vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 13 noyabr 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
ƏDƏBİYYAT  
18:24 | 26 iyun 2019 | Çərşənbə Məqaləyə 579 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

… Azad

Qoçaq və diribaş …

Şərif AĞ

Dünən mənə bir dəvətnamə gəlib. Əmim oğlu Azadın toyuymuş... Qarabağda! Vay bə, Azad! Nə tez böyüdün belə. Küçükdün, hürə-hürə it oldun.

Yadımdadır, kənddə toppuş bir uşaq idi. Ağappaq, yumru. Babam onu çox sevərdi. “Dığa” deyərdi adına. Bizdə yaşlı adamlar istəkli uşaqlarını belə “pis” adla çağırırdılar ki, göz dəyməsin. Uzun zaman hamı Azadı Dığa kimi tanıyıb.

Kəndimizin işğalından sonra əmimgil Ağcabədinin Hüsülü kəndi yaxınlığındakı fermaya köçdülər. Diribaş uşaq idi Dığa. Yaz vaxtı obanın yaxınlığındakı yoncalıqdan yığdığı qanqalları yol qırağında satır, axşam evə qənd-çay alırdı. Kasıb idilər. Dığanın qanqalpuluna möhtac olacaq qədər... O isə qızırqalanmazdı zəhmətinə. Başqa qanqal satan uşaqlar kimi özünə konfet-peçenye, bakuş-makuş almazdı.

Günlərin birində Hüsülü yolunun kənarındakı topdansatış mağazanın yekəqarın müdiri Dığanı yanına çağırır, arıtlayıb əlində topa-topa tutduğu qanqalların hamısını bir-bir dişiylə soyub yeyir. Uşaq gözləyir ki, pulunu verəcək, amma müdirdən səs-səmir çıxmır. Axırda dilə gəlir Dığa. Deyir, əmi, heç olmasa pulun əvəzinə qənd-çay ver, evdə məni gözləyirlər. Müdir qarnı atıla-atıla gülür:

“Get təzədən yığ, sat, sonra da gəl qəndini, çayını al! O boyda yonca sahəsini əlindən almamışıq ki?!”

Dığa kədərlənir. Deyir, əmi, axı mən balaca bir uşağam, sənsə yekə kişi, bu boyda mağazan var, niyə mənim qanqalımı yeyib haqqımı vermirsən?

Müdir ona təpinir və mağazanın yanından qovur.

Dığa əvvəl hirsindən ağlayır. Sonra əməllicə kövrəlir. Axı bu yerlərdə onun simsar bildiyi, dərdini demək istədiyi bir adam yoxdur. Nə etməli?

Dedim axı, qoçaq uşaq idi Dığa.

Qəflətən gözü cantaraq bir hərbçiyə sataşır. Nə vaxtsa evlərində görüb bu adamı, atası ilə, babası ilə səmimi görüşdüyünün, öpüşdüyünün şahidi olub.

Yəqin qohumumuzdur deyə düşünür.

Hadi bə, Dığa! Tüpürəsən dabana – düz bu hərbçinin yanına. Çiynində avtomat şahanə dayanmış zabitə ərklə müraciət edəsən:

“Dayı, mən bax o fermada qalan Qurban kişinin oğluyam! Tanıyırsan dədəmi?”

Hərbçi diksinib:

“Dığa, sənsən?”

Uşaq sevinib:

“Həə... Mənəm”

Hərbçi əyilib üzündən öpüb Dığanın, buralarda nə gəzirsən deyib.

Dığa başına gələnləri hərbçiyə danışıb. Hərbçi gülümsünüb:

“Ay əclaf, bə adam bibisi oğlunu tanımaz?” – bir də öpüb uşağın pörtmüş sifətindən, sonra deyib, arxamca gəl.

Girib mağazaya, müdirə çatan kimi möhkəm bir yumruq vurub. Müdir tappaturupla piştaxtaların üstünə aşıb.

“Oğraş oğlu, oğraş, ilişməyə adam tapmırsan?” – yerdə təpikləməyə başlayıb – “Sən öləsən yediyin qanqalları qusmayınca səndən əl çəkməyəcəm!”

Vur-həşir düşüb, camaat toplaşıb, heç kəs cürət edib silahlı hərbçini tutmayıb. Axırda ağsaqqal birisi Dığaya yanaşıb ki, get qohumunu ondan arala, yoxsa döyüb öldürəcək, qohumunu tutacaqlar. Dığa qaçaraq hərbçinin qolundan yapışıb:

“Dayı, eləmə!”

“Dayı” dayanıb. Deyib, Dığa, iri bir kulyok götür, mağazadan ürəyin nə istəyir yığ onun içinə...

Dedim axı, Dığa diribaş uşaqdır...

Yükünü tutandan sonra hərbçiylə sağollaşıb, vaxtın olsa bizə gəl deyib, atam sənə quzu kəsər.

Gülümsünüb hərbçi.

Dığa isə fit çala-çala fermaya tərəf üz tutub...

Bundan sonra qoca babamız bəyan edib ki, daha uşağa heç kim Dığa deməsin! Onun adı Azaddır. A - ZAD!

 

***

 

İndi toyudur əclafın!

Hökmən getməliyəm!

Hətta qalstuk da taxacam!

Qoy desinlər savadlı qohumları var.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)