Bakı-Naxçıvan bileti 60 manat
Əli Əsədov fərman imzaladı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
4 xarici dil bilən baş nazir
Nazirlər Kabinetinin 71 yaşlı yeni rəhbəri kimdir?
-
“Bu günə qədər danışmağı sevirdim ...”
Novruz Məmmədov: “Daha çox işləmək lazımdır”
-
Sovetskidə söküntü qərarı
Meydana çıxan bəzi sualların cavabları sakinləri düşündürür
-
«Adamda bir insaf olar da…»
Baş nazir müavini əsəbiləşdi
Bakı-Naxçıvan reysinə biletlərin qiyməti 10 manat bahalaşıb. Bu barədə qərarı Azərbaycanın baş naziri Əli Əsədov bu gün, iyunun 6-da imzalayıb.
Bununla o, “Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçan şəxslərə güzəştlərin edilməsi haqqında” Azərbaycan Nazirlər Kabinetinin 2007-ci il 27 dekabr tarixli Qərarında dəyişiklik edib.
Həmin qərarda Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçan şəxslərə 20 manat güzəşt edilməsi əks olunurdu. Yeni dəyişikliklə güzəştli məbləğ olan 20 manat 10 manata endirilib.
Bununla da Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətlərində aviabiletin dəyəri 60 manat müəyyən edilib.