vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
GÜNEY  
23:43 | 8 may 2017 | Bazar ertəsi Məqaləyə 2453 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Ana dilinin tədrisinə söz vermişdi»

Saleh Kamrani: «Ruhani dövründə Urmiya gölü qurudu, zindanlarımız doldu»

MÖVZU İLƏ ƏLAQƏLİ

MÖVZUYA AİD VİDEO

  • «20 ildə zərrə qədər irəliləyiş olmayıb»

Mayın 19-da İranda prezident seçkilərindən öncə Güney azərbaycanlı fəalların bir hissəsi səsvermənin boykot edilməsinə çağıraraq, seçkilərin azərbaycanlılar üçün dəyişiklik vəd etmədiyini bildirib. Güneyli fəal Saleh Kamrani Amerikanın Səsinin «Amerika icmalı» proqramında müsahibəsində İranda qarşıdan prezident seçkiləri ərəfəsində Azərbaycan bölgələrində əhval-ruhiyyədən danışıb.

Saleh Kamrani deyib ki, ilk dəfə olaraq azərbaycanlılar arasında seçkilərə qatılmamağa daha çox meyl olduğu müşahidə edilir. Onun sözlərinə görə, əvvəlki seçkilərdə insanlar arasında səsvermədə iştirakla bağlı fikir ayrılıqları ilə bağlı mübahisələr mövcud olduğu halda, bu dəfə azərbaycanlıların böyük hissəsinin seçkiyə qatılmamaq kimi bir fikirdə olduğunu demək mümkündür.

O bildirib ki, bunun əsas səbəbi islahatçı siyasətçilərin hakimiyyətdə olduğu dövrdə gözlənilən dəyişikliklərin olmaması ilə bağlıdır.

«Bu ümidlə ki islahat olacaq sistem içində və ya onların yaratdığı şərait nəticəsində azərbaycanlıların da bir sıra hüquqları təmin olunacaq, 20 ildən sonra görürük ki, zərrə qədər də azərbaycanlıların haqlarının təmin olunmasında irəliləyiş olmayıb. Və onun üçün bu dəfə fəalların çoxu seçkiləri boykot eləmək yönündədir».

Saleh Kamrani prezident Həsən Ruhaninin əvvəlki seçki kampaniyası zamanı Urmiya gölünün qurumasının qarşısının alınması, ana dilində təhsilə imkan verilməsilə bağlı azərbaycanlılara verdiyi vədlərin yerinə yetirilmədiyini qeyd edib.

«Urmu gölü günü-gündən daha çox qurudu. Zindanlarımız azad olmadı, bir az daha çoxaldı. Həsən Ruhani hakimiyyətə gələn zaman fəallarımız ortalama üç ilə yaxın həbs olunardı, indi 3 ildən 5 ilə qədər yüksəldi. Bu, Həsən Ruhaninin hakimiyyətdən gəlməsindən sonra yalnız fəallarımızın həbsə düşməsi ilə bağlı nəticədir. Sonra ana dilinin məktəblərdə tədrisinə söz vermişdi. Heç belə bir şey olmadı».

Saleh Kamrani qeyd edib ki, prezident seçkilərində əsas namizədlərin debatlarında İranda milli məsələyə yer verilməyib.

«Bu onu göstərir ki, bunların azərbaycanlıların milli haqları ilə bağlı heç bir proqramı yoxdur təmin etmək də istəmirlər».

Saleh Kamrani qeyd edib ki, İran parlamentində «Türk bölgələri fraksiyası»ndakı qanunvericilərin sayını nəzərə aldıqda, azərbaycanlı seçicilərin səslərinin nə dərəcədə əhəmiyyət daşıdığı aydın olur.