»
-
Keçmiş nazir üzə çıxdı
Eldar Mahmudovun vəzifədən azad olunduqdan sonra ilk fotosu
-
Mahmudov həbsə gedir?
MTN istintaqında şok hadisə «qara kassa» tutuldu; niyə məhz indi?
-
Eldar Mahmudov Baş Prokurorluğa çağırıldı
Sabiq MTN rəhbəri keçmiş köməkçisinin həbsi ilə əlaqədar dindirilib
-
Çovdarova 12 il həbs verildi
Keçmiş MTN məmuru hər şeyini itirdi - 19 mükafat, bir orden, iki medal, general-mayor rütbəsi alındı və 33 milyonluq əmlakı isə müsadirə olunacaq
-
«Özümü öldürmək istədim ...»
Çovdarov: «... amma fikirləşdim ki, ...»
-
«Böhtan və yalanın dəhşəti ondadır ki...»
4 il cəza alan polkovnik Herodotdan sitat gətirdi
-
Tağı Əhmədovun başı dərddə
Məhkəmə «Bakı Metropoliteni»nin sabiq rəisi ilə bağlı xüsusi qərardad çıxara bilər
-
Materialları diskdən necə silinib?
Çovdarovun cinayət işində Tağı Əhmədovun oğlu ilə bağlı müəmma...
-
«İstəsəm ölkədən elə qaçardım ki, izimi-tozumu tapa bilməzdilər»
MTN-in Antiterror Mərkəzinin sabiq rəisi, həbsdəki general Elçin Quliyevdən «çox şeyi danışacam» anonsu
-
Susmaq razılıq əlamətidir?
Tağı Əhmədovun korrupsiya pullarını hara xərcləməsi haqda ilginc dosye; ortalıqda 200 milyon dollarlıq korrupsiya faktlar var
-
«Əl çəkin məndən...»
Tağı Əhmədov: «... İmkan verin işimi görüm»
-
«Nə qədər şər-böhtan demək olar?»
Tağı Əhmədovun həyat yoldaşı ərinin milyonları barədə
-
Əhmədovun əmlakı Trampdan çox imiş
«Təxmini 200 milyon mənimsəmişdi, dərindən yoxlanılsaydı, bu rəqəm bir neçə dəfə arta bilərdi»
Dünən Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı davam etdirilib.
İclas zərərçəkmiş İlham Qasımovun ötən iclaslarda baxılmış epizodu üzrə şahid Gülağa Quliyevin ifadəsi ilə başladı.
«Başıma papaq keçirdilər, ...»
Xatırladaq ki, zərərçəkmiş İlham Qasımov təqsirləndirilən Akif Çovdarova qarşı 5 epizod üzrə 1 milyon 50 min manatlıq iddia irəli sürüb. Həmin epizodlardan birində deyilirdi ki, 2015-ci ilin sentyabr ayında «Sofiya» şadlıq sarayında keçirilmiş toy mərasiminin gedişində MTN əməkdaşları əməliyyat keçirərək, toy yiyəsi olan İlham Qasımovun qonağı, zərərçəkmiş Namiq Orucovu və daha bir qonaq olan Tofiq İbrahimovun sürücüsü Gülağa Quliyevi saxlayaraq nazirliyə aparıblar.
Şahid bildirdi ki, həmin gün «şef» (Tofiq İbrahimovu nəzərdə tutur. - virtualaz.org) ona toya getməli olduğunu deyir və o, avtomobillə evində bağbanlıq etdiyi şəsxi «Sofiya» şadlıq sarayına gətirir.
«Şef düşəndən sonra mən maşında oturmuşdum. Bir müddətdən sonra su içmək üçün içəri daxil oldum və qayıdanda gördüm ki, Namiq müəllim aşağı düşür. Elə bu vaxt mülki geyimli bir neçə şəxs Namiq müəllimi tutmaq istədilər, mən bunların arasında qaldım. Mənim qollarımı qandallayıb, başıma yun papağı elə keçirdilər ki, gözlərim də bağlandı və heç nə görmədim. Amma başıma papağı keçirənə qədər görmüşdüm ki, Namiq müəllim bu adamları görüb içəri qaçdı və onu da tutdular», - G.Quliyev deyib.
