vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 20 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
REGİON  
1 milyard dollar xərci var 13:57 | 20 may 2025 | Çərşənbə axşamı Məqaləyə 22 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

1 milyard dollar xərci var

Türkiyənin nüvə enerjisi ilə işləyən sualtı qayığın inşasına başlayır

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyə yalnız yeddi ölkədə olan nüvə sualtı texnologiyasına sahib olmaq qərarına gəlib. Hərbi Dəniz Qüvvələri Komandanı Admiral Ərcüment Tatlıoğlu, “Gücümüzü artırmaq üçün nüvə enerjili hücum sualtı qayıqları üçün addımlar atacağıq”, – deyib. Hər biri 1 milyard dollar dəyərində istehsal olunacaq sualtı qayıqların sayı təhlükə analizlərinə görə müəyyən ediləcək.

***

ABŞ, Rusiya, Çin, Fransa və Böyük Britaniyanın ballistik raketləri daşıya bilən nüvə sualtı qayıqları var. Hindistan nüvə silahına sahibdir, Braziliya və Fransa ilə birgə istehsal edir. Türkiyənin nüvə silahı daşımayan, nüvə enerjisi ilə işləyən hücum sualtı qayıqları hazırlayacağı bildirilir. Bu addım Aralıq dənizində tarazlığı dəyişəcək.

***

“Mavi Vətən” konseptinin yaradıcısı, təqaüdçü kontr-admiral Cem Gürdəniz “Bu, geosiyasi zərurətdir” deyərək layihəni dəstəkləyib. Gürdənizə görə, Türkiyə okeanlara çıxışı olan yeganə türk dövləti olaraq nüvə sualtı qayıq qabiliyyətinə malik olmalıdır. Mövcud dizel-elektrik sualtı qayıqlarla yanaşı, bu addım strateji çəkindirməni gücləndirəcək və uzunmüddətli hərbi güc olacaq.

***

Nüvə sualtı qayıqları, içindəki nüvə reaktoru sayəsində üzə çıxmadan aylarla su altında qala bilir. Ənənəvi dizel-elektrik sualtı qayıqlardan fərqli olaraq, o, havadan asılı olmayaraq fəaliyyət göstərə və dörd aya qədər su altında dayana bilir. Bu sistem yüksək sürətlə uzun müddətli istifadə təklif etsə də, batareyalarla işləyən sualtı qayıqlar yalnız bir neçə gün və ya saat vəzifədə qala bilir.

***

Dünyada yalnız məhdud sayda ölkə nüvə sualtı qayıqlarına malikdir. Çünki bu texnika yüksək xərclər və qabaqcıl texnologiya tələb edir. Birləşmiş Ştatlar 1954-cü ildə ilk nüvə sualtı qayığı olan “USS Nautilus”u suya buraxdı və 1958-ci ildə Sovet İttifaqı (SSRİ) də buna cavab verdi. Bu gün ən böyük nüvə sualtı donanmasına sahib ABŞ-ı (72), Rusiya (32) və Çin (12) izləyir.