vaxtlı-vaxtında oxuyun! Bazar, 25 oktyabr 2020
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
CƏMİYYƏT  
12:09 | 21 iyul 2020 | Çərşənbə axşamı Məqaləyə 902 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qalanlarla yaşaya bilərik...

Şəhid övladları haqqında qərara yenidən baxılması zərurəti yaranıb

Vüsalə MƏMMƏDOVA

MÖVZU İLƏ ƏLAQƏLİ

Yaşadığımız coğrafiya talemizdir və heç birimiz bu taledən qaça bilmərik. Nə qədər sülh istəsək də, nə qədər müharibəyə nifrət etsək də tarix göstərir ki, yaşamaq üçün yeganə yolumuz müdafiə olunmaqdır.

Mən də müharibəyə nifrət edirəm. Yer üzündə kimsənin güllə səsi eşitməsini arzulamıram. Ancaq bir müharibə adamı kimi arzu limitimi də doldurduğumun fərqindəyəm… Hələ uşaqlıqdan o qədər sağ qalmağı arzulamışam ki… Artıq dərin kədər hissi ilə qəbul edirəm ki, döyüş alnımıza yazılıb və bu bir sevgilik ömrü müharibə şəraitində yaşayacağıq…

Ötən günlərdə baş verənləri izləyir, hər kəsin yazdığını oxumağa çalışıram. Hamımız şəhidlərimiz üçün üzülürük. Əksəriyyət səmimiyyətlə onların övladlarına necəsə dəstək olmağa çalışır, orduda döyüşmək üçün müraciət edir və s. Yəni, hər kəs bacardığı qədər dəstək olmağa çalışır.

İllərdir müharibə mövzusunu işləyən bir jurnalist kimi sabah gündəm dəyişəndə mövzunun da dəyişəcəyini yaxşı bilirəm. Xahiş edirəm, inciməyin. Amma bu həqiqətdir. Belə olacağını hamımız bilirik. Nə qədər ki, həmrəyik, bir mövzuda da dəstəyinizi rica edəcəyəm.

Şəhidlərimizin ruhu qarşısında baş əyirik! Amma unutmayaq, bu torpağı müqəddəsləşdirən təkcə şəhid qanı deyil, hər bir qazi də onlar qədər dəyərlidir!

Böyüklərimiz deyib ki, ölənlə ölünmür. Ancaq qalanlarla yaşaya bilərik axı…

Ölkəmizdə şəhid, itkin və qazi övladları təhsil haqqından azaddırlar. Bəs qazilər özləri? Onlar niyə təhsil haqqı ödəməlidirlər? İndi ki, bu savaş hələ çox davam edəcək, nə qədər ki, Qarabağ uğrunda Qarabağı görməyən oğullar şəhid olacaq, bu (Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında) qərarın yenidən gözdən keçirilməsinə ehtiyac olduğunu düşünürəm. Dostluğumda olan ziyalıları, millət vəkillərini, jurnalistləri bu məsələni gündəmə gətirmələrini xahiş edirəm.

Rica edirəm, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı xəsarət alan şəxslərin də təhsil haqqından azad edilməsi təmin edilsin. Sabah o gənclərə “hərbi xidmətini yerinə yetirərkən yaralanmısan” deyilməsin...

Zəruri qeyd: Universitetə müraciət edəndə güzəştə gedirlər. Ancaq qanını bu torpağa qatan biri niyə xahiş eləməlidir? Aprel döyüşlərində yaralanan bir tələbə məzun olsa da, sonuncu kursun ödənişini etmədiyi üçün diplomunu ala bilmir. Əvvəlki ilin təhsil haqqını universitet ödəmişdi. İndi universitetə yenidən müraciət etmişik, cavab gözləyirik. Ödəməyəcəkləri təqdirdə bir hesab açıb o vəsaiti toplamağı düşünürəm. Amma hələ ki, universitetdən cavab gözləyirəm...


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)