

Mətbuat Şurasının təşəbbüsü ilə mərhum jurnalistə həsr olunmuş kitabın təqdimatı keçirilib
Beynəlxalq elmi konfransda maraqlı məruzələr dinlənildi
“Xaç atası” romanı əsasında cizgi filmi çəkilsə, ...
Əflatun Amaşov: “Mətbuat Şurasının fəaliyyəti ictimai qınağa əsaslanır”
MŞ sədri bölgə qəzetinin yubileyi mərasimində iştirak edib
Millət vəkili həyəcan təbili çalır
Əflatun Amaşov: “Əksər reklamlarda dövlət dilinə hörmət edilmir”
Mətbuat Şurasının sədri müzakirələrə son qoydu
Əflatun Amaşov: “Hər dövlət başçısı bunu bacarmır”
Əflatun Amaşov: “Çap məhsulları üzərindən ƏDV götürülsün”
Deputatdan maliyyəsi dayandırılan qəzetlərə müraciət
Millət vəkilindən gürcü həmkarlarına müraciət
Azərbaycan Mətbuat Şurası mövzusunda dəyirmi masa keçirib
Əflatun Amaşov: “Mənə elə gəlir ki, Zaxarova özü ayrıca anti-Azərbaycan adasıdır”
“Biz Şərqdə ilk demokratik respublikanı quranların varisləriyik”
Azərbaycanın diaspor və lobbi fəaliyyətində yeni mərhələ başlanmalıdır
Mətbuat Şurasının (MŞ) «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının iclası keçirilib. Şuradan APA-ya verilən məlumata görə, iclasda çıxış edən MŞ sədri, millət vəkili Əflatun Amaşov bildirib ki, Şuranın «qara siyahı»sına daxil edilmiş informasiya vasitələri yenidən xoşagəlməz fəaliyyətlərini davam etdirib.
Şura sədri deyib ki, bu cür mənfi tendensiyalar ciddi hüquqi ölçü tədbiri götürülməsini zəruriləşdirir.
«Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının sədri, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib ki, rəhbərlik etdiyi komissiyaya Şuranın Şikayətlər üzrə Komissiyası tərəfindən təqdim edilmiş 9 rəydə 9 KİV-in adının «qara siyahı»ya salınması nəzərdə tutulub. Bunlar «Obyektiv.org» saytı, «Korrupsiyaya yox» qəzeti, «Aztoday.az» saytı, «Dövrün nəbzi» (dovrunnebzi.com) informasiya portalı, «Dünyapress.com» saytı, «Nia.az» saytı, «Reallıq.info» saytı, «Qanunxəbər» İnformasiya Agentliyi («Qanunxeber.az» saytına) və «Xalqınsesi.com» saytıdır.
Müzakirələrin gedişində bildirilib ki, «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının fəaliyyətini gücləndirməsi vacibdir. Qeyd olunub ki, xüsusən də qurumun tərkibində hüquq-mühafizə orqanlarının təmsilçilərinin olmaları mövcud sahədə daha intensiv işin aparılmasına kömək göstərəcək.
Müzakirələrdən sonra adları çəkilən KİV-lərin adlarının MŞ-nin «qara siyahı»sına daxil edilməsinə dair rəy çıxarılıb.
Bu istiqamətdə yekun qərar Şuranın İdarə Heyəti tərəfindən veriləcək.