«Azərbaycan bayrağı Şuşada da qaldırılacaq»
İlham Əliyev: «Bu işğal böyük ədalətsizlikdir»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Sülh müqaviləsi 80 faiz razılaşdırılıb”
Prezident İlham Əliyev: “AB Komissiyası Azərbaycanı Avropanın etibarlı tərəfdaş adlandırır”
-
Xan qızı – el anası
28 ildən sonra Natəvanın da nigaran ruhu rahatlıq tapıb
-
Prezidentin BƏƏ-nə səfəri
BMT TŞ-da dəstək, Makron-Paşinyan cütlüyünə cavab, İran əleyhinə...
-
Qərbi Azərbaycanda dəyişdirilən türk mənşəli toponimlər
Vaxt gələcək, tarixi yer-yurd adlarımız bərpa olunacaq...
-
Hədəf 15 milyarddır
Türk dövlətləri ilə ticarət rekord həddə
-
Sadəcə, İlham...
Səbirli, heç nəyi əvvəldən açıqlamayan və nəyi nə vaxt edəcəyini bilən ...
-
Azərbaycanda lüks hotellərin daha bir brendi
“The Ritz-Carlton Baku” hotelinin açılışı olub
-
Şuşa-Xankəndi yolu quldurların qarşısını kəsdi
Bakıda təşvişə düşənlər kimlərdir?
-
Zirvədən uca və Qarabağın ulduzu
“İrs” nəşrləri seriyasından Şuşa haqqında kitabların təqdimatı keçirilib
-
270 yaşlı tarixi abidə
Şəki Xan məscidi kompleksi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub
-
Dünya İrsi Siyahısındakı “Yuxarı Baş”
Qoruqdakı təmir-bərpa işləri sayəsində Şəkinin tarixi mərkəzi bütün zənginliyi ilə göz oxşayacaq
-
Aİ ilə Fransanın fərqi ...
Avropa separatizmdən yarasa işıqdan qorxan kimi qorxur
-
Bakı Vaşinqtonu inandıra bilsə, ...
İranın vurulması Zəngəzurdan başlamalıdır
-
Putin narahatdır
Doqquz gündə üçüncü zəng nələrinsə plan üzrə getmədiyini göstərir
-
Prezidentdən mühüm mesajlar
Brüssel görüşündən imtina, İrana gözdağı, Zəngəzur dəhlizi ilə bağlı yekun fikir
-
O tayın və bu tayın lideri
İlham Əliyev Helmut Kolun yolunu gedir – hamını inandırmaq
«Gün gələcək, Azərbaycan bayrağı Şuşada da qaldırılacaq». AzərTAc bildirir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfəri zamanı kənd sakini Oqtay Həziyevin ailə üzvləri ilə görüşündə deyib.
Dövlətimizin başçısı Cocuq Mərcanlı kəndində böyük şərait yaradıldığını bildirib: «Sizin qohumlarınız, qonşularınız da qayıdacaq. Bu gün Lələ Təpədə və digər işğaldan azad olunmuş ərazilərdə Azərbaycan bayrağı dalğalanır. Gün gələcək, bizim bayrağımız Şuşada da qaldırılacaq. Bu işğal böyük ədalətsizlikdir, həm də beynəlxalq qanunlar pozulur. Ancaq əfsuslar olsun ki, dünyada ikili standartlar mövcuddur. BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib ki, erməni silahlı qüvvələri dərhal və qeyd-şərtsiz işğal edilmiş torpaqlardan çıxsın. Ermənistan buna əməl etmir və bu qətnamələri qəbul edənlər də Ermənistanı məcbur etmir ki, buna əməl etsin. Problem bundan ibarətdir».
İlham Əliyev əlavə edib: «Ancaq biz ölkəmizi böyük dərəcədə gücləndirmişik və bir daha deyirəm ki, əgər müstəqilliyimizin ilk illərində ulu öndər ölkəmizin başında olsaydı, heç bir problem yaşanmazdı. Ermənilər Naxçıvanı da işğal etməyə çalışırdılar. Ancaq ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə bütün təhlükəsizlik tədbirləri görüldü və düşmən yerinə oturduldu. Əfsuslar olsun ki, o vaxtkı Azərbaycan rəhbərliyi ölkə miqyasında müdafiə məsələlərini düzgün təşkil edə bilmədi və torpaqlarımız işğal altına düşdü. Ancaq biz ölkəmizi, ordumuzu gücləndiririk və öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Cocuq Mərcanlı kəndi əyani şəkildə bunu sübut edir və təsdiqləyir».
