

“Darth Vader” maskası və lateks paltar geyinmiş “Reyx vətəndaşı” (İmperiya müdafiəçiləri, ifrat sağçı ekstremistlər) Bavariyanın Lindau şəhərində polis əməliyyatına səbəb olub.
Kempten polisi dünən bildirib ki, şahidlərin məlumatından sonra polis məmurları “Ulduz döyüşləri” filmlərindəki cani kimi geyinmiş 60 yaşlı kişini mayın 18-də axşam saatlarında həbs edib. Həmin şəxs polisə özü haqqında məlumat verməkdən imtina etdi.
***
Məmurların dediyinə görə, “vinil gödəkçə” və “Darth Vader maskası” taxan bir adam və “qara zibil torbası geyən şəxs” barədə ardıcıl xəbərdarlıqlar alınıb. Patrul qısa müddət sonra həmin şəxsi tapıb. Kişinin “tam lateks paltarı” geyindiyi aşkarlanıb.
Polisin məlumatına görə, 60 yaşlı “Reyx vətəndaş hərəkatı”nın üzvüdür, onun üzvləri Almaniya Federativ Respublikasını legitim dövlət kimi tanımır və ümumiyyətlə, qanunlara bağlılıq hiss etmir. Müvafiq olaraq, şəxsin məlumatlarını verməkdən imtina etməsinin səbəbi bu olub. İndi onu bu davranışına görə cinayət işi gözləyir. Zabitlərin dediyinə görə, Vöhringen bələdiyyəsindən olan şəxs nəhayət paltarını çıxarıb və evinə yollanıb.