Daha üç iri fiqur...
PA islahatları NK və BŞİH-ə də keçəcək; prezident seçki ilində daha çevik komanda ilə işləmək və prosesi yubadanları uzaqlaşdırmaqla davam edəcək
MÖVZU İLƏ ƏLAQƏLİ
-
ƏDV-dən qazanc dəbə minib...
Mənzil alanda faizin geri qaytarılması şərtləri necədir?
-
Bu ilin büdcəsinə dəyişiklik
İlk dəfə sosial xərclərin payı 45 faizdən çox olacaq
-
Bakı-Naxçıvan bileti 60 manat
Əli Əsədov fərman imzaladı
-
Kitabsevərlər sevinəcək ...
Vacib məsələ həll olundu, qaldı – tərcümə, termin, oxucu azlığı və istəksizliyi problemi
-
Nazirlər Kabineti siyahını təsdiqlədi
ƏDV-dən azad olunan çap məhsulları
-
Prezident fərmanları niyə icra olunmur?
Konseptual sənədlərin layihələrini kim gecikdirir?
-
Prezidentin tapşırıqları fəaliyyətin əsasını təşkil edəcək
Samir Nuriyevin sədrliyi ilə Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
-
Sudan ucuz?
Ödənişli istifadə qaydaları ilə bağlı yeni qərara sözardı...
-
Vətəndaşları narahat edən hansı məsələ varsa...
Hər kəs 1111 nömrəsinə zəng edə və Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinə gələ bilər
-
“Heç bir gecikmə olmayıb”
“Azərsu” Meriyanın ittihamlarına cavab verdi
-
1,5 litr içki və 200 ədəd siqaret
Alkoqol və tütün məhsullarının idxalı qanunu dəyişir - 2 dəfə azaldıldı
-
… ayrıldıq, ayrıldıq nə asan …
“Əyalət padşahları” kresloya “əlvida” deyəcək
-
Yeni nazirlərə tapşiriq verildi
Köhnələrdən şikayətləri araşdırmağa gedirlər
-
Baş nazirin müavini postlarından ikisi ixtisara düşüb?
Milli Məclisin daha bir neçə deputatına yüksək vəzifə verilə bilər
-
Yeni nazir tanınmış bəstəkarın oğluymuş
Muxtar Babayevin anası haqda maraqlı faktlar
-
Yeni nazir Muxtar Babayev kimdir?
MDU-nun məzunu, MM-in üzvü, ...
Prezident İlham Əliyevin Prezident Administrasiyası strukturunda dəyişiklik etməsi ölkə mediasının gündəminə çevrilib. «Yeni Müsavat» hələ ötən həftə İslamiada yekunlaşdıqdan sonra idarəetmədə struktur islahatlarının başlayacağını xəbər vermişdi.
Yazıda bildirilirdi ki, hakimiyyət böyük bir məmur ordusu ilə yollarını ayırmağa hazırlaşır. Qeyd olunurdu ki, dəyişiklik «yuxarıdan» başlayaraq bütün idarəetməni əhatə edəcək və daha operativ bir komanda formalaşdırılmasına başlanılacaq.
Struktur islahatlarına məhz Prezident Administrasiyasından (PA) başlanılmasının əlbəttə ki, xüsusi səbəbi var. Əvvəla, bu, idarəetmənin «ürəyi» hesab olunan orqanda struktur və kadr ixtisarları aparmadan digər administrativ qurumlarda islahatların effektli olmayacağına verilmiş mesajdır. Çünki Azərbaycan müstəqillik əldə etdikdən üzü bəri bu və digər səbəblərdən PA-da ciddi struktur islahatları aparılmayıb. Təsadüfi deyil ki, PA-da hələ də elə şöbə rəhbərləri varmış ki, onlar bütün prezidentlərin dövründə iş başında qalıb. PA idarəetmədə elə bir mexanizmdir ki, onun indi 10 il əvvəlkindən fərqli olaraq daha effektli quruma çevrilməsinə ehtiyac var.
Struktur islahatlarının PA-dan başlamasının daha bir incə səbəbi də var. Bu, incə nüans digər dövlət strukturlarında gözlənilən ixtisar və islahatlara «dodaq büzəcək», «niyə özlərindən başlamadılar» deyə biləcək məmurlara yönəlib. Prezident İlham Əliyevin öz administrasiyasında, belə deyək, özünə ən yaxın idarəetmə strukturunda kadr ixtisarları aparması «toxunulmaz məmur yoxdur» sözlərinin daha bir sübutudur.
