vaxtlı-vaxtında oxuyun! Şənbə, 5 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
TƏBİƏT, İQLİM, FƏLAKƏT  
Kivi boyda çiyələk 12:29 | 20 may 2025 | Çərşənbə axşamı Məqaləyə 127 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kivi boyda çiyələk

İqlim dəyişikliyi meyvələrə də təsir edib

MEHİN

MÖVZU İLƏ ƏLAQƏLİ

İngiltərədə ilin bu vaxtı mövsüm normalarından yüksək olan isti və quru hava ölkədə yetişdirilən çiyələklərin ölçüsünün artmasına səbəb olub. İstehsalçılar bəzilərinin kivi ölçüsünə çatdığını deyirlər.

“Naftemporiki”nin məlumatına görə, “Biz əvvəllər belə böyük giləmeyvə verən məhsul görməmişdik. Onların bəziləri çox böyükdür və gavalı, hətta kivi ölçüsünə çatır. Bu, bizim üçün çiyələk mövsümünün mükəmməl başlanğıcıdır”, – “The Summer Berry Company”yə məxsus fermanın meneceri Bartoz Pikonz deyib.

Britaniya Çiyələk Yetiştiricileri Federasiyasının məlumatına görə, soyuq gecələr çiyələk bitkilərinə gün ərzində qazandıqları enerjidən daha çox təbii şəkər istehsal etmək üçün istifadə etməyə imkan verir. Böyük çiyələklər mütləq daha şirin olmasa da, son aylarda isti günlərin və sərin gecələrin birləşməsi giləmeyvələrə “mükəmməl” təsir edib.

1970-ci illərdən bəri ən qaranlıq yanvar və fevral, 1910-cu ildən bəri isə ən parlaq mart və aprel aylarını yaşadıqlarını deyən Pinkoz, hazırda fermada yetişdirilən çiyələklərin normaldan yüzdə 10-20 daha böyük olduğunu, buna görə də yemək üçün kəsmək məcburiyyətində qalan istehlakçıların ağzına sığmadığını söylədi.

Böyük Britaniya yetişdiriciləri may ayının əvvəlki iki ayda olduğu kimi eyni iqlim tendensiyasını izlədiyini, çiyələklərin hələ də tarlalarda çox sayda göründüyünü söylədi.