vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 may 2020
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
MÜƏLLİF  
19:19 | 8 oktyabr 2012 | Bazar ertəsi Məqaləyə 2006 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«13 yazısı»

Azər QARAÇƏNLİ

Mən mövhumatçı deyiləm, amma 13 rəqəminin mənimlə nəsə bir bağlılığı var. 1973-cü ildə anadan olmuşam. Bu tarixə baxanda birinci və sonuncu rəqəmlərində 13-ü görürəm.

Bakının Köhnə Günəşli qəsəbəsində 13-cü binada yaşayıram. Bura 1983-cü ildə köçmüşük.
Bəlkə də yanılıram, amma öz yadımda qalan belədi, o dəfə keçmiş sinif yoldaşımdan soruşdum, onun da yadında belə qalıb ki, orta məktəbdə sinfimizin jurnalında mənim adım 13-cü yerdə olub.
265 saylı orta məktəbi bitirmişəm. 2, 6, 5 rəqəmlərini toplayıram, 13 eləyir.
Mətbuatda ilk məqaləm 1993-cü ildə çıxıb, ilk dəfə işə də 1993-də düzəlmişəm.
İmzam Azər Qaraçənli kimi gedir. Bu imzada 13 hərf var.
Rəsmən mən Əliyev Azər Ağa oğluyam. Soyadımdakı, adımdakı və atamın adındakı (Əliyev/Azər/Ağa) hərflərin ümumi sayı da 13 eləyir. 
Ayın 13-də (iyul ayının) əsgərliyə getmişəm, ayın 13-də (avqust) hərbi and içmişəm.
İş yerim “İnşaatçılar” metro stansiyasının yanındadı. Yaşadığım yerə ən yaxın metro stansiyası da “Həzi Aslanov”du. Elə-belə, marağa oturub sayıram görüm “Həzi Aslanov”dan “İnşaatçılar”a neçə stansiya eləyir, 13 çıxır. 1. “Həzi Aslanov”; 2. “Əhmədli”; 3. “Xalqlar dostluğu”; 4. “Neftçilər”; 5. “Qara Qarayev”; 6. “Koroğlu”; 7. “Ulduz”; 8. “Nəriman Nərimanov”; 9. “Gənclik”; 10. “28 May”; 11. “Nizami”; 12. “Elmlər Akademiyası”; 13. “İnşaatçılar”.
2011-ci ilin yayında “Qafqazinfo.az” saytı yazılı mediada çalışan jurnalistlərin reytinqini müəyyənləşdirmək üçün internet sorğusu keçirdi. Sorğuda 20 jurnalistin adı vardı, mənim adım 13-cü yerdə yazılmışdı. Səsvermə 13 gün getdi, 14-cü gün səhər – avqustun 9-da nəticə elan olundu. Mən 13 səs toplamışdım. (Sorğunun nəticəsinə bu linklə baxa bilərsiz: http://qafqazinfo.az/news.php?id=2513 . Yeri gəlmişkən, linkin sonundakı rəqəmlərə də diqqət yetirin).
Neçə vaxtdı ailəmizin zəbt olunmuş torpaq sahəsiylə məşğulam. Bu torpaq sahəsi mənim atama rayon icra hakimiyyətinin 373 nömrəli sərəncamıyla verilib. 3, 7, 3 rəqəmlərini toplayıram, 13 alınır. Torpaq sahəmiz Bakının Badamdar qəsəbəsində, 1338 saylı sahədə yerləşir. Bu torpaq sahəsi ailəmizin daşınmaz əmlakı kimi dövlət reyestrində reyestr kitabının 11332 nömrəli vərəqində qeydiyyata alınıb. Reyestr nömrəsindəki rəqəmlər belə başlanır: 00401300...
Torpaq sahəmiz zəbt olunduğuna görə neçə vaxtdı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə ayaq döyürəm. Ora metronun “Elmlər Akademiyası” stansiyasının qarşısından avtobusla gedirəm. “Elmlər Akademiyası”nın qarşısından torpaq komitəsinə iki avtobus gedir: 13, bir də 193 nömrəli avtobuslar.
O gün torpaq komitəsinə ərizə verməkdən ötrü üçüncü mərtəbədə ümumi şöbəyə qalxıram. Baxıram şöbənin qapısının üstünə 313 yazılıb. Komitənin mütəxəssisi gəlib torpaq sahəmizdəki koordinatların yerini göstərib. O bunu bizim öz hesabımıza elədiyinə görə banka pul ödəyirəm. Qəbzi götürüb gedirəm komitəyə, kompüter mərkəzinin mühasibatına təqdim eləyirəm – 513-cü otağa.
“Mən mövhumatçı deyiləm. Ancaq deməliyəm ki, 13 rəqəminin mənimlə nəsə bir bağlılığı var”. Bu cümləni 17 il qabaq, hərbi xidmətdə olanda əsgər gündəliyimə yazmışam. 1995-ci ilin dekabr ayının 13-də yazdığım o qeyddə bu cümlələr də var: “Mən bəziləri kimi 13-ü nəhs rəqəm saymıram. 13 – gözəl və sehrli rəqəmdi. 13-cü binada yaşayıram. 13-ündə əsgərliyə gəlmişəm. 13-ündə hərbi andı qəbul eləmişəm. Orta məktəbdə jurnalda adım 13-cü yerdə olub. Mən bu gündən – dekabrın 13-dən də nəsə gözləyirəm. Hər ayın 13-ü gələndə mənə elə gəlir ki, nəsə bir xoş, yaxşı, ürəkaçan hadisə baş verəcək”.
Atam da 13 rəqəmini nəhs rəqəm saymırdı. Deyirdi, bunun bizə dəxli yoxdu, yəni 13-ün nəhs olduğu haqda deyilənlərin bizə dəxli yoxdu. Hardasa arxivində atamın bu rəqəm haqqında yazısı da olmalıdı.
Ailəmizin böyük övladı Fəxri də tələbə vaxtı deyərdi, baxıram hekayələrimin çoxunu ayın 13-də tamamlamışam.
Ata-anamın ilk nəvəsi də ayın 13-də dünyaya gəldi. Qeydiyyatda olduğu evin də, tibb məntəqəsinin də nömrəsi 13-dü. Yaşadığı mənzilin rəqəmlərini toplayanda da 13 eləyir.
Qarşıdan 2013-cü il gəlir. Mən mövhumatçı deyiləm, amma bunun bizim il olmasını istəyirəm. Bizim deyəndə tək özümü, yaxınlarımı yox, bütün xalqımızı nəzərdə tuturam.
P.S. Doğrusu, heç özüm də bilmirəm bu 13 yazısını niyə 39 yaşımda (13+13+13=39) yazdım.

   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)