Sərəncamdan belə qənaət yaranır ki, PA-da başlamış struktur islahatlarının miqyası əslində çox böyükdür.
Müşavirlik institutunun birdəfəlik ləğv edilməsi, bəzi şöbələrin bağlanması və birləşdirilməsi prosesi hələ indi başlayır. Prezident sərəncamında kiminsə konkret işdən çıxarılması barədə bənd yoxdur, amma tanınmış bir sıra məmurların artıq administrasiyadakı işləri ilə vidalaşacağı dəqiqləşib. Onların sırasında yaşlılar da var ki, bu da göstərdikləri effektli dövlət xidmətinə baxmayaraq, prezidentin komandanı gənc kadrlarla əvəzləmə iradəsini göstərir.
Son aylar həm nazirliklərdə, həm birinci vitse-prezident aparatının formalaşmasında gənc kadr təyinatlarına üstünlük verilməsi bu tendensiyanın davamlı olacağını deməyə əsas var. Gənc nazir Ramin Quluzadəyə rabitə ilə bərabər nəqliyyat sahəsinin də həvalə olunması siyasi komandada cavanlaşdırma strategiyasının yürüdüldüyünü təsdiqləyir və göründüyü kimi, davam da edir.
Prezident icra aparatını effektli struktura çevirməklə qarşıdan gələn prezident seçkilərinə hazırlığın başlandığına işarə də verə bilər. Məlumdur ki, prezident seçkilərində əsas yük PA üzərinə düşür. Administrasiyada yenilənmə, daha effektiv idarəetmə mexanizmlərinin qurulması başlayır ki, bu da yaxın aylarda tam yekunlaşacaq.
Bu həm də o deməkdir ki, prezident İlham Əliyev gələn il keçiriləcək prezident seçkisinə effektli, daha rasional və işlək komanda ilə getməyi hədəfləyib. Administrasiyadan başlamış islahatlar yaxın günlərdə iki mühüm strukturda da elan olunacaq. Bu, Nazirlər Kabineti (NK) və Bakı Şəhər İcra Hakimiyyətidir (BŞİH).
«Yeni Müsavat»a daxil olan xəbərdə deyilir ki, NK-də baş nazir müavinlərinin sayı azaldılacaq. Baş nazirin yalnız üç müavininin vəzifəsində qalacağı deyilir. Hazırda baş nazirin biri birinci müavin (Yaqub Eyyubov) olmaqla, 6 müavini (Elçin Əfəndiyev, Əli Həsənov, Abid Şərifov, Əli Əhmədov və İsmət Abbasov) var. Onların çoxu pensiya yaşını artıq haqlayıb Yaqub Eyyubov - 72 yaş (1945-ci il təvəllüdlü), Elçin Əfəndiyev 74 yaş (1943), Əli Həsənov 69 yaş (1948), Abid Şərifov 77 yaş (1940), Əli Əhmədov 64 yaş (1953), İsmət Abbasov 63 yaş (1954). Baş nazir Artur Rasi-zadənin isə 82 yaşı var (1935).
Qaynağımızın sözlərinə görə, müavinlərin üçü pensiyaya göndəriləcək. Qalanlar sırasında YAP-ın icra katibi Əli Əhmədovun olacağı dəqiqdir, Əli Həsənovun və Yaqub Eyyubovun görəvini davam etdirəcəyi deyilir. Bu strukturda da ciddi ixtisarların olacağı dəqiqdir. Çünki ən çox «büdcəyə yük» də məhz NK-dır.
Ümumiyyətlə, təkcə NK deyil, digər nazirlik və komitələrdə yalnız bir müavin ştatının saxlanılacağı iddiası da var. Bu da hökumətin həm bürokratik aparata nəzarət imkanlarını yaxşılaşdıracaq, həm də dövlət idarəetmə aparatında çeviklik yaradacaq.
Bakı Şəhər İcra Hakimiyyətində də rəhbər postlarda ixtisarlar olacaq. İqtisadiyyat Komitəsi, Yaşıllaşdırma Təsərrüfatı Birliyi və Şəhər Kino Xidməti İdarəsi kimi strukturların birləşdiriləcəyi deyilir.
Belə görünür ki, prezident İ.Əliyevin struktur və kadr siyasətini gücləndirmək, qarşıdakı prezident seçkisi ilində daha çevik komanda ilə işləmək və islahatları tormozlayan qüvvələri hakimiyyətdən uzaqlaşdırmaq siyasəti davam edəcək.