vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
TÜRK DÜNYASI  
05:23 | 29 aprel 2017 | Şənbə Məqaləyə 2913 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Unudulan və unudulmaz Qaşqay türkləri

Fars-molla rejiminin bacara bilmədiyi tayfalar

VAXT.AZ

MÖVZU İLƏ ƏLAQƏLİ

Qaşqaylar Güney Azərbaycanlılardan sonra İrandaki ən böyük Türk qrupudur. 2.5 milyon nəfərdən ibraət olan bu tayfa yaxşı təşkilatlanıb və fəaldır. İran rejiminin addımbaşı yürütdüyü yerdəyişmə siyasətinə səbəbindən, əsasən Fars əyalətlərində və hələ də köçəri həyat sürürlər.

Monqollar dövründə Şərqi Türkistandan köçərək Güney Azərbaycanda yerləşən Qaşqay Türkləri adət-ənənələrinə bağlılıqları ilə də məşhurdurlar.

Qaşqayların 5 böyük və 3 xırda əşirəti var:

1. Kiçik Kəşküli və Büyük Kəşküli olaraq iki yerə ayrılır,

2. Duzlu vadi,

3. Farsca Bilməz,

4. 6 bölük

5. Əməmlələr

3 daha kiçik - Qaraca, Rəhimi və Safi Xan qrup var.

Qaşqaylar özlərinə bəzən «Canixani» adlandırırlar. Bunun səbəbi də bugünkü Qaşqay əşirətlər konfederasiyasının qurucusu «Cani Ağa (Xan) Qaşqay» adlı bəyin şərəfinədir.

Son vaxtlara qədər yarı köçəri həyatı sürən Qaşqaylar, bir-birlərinə olan bağlılıqları, planlı və təşkilatlı hərəkətləri ilə tanınıblar. Milli və məhəlli adətlərinə bağlı bir dəstə təşkilatlara da sahibdirlər. «Elxan»lıq idarə sistemi onlardan ən məşhurudur. Ayrıca, önə çıxan siniflərdən sayılan «Elxan» ailəsi xaricində, Kələntər, Kəndxuda, Rayə, Tabeke-i Pest kimi təbəqələri də öz adətlərinə görə idarə edilirlər.

Qaşqayların aralarındakı birlik onlara İran hökumətlərinin haqsız tələblərini və qanunlarını rədd etmək imkanı verib. İkinci Dünya müharibəsi əsnasında meydana gələn və Qaşqaylarla İran hökumətini qarşı-qarşıya gətirən insidentlər, Türkiyənin hökumətinin vasitəsilə aradan qalxmışdı. Amma Qaşqayların bu hərəkətləri unutmayan farslar, sonradan türk tayfasını ölkənin başqa bölgələrinə sürgün etməklə öz heyflərini çıxdılar.

İran-Iraq müharibəsində yaşadıqları Bəsrə Körfəzi sahillərinin döyüşlərin getdiyi ərazilərə yaxın olması Qaşqayların böyük itkiləri ilə nəticələnib. Digər tərəfdən həmin müharibə zamanı fars-molla rejimi, Azərbaycan türkləri başda olmaqla digər türk tayfalarından ibarət hərbi birləşmələri döyüşlərin qızğın yerlərinə göndərməsi 8 illik müharibədə türklərin çox ciddi itkilər verməsinə səbəb olub. Fars-molla rejiminin yürütdüyü irqçilik siyasət nəticəsində digər türk qruplarında olduğu kimi, Qaşqaylar da iqtisadi və mədəni sahədə olduqca geri qalırlar.

Qaşqayların yaşadığı torpaqlar Fars Körfəzi sahillərindən başlayaraq İsfahan və Bəxtiyari bölgələrinin cənubuna qədər uzanır. Zaqros dağlarının bir-birinə qarışmış yüksəklikləri ilə körfəz sahilləri bu torpaqları sərhədlərini göstərir. Əgər Şirazı mərkəz olaraq dəyərləndirsək, yaşadıqları torpaqlara görə Qaşqayları üç hissəyə ayıra bilərik.

1. Qaşqay Yaylaq bölgəsi - Şirazın şimalından başlayaraq Zaqros dağlarına qədər uzanır. Bu bölgədəki məskunlaşma şəhərləri isə Sipidan, Bərucər, Semiron, Abade və Mordəştdir.

2. Qaşqay Qışlaq bölgəsi Şirazın cənubundan başlayaraq Fars körfəzinə qədər geniş ərazidir və bura  Lar, Cehrom, Fruzabad, Kazron, Mümesna, Behbehan, Keçsərən, Dugonbedən, Ramhürmüz, Buşehr, Kongan ve Dəştsənan şəhərləri daxildir.

3. Orta (Mərkəz) hissə isə Şiraz ətrafı, o cümlədən Dəşti Erjen ve Merudəşt torpaqlarının ərazisindən ibarətdir.