vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
PARTİYALAR  
17:16 | 8 yanvar 2014 | Çərşənbə Məqaləyə 1472 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

AXCP də getdi

Cəbhəçilər partiyalarını İP-dən aldılar

İnformasiya şöbəsi

MÖVZU İLƏ ƏLAQƏLİ

“Milli Şura yaranandan sonra İctimai Palata (İP) ömrünü başa vurmuş hesab edilir. Milli Şura yaranmamışdan öncə də İP-in hər hansı tədbiri keçirilmirdi, sessiyası çağırılmırdı. İP missiyasını başa vurub”.

Bunu Modern.az saytına açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı deyib.  O bildirib ki, İctimai Palatanın hər hansı işlək strukturu yoxdur: “Ona görə də İctimai Palataya tarixin bir parçası kimi baxa bilərik. Bu gün faktiki olaraq, belə qurum mövcud deyil”.
F.Qəhrəmanlı qeyd edib ki, İctimai Palatanın sessiyasının keçirilməsi mümkün deyil: “İP sessiyası keçirilə bilməz. Çünki sessiyanın çağırılması üçün yetərsay olmalıdır. Sessiyanın çağırılmasına birtərəfli qaydada belə cəhd olunsa, mümkün olmayacaq. Yetərsayı təşkil edən insanlar o qurumun mövcudluğunu qəbul etmirlər”.
AXCP funksioneri qeyd edib ki, hazırda əsas diqqət Milli Şuranın üzərindədir: “Müsavat Partiyasının Milli Şurada olduğu dövrdə də demişik ki, əsas aparıcı qurum Milli Şuradır. Paralel strukturları saxlamağa ehtiyac yoxdur. İctimai Palata missiyasını başa vurduğuna görə onu yenidən dirçəltməyə ehtiyac yoxdur”.