Şahid əlavə edib ki, onu MTN-də ayrıca otaqda saxlayıblar və heç bir zorakılıq, təzyiq halları ilə üzləşməyib. Ertəsi gün axşama yaxın Namiq Orucovla birlikdə Gülağa Quliyevi də sərbəst buraxıblar. Zərərçəkmişlə vəkil Kamandar Nəsibov arasında MTN-dən buraxıldıqları məqamla bağlı maraqlı sorğu-sual yarandı. Belə ki, zərərçəkmiş Namiq Orucovla MTN-nin çöl qapısına kimi gözləri papaqla örtülmüş vəziyyətdə gətirildiklərini və papaq başlarından çıxarıldıqdan sonra birinə sağa, digərinə sola getmək göstərişi verildiyini və bu səbəbdən də Namiq Orucovla bir-birlərindən xəbərsiz MTN-dən ayrıldıqlarını bildirdikdən sonra vəkil Kamandar Nəsibov zərərçəkmiş Gülağa Quliyevdən Namiq Orucovun MTN-dən necə getməsini soruşdu. Gülağa Quliyev Namiq Orucovun oğlunun idarə etdiyi «Hyundai» markalı maşınla MTN-dən getdiyini bildirdi.
Bu zaman vəkil Kamandar Nəsibov Gülağa Quliyevə «Axı özünüz dediniz ki, bir-birinizə baxmadan biriniz sağa, digəriniz sola getmisiniz, Namiq Orucovun hansı maşına mindiyini necə görə bilərdiniz?» sualını verdi. Gülağa Quliyev isə Namiq Orucovun oğlunun maşını ilə getməsini taksiyə mindikdən sonra gördüyünü bildirdi.
Kamandar Nəsibov: Bəs Namiq Orucov ifadəsində bildirdi ki, siz sürücü adamsınız, ona görə də taksinin pulunu verib, sizi kəndə yola salıb.
Gülağa Quliyev: Yalan deyir, elə şey olmayıb, taksinin pulunu özüm vermişəm.
Xatırladaq ki, zərərçəkmiş Gülağa Quliyev istintaqda verdiyi ifadələrində MTN-dən Namiqin adını bilmədiyi qardaşının ağ rəngli «Kia» markalı avtomaşını ilə evinə getdiyini bildirib.
Sonra zərərçəkmişə istintaqda verdiyi ifadəsi elan edildi, zərərçəkmiş istintaqdakı ifadəsi ilə razılaşmadı və onu oxumadan imzaladığını bildirdi. Zərərçəkmiş təqsirləndirilənlərə qarşı heç bir şikayətinin olmadığını bildirdi və vəkillərin təkidi ilə bununla bağlı ərizə yazdı.
14 karatlıq brilyantı Azərbaycana kim və necə gətirib?
Zərərçəkmiş Elçin Hacıyev məhkəmədə verdiyi ifadədə bildirdi ki, 2013-cü ilin yay aylarında əmisi oğlu Əjdər Hacıyev və dostu Tofiqlə «Nizami» kinoteatrının qarşısında görüşüb. Görüşməkdə məqsəd türkiyəli tanışı Ardanın gətirdiyi 14 karatlıq brilyant daşı 500 min manata satmaq olub.
Elə bu vaxt 10 nəfərə yaxın mülki geyimli şəxs onları saxlayaraq, maşınlara oturdub və MTN-ə gətiriblər.
E.Hacıyevin sözlərinə görə, MTN-də onu qızıl-zinət əşyalarının qaçaqmalçılığında ittiham ediblər və təqsirləndirilən Akif Əliyev 150 min dolların gətirilməsini tələb edib. Zərərçəkmiş bu qədər imkanının olmadığını bildirib və 80 min dollara razılaşıblar.
Elçin Hacıyev bildirib ki, elə həmin gün avtomobilini 40 min dollara satıb və Fuad adlı dostundan 20 min dollar borc alıb. Özündə olan pulu da bunların üstünə qoyaraq, axşam MTN-in yaxınlığında Akif Əliyevə verib. Bundan sonra brilyant Akif Əliyev tərəfindən brilyantı ona qaytarıb və MTN-də girov kimi saxlanılan Əjdər Hacıyevlə Tofiqi sərbəst buraxıblar.
Dövlət ittihamçısının suallarına cavab olaraq zərərçəkmiş qeyd edib ki, brilyant Türkiyədən gətirilərkən bəyannamə ilə gömrükdən keçirilib və Arda həmin qiymətli daşı ona həvalə edərək, satmağı xahiş edib.
Vəkillərin suallarını cavablandırarkən zərərçəkmiş Elçin Hacıyev ifadəsinin müəyyən anında brilyantı ölkəyə şəxsən gətirdiyini etiraf etdi. Daha sonra qiymətli daşı Arda adlı türk dostu ilə birlikdə gətirdiyini, bir az da sonra əvvəlki ifadəsinə qayıdaraq, brilyantı Ardanın gətirdiyini dedi. Məhkəmədə verdiyi ifadəsinin istintaqdakı ifadəsinə tamamilə zidd olması zərərçəkmişə vəkillər tərərfindən şoxsaylı sualların verilməsinə səbəb oldu.
