vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 17 yanvar 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.9398 AZN
1 Rusiya rublu 1 RUB = 0.0254 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.1857 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3119 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
CƏMİYYƏT  
11:40 | 18 dekabr 2018 | Çərşənbə axşamı Məqaləyə 1668 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Başqa çıxış yolun yoxdur

Səni azərbaycanlı olduğun üçün öldürürlərsə, millətçi olmağa məhkumsan!

Şərif AĞ

Gənc psixoloqun məlum statusu və videoları saytlarda və sosial şəbəkələrdə müharibə mövzusunu bir daha gündəmə gətirdi. Necə deyərlər, atəşkəs yenə “pozuldu”. Minlərlə adam məsələyə münasibət bildirməyi özünə borc bildi.

Prosesi qismən izləsəm də baş verənləri təhlil etmək fikrində deyiləm. Mən sadəcə bir nüansa diqqət çəkmək istəyirəm.

Bizdə hələ də Qarabağ hadisələrinin mahiyyətini anlamadan bu haqda danışan, fikir bildirən insanlar vardır. Əslində, başımıza gətirilən və zorla cəlb olunduğumuz bu konfliktin həlli nə qədər çətindirsə, tarixi qiyməti o qədər asandır. Özümüzünkülərə şübhə ediriksə, Qarabağ münaqişəsini yaxından araşdıran əcnəbi qələm adamlarına müraciət edək. Məsələn, Tomas Devalın “Qarabağ” kitabını oxuyaq.

Hərgah BMT-nin icra olunmamış qalan məlum qətnamələri vəziyyəti kifayət qədər dərindən anladır. Beynəlxalq aləm Azərbaycana “Müharibə etməyin, çalışıb sülh yolu ilə həll edək” – deyə az qala yalvarır. Niyə? Çünki müharibə etmək haqqımız olduğunu yaxşı bilir.

Fransadan tutmuş Vatikana qədər bizim vəziyyətə düşüb əlinə silah almayan Avropa ölkəsi olmayıb. Sadəcə onların üstünlüyü ordadır ki, bu gün düşmənləri ilə deyil, dostları ilə əhatə olunublar. Avropa orta əsrlərə xas kin-küdurətli torpaq iddialarını çoxdan unudub, sərhədsiz dünyaya keçib.

Bəs Qafqazda necədir?

Kim kimdən torpaq iddia edir?

Kim-kimin ərazisini işğala məruz qoyur?

Azərbaycanı sevməyən ölkələr də ərazi bütövlüyümüzə qəsd olunduğunu etiraf edir. Etməyə bilmir. Amma öz içimizdə buna loyal yanaşan, bizim məğlubiyyətimiz üzərində sülhü təmin etmək istəyənlər var.

Bu şəkildə əldə olunan sülh sülh deyil, məğlubiyyətin rəsmiləşməsi, etiraf olunmasıdır. Bu, tarixi bir utancdır.

Qonşu ölkənin millətçi-ekstremist qüvvələri iddia etdiyi torpaqlardan iki-üç qat artığını tutublar. Biz bu şəraitdə sülh istəsək oynaya-oynaya razı olarlar. Kor nə istər?

Bizdən əvvəlki təcrübələr, tarixi-sosioloji biliklər günümüzü dəqiq qiymətləndirməyə əsas verir. Əgər dünyada hansı millət harda yaşayır, o ərazini iddia eləsə, qan su yerinə axar. Çünki ərazisində milli azlıq yaşamayan ölkə yoxdur. BMT-nin tanıdığı sərhədlər o deməkdir ki, dünya bununla razılaşıb. Yer kürəsinin torpaqları yer kürəsinin sakinləri arasında bölünüb, qurtarıb. Ağıllı adamlar torpağın nə olduğunu yaxşı anlayır və dünyanın heç bir xalqlının bu məsələdə zərrə qədər güzəştə getmədiyini bilir.

Tarixdə iki cür müharibə vardır. Biri, ədalətli, o biri ədalətsiz. Ədalətsiz müharibə odur ki, başqasının ölkəsinə soxulub, orda müharibə aparırsan. Ədalətli müharibə odur ki, öz vətəninin ərazisində, özünü qorumaq, varlığını təhlükədən xilas etmək üçün vuruşursan.

Azərbaycan son yüz ildə, o cümlədən Qarabağda heç vaxt ədalətsiz müharibə aparmayıb. Məsələ bu qədər aydındır. Biz ədalətli müharibə aparırıq! Ümumi prinsip budur. Qalanı təfərrüatdır.

Mən millətçiliyi və hay-küylü vətənpərvərliyi sevmirəm. Lakin bir incə məqam var; səni azərbaycanlı olduğun üçün öldürürlərsə, millətçi olmağa məhkumsan! Çünki başqa çıxış yolun yoxdur.

Biz milli münaqişələrə və ərazi iddialarından yaranan silahlı konfliktə cəlb olunduğumuz halda analoji problemləri yüz il əvvəl həll edib özü üçün mütərəqqi dünya yaradan Qərb dövlətlərindən nümunə götürə bilmərik. O dəyərlər burda işləməz. O dəyərlərin burda işləməsi üçün zaman lazımdır. Nə yazıq ki, bir ölkənin rahat həyatı həm də onun qonşularından asılıdır. Bizim bu barədə bəxtimiz gətirməyib.

İtirdiyimiz torpaqlara qayıtmayınca sülhdən dəm vurmağımız gülməlidir.

Tarixdə sülh də iki cür olub: ədalətli və biabırçı. Bəli, məhz “Biabırçı sülh müqaviləsi” deyə bir anlayış var.

Özümüzü buna layiq bilməyək.

Çünki bu cür alçalmamağımız üçün canını qurban verən oğullarımız olub.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)