vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 10 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
CƏMİYYƏT  
13:15 | 27 aprel 2022 | Çərşənbə Məqaləyə 1730 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Prezident fərmanları niyə icra olunmur?

Konseptual sənədlərin layihələrini kim gecikdirir?

Osman GÜNDÜZ

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanda idarəetmə sahəsində çox pis bir ənənə formalaşmaqdadır. Prezident aktual, strateji əhəmiyyət kəsb edən vacib məsələ ilə bağlı ciddi bir fərman imzalayır. Aidiyyəti qurumlara konkret müddət göstərməklə tapşırıqlar verilir.

Vəssalam, bundan sonra sanki quyuya daş atılır. Tapşırıqlar nəinki həmin müddət, hətta uzun müddət, uzun illər icra olunmur.

Ötən ilin bu günü Prezident “Rəqəmsal Azərbaycan” konsepsiyasının hazırlanması ilə bağlı fərman verib. Bu fərmana görə Nazirlər Kabineti (NK) 4 ay ərzində Konsepsiyanı hazırlayıb Prezidentə təqdim etməliydi. Bu gün fərman verilən bir il tamam oldu. Hələ də Konsepsiyadan xəbər yoxdur.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) rəsmiləri çıxışlarında Konsepsiyanın çoxdan hazırlandığını və aidiyyəti qurumların razılaşdırmasına verildiyini bildiriblər. Onda belə çıxır ki, bu cür strateji bir sənəd hansısa bir mərkəzi orqanda ilişib qalıb, güman ki, heç gedib NK-ya da çatmayıb.

Daha bir nümunə.

Ötən ilin bu ayı Prezident daha bir vacib məsələ ilə bağlı, “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyasının hazırlanması ilə əlaqədar tapşırıq verib. Bir il tamam olub.

Maraqlıdrı ki, ölkədə “Ağıllı şəhər” və “Ağıllı kənd” quruculuğu istiqamətində ciddi işlər də aparılır. Bu gün-sabah güman ki Prezident Qarabağda layihələndirilən “Ağıllı şəhər”in açılışını da edəcək. Amma qəribədir ki, konsepsiya ortada yoxdur

Bu sənədin layihəsinin də çoxdan hazırlanaraq razılaşdırmalara verildiyi bildirilirdi.

Güman etmək olar ki, yenə haralardasa, hansısa mərkəzi icra qurumunda, kiminsə stolunun üstündə razılaşma gözləyir. Bu qeyd etdiklərim hələ şükürlüdür, onların tapşırığı Prezident tərəfindən ötən il verilib.

Amma elə sənədlər var ki, onların hazırlanması tapşırığı illər öncə verilib.

Prezident fərmanı ilə İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik konsepsiyasının hazırlanması üçün 4 il öncə, İnnovasiyaların inkişafı konsepsiyasının hazırlanması üçün isə 3 il öncə tapşırıqlar verilib.

Cavabdeh qurumlar tərəfindən bu sənədlərin layihələrinin də hazırlanıb başa çatdırıldığı bildirilsə də hələ də bu sənədlər ortada yoxdur.

Güman ki, bunlar da hansısa mərkəzi orqanlarla razılaşmalardadır.

Təsəvvür edin ki, bu sənədlərin adında “innovasiya”, “rəqəmsallaşma”, “texnologiya” sözləri var. Hansı ki bu sahələr nəinki illər ərzində, hətta hər gün dəyişir . Belə olduğu təqdirdə bu tip sənədlərin bu qədər ləngidilməsi, düşünürəm ki, yolverilməzdir.

Bununla bağlı məsuliyyət gücləndirilməlidir.

Düşünürəm ki, Prezident Administrasiyasında icraya nəzarət şöbəsi yeni yanaşmalar tətbiq etməlidir.

İcraya nəzarətlə bağlı yaradılan elektron sistemə ictimai nəzarət imkanları yaradılmalıdır. İcraya nəzarət sərtləşdirilməlidir. Məsələn, hansısa layihənin razılaşmaları üçün də konkret bir vaxt müəyyən etmək lazımdır.

Eyni zamanda yaxşı olar ki hansısa bir sənədin layihəsinin hazırlanması prosesi, onun gedişi də şəffaf olsun, cəmiyyət görsün ki sənəd hansı dövlət qurumunda və nə üçün “ilişib qalıb”.