Vəkilin «Siz 500 min manatlıq brilyant daşı küçədə satmaq istəyirdiniz? Nəyə görə bu qədər pulu verməyə hazır olan adamı hansısa bir məkana dəvət etmirdiniz?» sualına cavab verdi ki, yanında əmisi oğlu və dostu olub və buna görə də, sualı yersiz hesab edir.
Vəkil: Siz əvvəllər qızıl-zinət əşyalarının satışı ilə məşğul olmusunuz?
Zərərçəkmiş: Xeyr, məşğul olmamışam.
Təqsirləndirilən Akif Əliyev zərərçəkmişdən soruşdu: «Siz Həsən və Əsədulla adlı adamları tanıyırsınız?» Elçin Hacıyev bu suala «Xeyr» cavabını verdi.
Akif Əliyev üzünü hakimə tutraraq, məsələyə aydınlıq gətirdi: «Cənab hakim, bizdə məlumat var idi ki, bu adam Bülbül prospektində Heydər Əliyev sarayının kassalarının yaxınlığında yerləşən 3-mərtəbəli binanın 3-cü mərtəbəsində Həsən və Əsədulla adlı şəxslərlə görüşəcək. Həmin iki adam peşəkar dələduzlardır və bu brilyantı pulsuz-parasız ələ keçirəcəkdilər. Başqa sözlə, biz nəinki zərərçəkimişi talamışıq, tam əksinə, onu talanmaqdan xilas etmişik».
Daha sonra zərərçəkmişin istintaqdakı ifadəsi elan olundu. Zərərçəkmiş istintaqda verdiyi çoxsaylı ifadələrində 2012-ci ilin sentyabr-oktyabr aylarından başlayaraq 2014-cü ilə kimi qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olmaq üçün Türkiyə Respublikasına gedib-gəldiyini, qızıl-zinyət əşyalarını Türkiyədən alıb Azərbaycanda satıdığını bildirib. Vəkillər zərərçəkmişə istintaqda belə ifadə verdiyini, məhkəmədə isə nə səbəbdən təkzib etdiyini soruşdular. Zərərçəkmiş sonda istintaqda verdiyi ifadəsini yenidən təsdiq edərək qızıl-zinət əşyalarının satışı ilə məşğul olduğunu etiraf etdi. Bundan sonra zərərçəkmişdən gətirdiyi qızıl və brilyantları gömrükdə necə rəsmiləşdirdiyi soruşuldu. Zərərçəkmiş aeroportda olan bir nəfərin vasitəsilə gətirdiyi qızıl-zinət əşyalarını keçirdiyini bildirdi.
Vəkil Kamandar Nəsibov zərərçəkmişin özünün qaçaqmalçılıq yolu ilə Azərbaycana qızıl-zinət əşyalarını gətirdiyini bildirərək onun barəsində xüsusi qərar çıxaılmasını xahiş etdi. Prokuror buna etiraz edərək, hazırkı işə aidiyyatı olmadığını bildirdi və bununla bağlı vəkillə prokuror arasında mübahisə yaşandı.
Vəkil Kamandar Nəsibov məhkəmənin yalnız təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamı araşdırmalı olmadığını, işi bünlüklə araşdırmalı olduğunu dedi. Sədrlik edən hakim Həbib Həsənov tərəfləri sakitləşdirərək sonda hər şeyə qiymət verilcəyini bildirdi.
Sonra zərərçəkmişdən istintaqda verdiyi ifadəsi ilə hazırkı ifadəsi arasında olan digər ziddiyyət soruşuldu. Belə ki, zərərçəkmişə istintaqda verdiyi ifadələrində 14 karatlıq brilyantı «Nizami» kinoteatrının yanında satmaq üçün biri 60-65, digəri 35-40 yaşlarında olan 2 nəfərə göstərdiklərini bildirdiyi, hazırkı ifadəsində isə brilyantı almaq istəyən şəxslə göstərə bilmədən MTN əməkdaşları tərəfindən həbs edildiyini dediyi bildirildi və hansı ifadəsini təsdiq etdiyi soruşuldu.
Zərərçəkmiş istintaqda dediklərindən imtina edərək hazırkı ifadəsinin doğru olduğunu bildirdi. Vəkillər ondan nə səbəbə istintaqda yalan ifadə verərək olmayan 2 şəxs haqqında məlumat verdiyini və hətta görmədiyi 2 nəfəri təsvir etdiyini soruşdular. Zərərçəkmiş buna yalnız hazırkı ifadəsini təsdiq etdiyini bildirməklə cavab verə bildi.
