
Təyyarələrdə cəza yağacaq
Kəmər açanlara, yerindən qalxanlara 60 avro cərimə
Kəmər açanlara, yerindən qalxanlara 60 avro cərimə
Təyyarənin yük bölməsində unudulan işçi bir saata yaxın -25 dərəcədə uçub
Klubun bazası Türk Hava Yollarının adını daşıyacaq
Onlardan 51.3 faizi AZAL-ın payına düşür
«Təyyarə müayinədən tam keçməlidir ki, ...»
«Təyyarə müayinədən tam keçməlidir ki, ...»
«Təyyarə müayinədən tam keçməlidir ki, ...»
Bu gün səhər saatlarında Berlin Brandenburq Hava Limanına (BER) enən Türk Hava Yollarının (THY) TK 1721 reysi zamanı qorxu anlar yaşanıb. İstanbuldan gələn “Boeing 777-300” tipli (maksimum 550 sərnişin tutumlu) təyyarə saat 09:03-də uçuş-enmə zolağına enərkən qəfildən altından tüstü qalxdığını görülüb. Pilot dərhal hərəkətə keçərək idarəetmə qülləsində yanğın siqnalı verib.
***
Hava limanından verilən açıqlamaya görə, tüstülənməyə təyyarənin eniş zamanı təkər əyləclərindən birinin həddindən artıq istiləşməsi səbəb olub.
Vəziyyətin ciddiliyinə görə hava limanının yanğınsöndürmə briqadası hadisə yerinə ən yüksək hazırlıq səviyyəsi ilə göndərilib. Xoşbəxtlikdən ciddi hadisə baş verməyib. Yoxlamalar zamanı təyyarədə yanğınla bağlı hər hansı əlamət və ya tüstü əmələ gəlməsi aşkar edilməyib.
***
THY sözçüsü təyyarədə neçə sərnişinin olduğu barədə məlumat verməsə də, sərnişinlərin heç vaxt təhlükə altında olmadığını vurğulayıb. İnsidentdən sonra təyyarə planlaşdırılan dayanacaq yerinə yönəldilib. Sərnişinlər heç bir evakuasiya proseduru olmadan normal şəkildə eniblər.
Texniki qrup dərhal nasaz əyləci yoxlamağa başlayıb. Təyyarənin müvəqqəti olaraq istismardan çıxarılıb-çıxarılmayacağı hələlik bəlli deyil.