vaxtlı-vaxtında oxuyun! Bazar, 6 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
OLAY  
Bakı-İstanbul reysi «quşladı» 19:53 | 2 iyul 2014 | Çərşənbə Məqaləyə 2433 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bakı-İstanbul reysi «quşladı»

«Təyyarə müayinədən tam keçməlidir ki, ...»

MÖVZU İLƏ ƏLAQƏLİ

Saat 14:40-da Bakı hava limanından İstanbula uçmalı olan təyyarə hələ də havaya qalxmayıb. Təyyarədə olan sərnişinlərin AzadlıqRadiosu-na bildirdiyinə görə, uçuş ləngisə də, onlara təyyarəni tərk etməyə icazə verilməyib:


«Yalnız bir neçə uşaqlı sərnişinə imkan yaradıldı. 3 saatdır təyyarə salonunda oturub uçuşu gözləyirik. Bizə dedilər ki, təyyarə bu gün İstanbuldan Bakıya gələndə, eniş zamanı sol mühərrikə quş dəyib. Təyyarə tam müayinədən keçməlidir ki, uça bilsin».

AzAL-ın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Məhərrəm Səfərli faktı təsdiqləyib, amma deyib ki, təyyarə Türk Hava Yollarına məxsusdur.

Türk Hava Yollarının Azərbaycan nümayəndəliyi ilə əlaqə saxlamaq mümkün olmayıb. Qurumun Türkiyə ofisindən isə sorğunu cavablandırmayıblar.