vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
20:04 | 26 aprel 2017 | Çərşənbə Məqaləyə 2352 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Heç kimi Polad Bülbüloğlu qədər alqışlamadılar»

Putinin şəxsi nümayəndəsi: «Bunun səbəbi aydındır»

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy BFM.ru portalına Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun Parisdə UNESCO-nun baş direktoru vəzifəsinə namizədliyinin təqdimatından danışıb.

M.Şvıdkoy qeyd edib ki, P.Bülbüloğlu təqdimat mərasimində Çin, Fransa, Qətər, Misir, Qvatemala, Vyetnam, Livan və İraq təmsilçiləri olan səkkiz namizədlə birlikdə çıxış edib.

«Onların sırasında seçkiqabağı mübarizənin favoritləri, zənnimcə, uzun illərdir UNESCO-da baş direktorun müavini işləyən çinli Tsin Tan, Fransanın mədəniyyət naziri Odri Azulay, Qətərin mədəniyyət naziri Xamad bin Abdulaziz Al-Kavaridir. Onlar beynəlxalq işdə böyük təcrübəsi olan məmurlardır. Buna baxmayaraq, Polad Bülbüloğlunun namizədliyinin irəli sürülməsində, sözsüz ki, məntiq var. Son on ildə Bakı müasir dünya inkişafının aktual problemləri, o cümlədən UNESCO üçün ənənəvi prioritet məsələlər üzrə beynəlxalq konfrans və forumların ən mühüm mərkəzlərindən birinə çevrilib. Bakı Humanitar Forumuna, məsələn, dünya ictimai fikrinin liderləri, prezidentlər və baş nazirlər, Nobel mükafatı laureatları, dini liderlər gəlirlər. Parisdə, həmçinin xatırlayırlayır ki, UNESCO maliyyə çətinliyi keçirdiyi dövrdə Azərbaycan ona dəfələrlə yardım edib», - M.Şvıdkoy bildirib.

Onun fikrincə, Polad Bülbüloğlu postsovet məkanında ən təcrübəli məmurlardan biridir. Sovet və postsovet dövründə 18 il Azərbaycanın mədəniyyət naziri olub, 11 ildir Azərbaycanın Rusiyada səfiridir. O, MDB ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu İdarə Heyətinin sədridir. Bu unikal təşkilat postsovet məkanı ölkələrinin bir növ UNESCO-sudur. «O, erməni həmkarı Armen Smbatyan və mənimlə birlikdə Ermənistan, Azərbaycan və Dağlıq Qarabağ ziyalıları arasında əlaqələrin yaradılmasının təşəbbüskarı olub. Bir sözlə, Polad Bülbüloğlu siyasətçi və diplomat kimi tamamilə rəqabətqabiliyyətlidir», - deyə Rusiya Prezidentinin xüsusi nümayəndəsi vurğulayıb.

M.Şvıdkoyun qeyd etdiyi kimi, Parisdəki təqdimatın unikallığı bu cür ənənəvi tədbirlərdəki nitqlər deyil, Polad Bülbüloğlunun rəsmi çıxışdan sonra royal arxasına keçib mahnı ifa etməsi olub: «Aydın oldu ki, onun mahnıları təkcə bizim, bu mahnıları son yarım əsrdir sevərək dinləyənlərin deyil, həm də UNESCO-nun baş direktoru postuna seçkiqabağı yarışda onları ilk dəfə eşidənlərin qəlbini fəth edə bilər.

İstənilən halda, namizədlərdən heç birini nitq və proqramının təqdimatından sonra bu cür alqışlamadılar. Bunun səbəbi aydındır. Musiqinin dili dinləyicələrə beynəlxalq təşkilatların rəsmi dillərindən daha güclü təsir edir». (AzərTAc)