
Ən yüksək mükafatı alınan ikinci dövlət başçısı
Fransanın keçmiş prezidenti Nikolya Sarkozinin Fəxri Legion ordeni ləğv edilib
Fransanın keçmiş prezidenti Nikolya Sarkozinin Fəxri Legion ordeni ləğv edilib
Gündə 4 reys həyata keçiriləcək Frankfurt-London marşrutu müddəti 5 saata endirilə bilər
Silahları aşkar etmək üçün məktəblərdə detektor qapıları quraşdırılacaq
Bütün məktəblərdə bir dəqiqəlik sükut elan olunacaq
Fransa baş naziri: “Bəzilərinin satışı dərhal qadağan olunacaq”
Fransa prezidenti qalıq yanacaqlarla bağlı susması ekoloqları məyus edir
Söz azadlığının məbədi hesab edilən Fransada jurnalistlər özünüsenzura tətbiq edir
Fransada şagird çantasını yoxlayan müəllimi bıçaqlayaraq öldürüb
Öz sözlərinə istinad etsək, Fransa prezidentinin ya mənəviyyatı çatmadı, ya da məsuliyyəti
Hamilə qadın küçənin ortasında uşaq dünyaya gətirdi
... Niyə erməni separatizminə “hə”, rusa “yox” deyir...
ƏDV 4 dəfə artırılır
Seksual azlıq üzvü müxalif millət vəkilinin otağına girib paltarlarını götürərək qaçıb
Fransada şokoladlı muslar görə geri çağırılıb
Makronun mum heykəli oğurlanıb
Tunisli qonşusunu öldürdü, türk gənc yaraladı
Fransa prezidenti Emmanuel Makron “TF1”də kanalında iki saat yarımlıq canlı yayımda ictimaiyyətin suallarını cavablandırıb. Verlişin gündəliyində pensiya islahatı, evtanaziya hüququ, miras vergisi və ən əsası referendum olub.
Fransa Prezidenti Emmanuel Makron dünən saat 20.10-da “TF1”də fransız xalqının qarşısına çıxıb. “Fransa üçün çətinliklər” adlı xüsusi verilişdə Makron iki saat yarım ərzində cəmiyyətin müxtəlif təbəqələrinin suallarını cavablandırıb. Proqramı jurnalist Gill Bulo təqdim edib.
İştirakçılar arasında CGT həmkarlar ittifaqı lideri Sofi Binet, ALS xəstəsi olan keçmiş idman şərhçisi Çarlz Bietri, Beziers bələdiyyəsinin başçısı Robert Menard, “YouTube” fenomeni Tibo İnşeyp və “Oxfam” direktoru Sesil Düflo olub.
***
Makronun vədlərlə dolu çıxışlarında problem ondan ibarətdir ki, o gözləntilərilə çox vaxt xalqı məyus edir. Bir neçə gün idi ki, Makronun kommunikasiya üzrə müşavirləri referendumun olacağına eyham vururdular. Elə mayın 13-də axşam saatlarında TF1 televiziya kanalında çıxışın da əsas məqsədi bu idi. Yəni Fransa dövlət başçısı canlı yayında referendum olacağını elan etməliydi. Amma Makron həmişəki kimi belə bir yola getməkdən qorxdu. Məsələdən xəbərdar olan jurnalist Gill Bulo “Fransa üçün çətinliklər” adlı xüsusi proqram zamanı iki yarım saat davam edən müzakirədən sonra şübhəyə son qoymaq üçün Emmanuel Makrona təzyiq göstərmək istədi. Lakin bir kisə ənciri zay edən Makron yalnız “gələcək aylarda eyni vaxtda bir neçə referendumun keçirilməsi” mümkünlüyünü qeyd etməklə kifayətləndi. Yəni Fransa prezidenti ya referendum, ya da tarixə yol açacaq mövzularda çox sərt davranış sərgiləmək öhdəliyini götürməkdən çəkindi.
Yalnız skleroz xəstəsi, keçmiş jurnalist Çarlz Bietrinin təkidindən sonra Makron, “bir dalana girilərsə, referendum bu çıxılmaz vəziyyətin həlli ola bilər”. “Nə zaman çox geciksək və hər hansı siyasi durum tərəfindən əngəllənsək, xalqa referendum çağırışı edə bilərik”. Bu sözdən sonra növbəti cümlə qorxaqlığın bariz nümayişi oldu: “Referendum çağırışı qərarını parlamentdəki bütün siyasi partiyalarla birlikdə verəcəyik”.
***
Uzun müddətdir ki, dünya siyasi səhnəsindən reytinq itirən Makron Ukraynaya səfərindən sonra beynəlxalq balansların dəyişməsi və Donald Trampın yenidən prezident seçilməsi səbəbindən yenidən ön planda olmaq istəyir. “Xarici siyasət prezidentin səlahiyyətindədir, lakin indi o, daxili siyasətdə öz təsirini bərpa etmək istəyir”, – adının çəkilməsini istəməyən hökumət rəsmisi deyib.
Xüsusən ABŞ səfəri zamanı Donald Trampla görüşündə küncə oturdulan, Ceyms Vens və Tramp tərəfindən məzxərəyə qoyulan Fransa prezidentinin özünü heç nə olmamış aparması ölkə ictimaiyyətinin ikrah və qəzəbinə səbəb olmuşdu.
Ölkə daxili siyasətdə məhkəmə tərəfindən Makronun ən güclü rəqibi Le Penə 5 illik siyasi qadağa qoyulması və ümumi seçkilərdə qalib gələn partiyalara hökumət qurmağa imkan verilməməsi özünü demokrat carçısı hesab edən dövlətin, yumşaq desək, maskasının yırtılması demək idi.
Bütün bu fiaskolardan sonra çıxış yolunu referendumda görən müşavirləri bir şeyi başa düşmürlər ki, son ümumi seçkilərdə biabırçı məğlubiyyət Makronun gözünü elə qorxudub ki, səsvermə adı gələndə seçki qutusunda ilan görür.