
Kilsədə korrupsiya
Saxta qəbzlər, xəyali təchizatçılar adıyla milyonlarla dollar mənimsənilib
Saxta qəbzlər, xəyali təchizatçılar adıyla milyonlarla dollar mənimsənilib
Hər şey mobil telefondan elektron cihazlara qədər bu mədənə bağlıdır
Türkiyədə son 55 ilin ən isti iyul ayı
Temperatur 40 dərəcəyə çatacaq, ekspertlər diqqətli olmağı tövsiyə edir
20 vilayətdə dövlət qurumları bağlanır
Afrikanın ən varlı 4 nəfəri qitə əhalisinin yarısından daha çox sərvətə sahibdir – “Oxfam”
Avropanın sonuncu isti dalğasında ölümlər üç dəfə artdı
“Əgər ehtiyat tədbirləri görülməsə, on minlərlə insan istidən ölə bilər”
Fransa yeni qızmar isti dalğasına hazırlaşır
“Dambo” cizgi filminin oxşar variantı faciə ilə bitib
Milanda asfalt əriyib
Bir qrup gənc evə basqın edib 6 nəfəri öldürdü
Qanada “Meymun çiçəyi” ilə xəstə sayı 133-ə yüksəlib
Qitə həddindən artıq isti dalğası altında inildəməkdə davam edir
Həddindən artıq istilərin sağlamlığa təsiri 5 sualda
Termometrlər 46 dərəcəni göstərib
Dünya Meteorologiya Təşkilatı (World Meteorological Organization – WMO) bildirib ki, iqlim dəyişikliyinə qarşı adekvat tədbirlər görülməsə, 2030-cu ilə qədər Afrikada təxminən 118 milyon yoxsul insan quraqlığa, daşqınlara və həddindən artıq istilərə məruz qalacaq.
WMO-nun “Afrikada 2023 İqlim Vəziyyəti” adlı hesabatına görə, Afrikanın iqlim dəyişikliyi ilə bağlı getdikcə daha ağır şərtlərlə mübarizə apardığı və iqlim dəyişikliyinə uyğunlaşma üçün əsas təcrübələrlə bağlı qeyri-mütənasib yüksək xərclərlə üzləşdiyi vurğulanıb.
Hesabatda Afrika ölkələrinin ümumi daxili məhsulunda (ÜDM) orta hesabla 2,5 faiz itki yaşandığı və bir çox ölkənin ekstremal iqlim hadisələrinə cavab olaraq büdcələrinin təqribən 9 faizindən istifadə edildiyi qeyd edilib.
“Qara Afrika (Böyük səhradan aşağı, qitənin təxminən 3/2-si) hissəsində iqlim dəyişikliyinə uyğunlaşma xərclərinin yaxın 10 ildə hər il 30-50 milyard dollar və ya bölgənin ÜDM-nin 2-3 faizi arasında olacağı təxmin edilir. Əgər adekvat tədbirlər görülməzsə. 2030-cu ilə qədər Afrikada 118 milyona qədər ekstremal ölüm olacaq”, – hesabatda deyilir.
Proqnozlara görə, yoxsul insanların (gündə 1,90 dollardan az pulla yaşayan) quraqlığa, daşqınlara və həddindən artıq istilərə məruz qalacağı gözlənilir.
Həmçinin bildirilib ki, Afrika ölkələri milli meteorologiya və hidroloji xidmətlərə daha çox sərmayə qoymağa üstünlük verməli və insanların həyatını və dolanışıq vasitələrini xilas etmək üçün iqlim dəyişikliyinə qarşı erkən xəbərdarlıq təşəbbüsünün həyata keçirilməsini sürətləndirməlidir.
***
Hesabatda fikirlərinə yer verilən WMO-nun baş katibi Keleste Saulo, “Afrikada son 60 ildə qlobal orta göstəricidən daha sürətli bir istiləşmə tendensiyası müşahidə edilib. 2023-cü ildə qitədə ölümcül isti dalğaları– yağışlar, daşqınlar, tropik siklonlar və uzunmüddətli quraqlıqlar yaşanıb”, – deyib.
Saulo həmçinin bildirib ki, bu ekstremal təbii hadisələr icmalar üzərində dağıdıcı təsirlərə səbəb olur.
Afrikada ekstremal hava hadisələrinin 2024-cü ildə də davam edəcəyini bildirən Saulo: “Cənubi Afrikanın bəzi hissələri dağıdıcı quraqlıqla mübarizə aparır. Qeyri-adi mövsümi yağışlar Şərqi Afrika ölkələrində, ən son isə Sudan və Cənubi Sudanda ölüm və dağıntılara səbəb olub. Bu, onsuz da çıxılmaz vəziyyətdə olan humanitar böhranı daha da gücləndirir”.