vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
GÜNEY  
10:02 | 4 may 2017 | Cümə axşamı Məqaləyə 2429 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Həkim Mehrnaz Həqiqin həbsi 70 günü keçib

Fars-molla rejimi güneyli fəalı Evin zindanına köçürüb

MÖVZU İLƏ ƏLAQƏLİ

İranda iki ay yarıma yaxındır həbsdə saxlanılan Bəndər Abbas şəhərinin sakini, sivil cəmiyyət fəalı və qadın hüquq müdafiəçisi, həkim Mehrnaz Həqiqi Tehranın Evin zindanına köçürülüb.

İrandakı hüquq müdafiəçilərinin yaydığı məlumata əsasən, bu il, fevralın 20-də ETTELAAT-ın Bəndər Abbas bölməsinin əməkdaşları tərəfindən şəxsi mənzilində tutularaq naməlum istiqamətə aparılan və harada saxlanıldığı ailəsinə açıqlanmayan fəal, bir neçə gün əvvəl Tehranın Evin zindanının qadınlar korpusuna köçürülüb.

Gənc həkim, Mehrnaz Həqiqinin konkret hansı ittihamlara görə həbs edildiyi bilinmir və Tehranın Evin zindanının rəsmiləri də fəalın ailəsinə bu barədə hər hansı bir məlumat verməkdən boyun qaçırırlar.

Qeyd edək ki, son aylar İranda jurnalistlərə, bloqçulara, eləcə də dinc ictimai-siyasi və mədəni fəallara qarşı təzyiq və təqiblər gücləndirilib.