MTN əməkdaşları əməliyyatın təfərrüatlarından xəbərsiz imişlər
Baxılan epizodla bağlı ifadə vermiş digər zərərçəkmiş – Elçin Hacıyevin əmisi oğlu Əjdər Hacıyev yaxın qohumunun dediklərini, sadəcə olaraq, təsdiq etdi. Vəkillərin suallarına isə daha çox «bilmirəm», «xatırlamıram» xarakterli cavablar verdi. Elçin Hacıyevdən fərqli ifadə verərək, o, istintaqda verdiyi ifadəsində brilyantı satmaq üçün 2 nəfər şəxsə göstərdikdən sonra MTN əməkdaşları tərəfindən saxlanıldaıqları barədə dediklərindən imtina etdi.
Daha sonra bu əməliyyatda iştirak etmiş və saxlanılanları nazirliyə gətirmiş keçmiş MTN əməkdaşları Nizami Əliyev, Tofiq Əliyev, Şahin Zöhrabov, Fuad Əliyev, Pərvin Məlikov və Anar Qəniyev şahid qismində ifadə verdilər. Onlar həyata keçirilmiş əməliyyatın təfərrüatlarını bilmədiklərini və sadəcə olaraq, rəhbərliyin göstərişi ilə həmin gün sözügedən ünvana gedib gəldiklərini dedilər.
Həmin dindirmələr daha çox prokurorun şahidlərə «qaçaqmalçılıqla bağlı əməliyyatların keçirilməsi sizin çalışdığınız 3-cü idarənin əməliyyat təminatına aid idimi» sualı ilə yadda qaldı. Xatırladaq ki, 3-cü idarənin fəaliyyətinə ixrac boru kəmərlərinin, onların infrastruktur obyektlərinin və ölkənin enerji infrastrukturunun əməliyyat təminatından ibarət olub.
Siqnal materialları niyə yandırılıb?
Hazırda DTX-də işləyən polkovnik-leytenant Elçin Mustafayevin şahid qismində ifadəsi daha maraqlı oldu. Şahid bildirdi ki, bu əməliyyat onun icraatında olsa da, məsələyə kifayət qədər formal yanaşıb və əhəmiyyət verməyib.
Onun sözlərinə görə, iş «brilyant qaş Şaiq Sultanovun nənəsindən miras qalıb» nəticəsi ilə bağlanıb və bu göstərişi də rəhbərlikdən, daha dəqiq, Akif Əliyevdən alıb.
Təqsirləndirilən Akif Əliyev məsələ ilə bağlı şahidə suallarının olduğunu, lakin burada bəzi əməliyyat sirləri açıla biləcəyindən, iclasın həmin hissəsinin qapalı keçirilməsini xahiş etdi.
Akif Əliyev qapalı iclasda bu əməliyyatın birbaşa olaraq Elçin Mustafayevin icraatında olduğunu, lakin sonradan nədənsə əməliyyatla bağlı siqnal materiallarının yandırıldığını bildirdi. Təqsirləndirilənin sözlərinə görə, təlimata əsasən, siqnal materialları 3 il ərzində qorunub saxlanılmalıdır, lakin bu iş üzrə materiallar həmin dövrün bitməsinə 1 il qalmış məhv edilib.
Şahid Elçin Mustafayev bu deyilənlərdən xəbəri olmadığını, formal olaraq işin onun icraatında olmasına baxmayaraq, əməliyyatın Akif Əliyevin rəhbərliyi altında həyata keçirildiyini dedi.
Son olaraq həmin epizod üzrə ləğv olunmuş MTN-nin 6-cı baş idarənin 3-cü idarəsinin rəisi işləmiş Rəsul Rəsulov ifadə verdi. Akif Çovdarov keçmiş işçiyə hər şeyi olduğu kimi danışmasını dedi və ondan brilyantın kimə məxsus olduğunu soruşdu. Rəsul Rəsulov isə brilyantın Şaiq Salmanov adlı şəxsə məxsus olduğunu və qiymətli daşın Elçin Hacıyevə deyil, Şaiq Salmanova qaytardığnı bildirdi. Bundan sonra Akif Çovdarov izahat verərək Şaiq Salmanovun keçmiş prokurorluq əməkdaşı olduğunu və araşdırma nəticəsində brilyantın onun nənəsindən miras qaldığının müəyyən edildiyini və bu səbəbdən də Şaiqə geri qaytarıldığını bildirdi.
Akif Çovdarov həmçinin prokurorun MTN əməkdaşı olmuş şahidlərə verdiyi suala etiraz edərək, qaçaqmalçılıqla mübarizənin rəhbərlik etdiyi 6-cı Baş idarənin əsasnaməsinə əsasən, onların səlahiyyətinə aid olduğunu və həmin brilyantla bağlı əməliyyatın 3-cü idarə tərəfindən aparılmasının məhz onun göstərişinə əsasən olduğunu dedi.
Məhkəməyə sədrlik edən hakim Həbib Həsənov növbəti iclasın bazar ertəsi, aprelin 17-də keçiriləcəyini elan etdi.