vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 23 aprel 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 2.0981 AZN
Rusiya rublu 1 RUB = 0.0279 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.3933 AZN
Türk lirəsi 1 TRY = 0.4202 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
ƏDƏBİYYAT  
20:17 | 21 oktyabr 2016 | Cümə Məqaləyə 774 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İsa Hüseynovun uğursuzluğu

«Səhər sayıqlamaları» essesi

Şərif AĞ

MÖVZU İLƏ ƏLAQƏLİ

Kitablar insana rəngarəng duyğular bəxş edir. Misal üçün, Edqar Ponun «Şüşədən tapılmış əlyazma» hekayəsini oxuyanda bir anlıq düşünürdüm ki, Yer planeti də kainatın boşluğunda yolunu azmış gəmidir.

Hara gedir, niyə gedir, necə gedir heç kim bilmir.

Bəlkə bir gün bu «gəmi»dən də bizim yaşantılarımızı, başımıza gələnləri əks etdirən «əlyazmalar» tapılacaq.

Bəzənsə, düşünürəm ki, o məşhur zen-buddist əhvalatdakı kimi, yaşadığımız sivilizasiya kiminsə yuxusu, ya da xəyalıdır.

Zaman-zaman xəyal və yuxuyla reallıq arasında bərabərlik işarəsi görəndə, bu qorxulu qənaətim daha da dərinləşir.

Güman ki, tanrı deyilən o dərkolunmaz qüvvənin xəyalı, ya da yuxusuyuq.

Dərin və hüdudsuz təxəyyül məhsuluyuq.

Üstəlik bu təxəyyül içində təxəyyül qurur, işi daha da qəlizləşdiririk.

Ümumiyyətlə, mətnə inanmaq adamı istər-istəməz mistikaya aparır.

Böyük ədəbiyyatsa, mənim qənaətimcə, mətnə inanmaqdır.

Ancaq təxəyyüllə reallıq (oxu: insan təxəyyülü ilə tanrı təxəyyülü - Ş.A.) arasındakı sərhədi itirmək olmaz.

Yoxsa, elə yenə Edqar Ponun başqa bir - «Qayalı dağdakı hadisə» hekayəsinin qəhrəmanına çevrilərik.

Bizdə, mətnə inanıb yolunu azan, özünü itirən qələm adamlarının peyğəmbəri İsa Hüseynovdur.

Fantast yazıçı yazdığına inanmadığını hiss elətdirir.

Magik yazıçı, sanki özü inanır, amma müəllif kimi həmişə mətndən kənardadır.

İsa Hüseynov isə öz magiyasına, mistikasına, metafizikasına şübhə etməyərək mətnin içinə obraz kimi girir.

Məncə, ustad yazıçının son mətnlərindəki uğursuzluğun əsas səbəbi budur.

Əgər biz doğrudan da tanrı deyilən o böyük qüvvənin təxəyyülüyüksə, tanrı özü bu təxəyyülün içində deyil, ondan kənardadır.

İşin qəliz yanı da budur.

Adam özünü lap təcrübə siçanı kimi hiss edir.

P.S. Səhər işə gələndə metroda bu barədə düşünürdüm, qəfil qatarın işıqları söndü, qaranlıq tunelin allaq-bullaq lampaları adamların üzünə düşüb çəkildikcə narahat sifətlər görünüb itirdi. Elə bil hamı Edqar Po oxumuşdu.

(Kulis.az)


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)