vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 10 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
MEDİA-QHT  
14:00 | 13 may 2022 | Cümə Məqaləyə 2021 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nazirlər Kabineti siyahını təsdiqlədi

ƏDV-dən azad olunan çap məhsulları

MÖVZU İLƏ ƏLAQƏLİ

İdxalı Əlavə Dəyər Vergisindən (ƏDV) azad edilən kağız və çap məhsullarının siyahısını Nazirlər Kabineti təsdiqləyib.

Bu barədə mayın 13-də Nazirlər Kabinetindən məlumat verilib. Məlumata görə, idxalı, satışı ƏDV-dən azad edilən kütləvi informasiya vasitələri məhsullarının, kitablar, dərslik və həmin malların nəşri ilə bağlı rulon, yaxud vərəqə şəklində kağızın siyahısı təsdiq edilib.

Bu il yanvarın 1-dən Azərbaycanda kitablar və kağızlar 18 faiz ƏDV azad edilmişdi. Bununla bağlı Vergi Məcəlləsinin 164.1.7-ci və 164.1.8-ci (Vergi ödəməkdən azad edilmə) maddələri yeni redaksiyada təsbit edilib.

Prezidentin 2021-ci il dekabrın 29-da imzaladığı fərmanda Nazirlər Kabinetinə üç aya həmin məcəlləyə uyğun olaraq, kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin siyahısını təsdiq etmək tapşırılmışdı. Lakin dörd aydan çox keçməsinə baxmayaraq, sözügedən siyahı təsdiq edilmirdi.

Bu ilin əvvəlindən Azərbaycanda kağızın az qala iki dəfə bahalaşdığı bildirilir. Buna səbəb kimi Rusiyanın Ukraynaya təcavüzü və bununla bağlı Rusiyaya sanksiyalar göstərilir.