«Demokratik prinsip və dəyərlərin təminatçısı»
Mətbuat Şurası İlham Əliyevə təşəkkür məktubu göndərdi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Zabilin yoxluğu böyük itkidir”
Mətbuat Şurasının təşəbbüsü ilə mərhum jurnalistə həsr olunmuş kitabın təqdimatı keçirilib
-
“Sosial sifariş idi”
Əflatun Amaşov: “Mətbuat Şurasının fəaliyyəti ictimai qınağa əsaslanır”
-
Mətbuat Şurası Ədliyyə Nazirliyi ilə birgə layihəyə start verdi
Layihə çərçivəsində ilk toplantı keçirilib
-
95-ci ildə «Qələbə»lik
MŞ sədri bölgə qəzetinin yubileyi mərasimində iştirak edib
-
Mediada Azərbaycan dilinin qorunması: problemlər və perspektivlər
Azərbaycan Mətbuat Şurası mövzusunda dəyirmi masa keçirib
-
“Bunu əməli nümunələrdə göstərək”
“Biz Şərqdə ilk demokratik respublikanı quranların varisləriyik”
-
Mühüm mesaj, tutarlı cavab
Azərbaycanın diaspor və lobbi fəaliyyətində yeni mərhələ başlanmalıdır
-
«Bizə düşmən kəsilənlər də var»
Əflatun Amaşov: «Mətbuat Şurası uğurlu bir layihə oldu və hazırda da uğurlu bir layihədir»
-
«Hacı Məmmədovun intihar etməsinə inanmıram»
Mehman Əliyev: ««2018-ci ildə çox şey hakimiyyətin özündən asılı olacaq»
-
«Vəsait ayrılsın!»
Millət vəkili Əflatun Amaşovdan onlayn media ilə bağlı təklif
-
«Qanunun gücünə arxayınıq»
Mətbuat Şurasından «reket jurnalistlər»ə xəbərdarlıq
-
9 KİV-in adı «qara siyahı»da
«Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının iclası keçirilib
-
«Portalların imkanları yoxdursa, ...»
Əflatun Amaşov: «İnternet medianın dövlətdən maliyyələşməsi üçün məsləhətləşmələr aparılır»
-
Nazirlik agentliyin hesabları yenidən donduruldu
«Turan» 37000 manat ödəməlidir
-
«Mehman Əliyev günahkar deyil!»
Vergilər Nazirliyinin sensasion qərarı
-
Azərbaycanın 11 sentyabrı
Prezident İlham Əliyevdən üç mühüm qərar düşmən qüvvələrə verilmiş tutarlı cavabdır...
Azərbaycan Mətbuat Şurası «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsdən azad edilməsi ilə bağlı Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb.
Virtualaz.org-un məlumatına görə, məktubda deyilir: «Söz və ifadə azadlığının dərinləşməsinə xüsusi önəm verməyiniz Azərbaycanın media ictimaiyyəti tərəfindən hər zaman dərin rəğbət hissi ilə qarşılanmaqdadır. Jurnalistlərimiz tam qətiyyətlə Sizi demokratik prinsip və dəyərlərin təminatçısı və qoruyucusu kimi görürlər. Onlar «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsdən azad edilməsinin timsalında bunun bir daha şahidi oldular. Belə yanaşmanıza, o cümlədən Mətbuat Şurasının Mehman Əliyevlə bağlı müraciətinə həssas münasibətinizə görə Sizə dərin təşəkkürümüzü bildiririk.
Ölkəmizdə media sahəsində əldə olunmuş dinamik inkişaf jurnalistlərin tam sərbəst şəkildə fəaliyyət göstərmələrinə imkan verir. Sizin iradənizin nəticəsidir ki, diffamasiya ilə bağlı moratorium qeydə alınıb. Bu mövqeyiniz jurnalistlərin peşə fəaliyyətlərinə görə həbs təhlükəsi ilə üzləşməyəcəklərinə dair ali təminatdır. Belə bir mühitin formalaşması isə şübhəsiz, media təmsilçilərinin yaradıcılıqlarına müsbət təsir göstərir. Hazırda Azərbaycan jurnalistikası dünyanın nəinki ölkəmizlə, bütövlükdə Qafqaz regionu ilə bağlı başlıca informasiya mənbəyidir.
Siz çıxışlarınızda kütləvi informasiya vasitələrinin cəmiyyətdəki missiyasını, dövlət idarəçiliyində effektivliyin və səmərəliliyin artırılmasındakı rolunu yüksək qiymətləndirmiş, mövcud istiqamətdə prinsipial baxışınızı ifadə etmisiniz. Söz və ifadə azadlığının demokratiyanın ali dəyəri, vətəndaş cəmiyyəti quruculuğunun mühüm şərti olduğunu bildirmiş, tam sübuta yetirmisiniz ki, Azərbaycanda bu ideyanın təcrübədə tətbiqi imkanları xeyli genişdir. Bu baxımdan kütləvi informasiya vasitələrimizin hüquqi bazasının möhkəmləndirilməsi və təkmilləşdirilməsindən tutmuş jurnalistlərin sosial-məişət şəraitlərinin yaxşılaşdırılmasınadək həyata keçirdiyiniz tədbirlərin hər birini vurğulamaq mümkündür. Mövcud dəst-xəttiniz yalnız jurnalistikaya dəyər deyil, həmçinin Vətənə sədaqət, vətəndaşa qayğı ruhundan qaynaqlanan humanizm nümunəsidir. Mehman Əliyevlə bağlı məsələyə həssas münasibətiniz də dövlət idarəçiliyindəki humanizm prinsipinin növbəti təzahürüdür.
Möhtərəm cənab Prezident, Sizə bir daha «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsdən azad olunmasına həssas yanaşdığınıza görə ölkəmizin media ictimaiyyəti adından dərin təşəkkürümüzü bildirir, Azərbaycanın daha da inkişafına yönələn yorulmaz fəaliyyətinizdə yeni-yeni müvəffəqiyyətlər arzulayırıq».