***
17:51
Rəsmi KİV-lərin məlumatına görə prezident Cocuq Mərcanlı kəndində Oqtay Həziyevin evində olarkən kəndlinin ailə üzvləri ilə söhbətində Azərbaycanın müstəqillik əldə etdiyi ilk illərdə mövcud olmuş hakimiyyətini tənqid edib. Prezident o vaxt hakimiyyətdə olanları «zəif və qorxaq, xəyanətkar» adlandırıb.
Sitat: «Bu gün Milli Qurtuluş Gününün ərəfəsidir. Qurtuluş Günü müasir Azərbaycanın dönüş nöqtəsidir. Təəssüf edirəm ki, Heydər Əliyev Azərbaycanın müstəqilliyinin ilk illərində ölkədə olmayıb. Əgər o, həmin illərdə Azərbaycanda olsaydı, bir qarış torpağımız belə işğal altına düşməzdi. Müstəqilliyin ilk illərində Azərbaycana rəhbərlik etmiş şəxslər zəiflik və qorxaqlıq göstərdilər. Xəyanətkar hakimiyyət torpaqlarımızı qoruyub saxlaya bilmədi».
Prezident İlham Əliyev qeyd edib ki, Milli Qurtuluş Günü bugünkü reallıqları şərtləndirən gündür: «İşğala baxmayaraq, Azərbaycan bugün inkişaf edir, güclənir, güclü iqtisadiyyat qurub, beynəlxalq arenada öz mövqelərini gücləndirir. Hərbi sahədə böyük uğurlara nail olmuşuq. Bu gün Azərbaycan ordusu dünya miqyasında güclü ordular sırasındadır. Aprel döyüşləri də bunu bir daha sübut etdi. Biz, Azərbaycan ictimaiyyəti də bunu bilirdi».
***
17:40
«Bu gün ölkəmizin həyatında əlamətdar və tarixi gündür». Bunu Prezident İlham Əliyev yenidən qurulan Cocuq Mərcanlı kəndində kənd sakini, 23 ildir kənddə ailəsi ilə tək yaşayan məşhur Oqtay Həziyevin ailə üzvləri ilə söhbətində deyib.
«Cocuq Mərcanlı kəndinin bərpası münasibətilə siz sakinləri, bütün Azərbaycan xalqını təbrik edirəm. Cocuq Mərcanlı kəndinin bərpası tarixi hadisədir. Siz, bu kənddə yaşayan insanlar kəndin tarixini yaxşı bilirisiniz. İndi isə bütün Azərbaycan Cocuq Mərcanlının tarixini bilir. Bütün dünya Cocuq Mərcanlını tanıyır. Kəndin Azərbaycan tarixində xüsusi yeri var. Siz bilirsiniz ki, Cocuq Mərcanlı bir neçə ay ermənilərin işğalı altında qalıb, həmin müddətdə kəndi dağıdıblar. Bütün binaları sökmüşdülər, Cocuq Mərcanlı kəndi erməni vəhşiliyinin canlı şahididir. 1993-cü ilin dekabrında ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə keçirilən Horadiz hərbi əməliyyatı nəticəsində 20-dən çox kənd, o cümlədən Cocuq Mərcanlı, Horadiz qəsəbəsi işğaldan azad olundu», - prezident bildirib.
İlham Əliyevin sözlərinə görə, Cocuq Mərcanlıda yaşamaq riskli və təhlükəli idi: «Buna baxmayaraq, siz sakinlər burda yaşayırsınız. Ötən il aprel döyüşlərində erməni təxribatının qarşısını alanda Azərbaycan ordusu uğurlu əks-tədbir əməliyyatı keçirdi. Minlərlə hektar Azərbaycan torpağı işğaldan azad edildi. Lələ Təpənin azad edilməsi ilə Cocuq Mərcanlıda təhlükəsiz yaşayış təmin olundu».
Prezident deyib ki, növbəti mərhələdə Cocuq Mərcanlıda əlavə evlər tikiləcək. Onun sözlərinə görə, 100 ev, bəlkə də, ondan da çox evin tikilməsi nəzərdə tutulub. Tibb məntəqəsi, yeni iş yerlərinin yaradılması ilə bağlı əlavə tədbirlər görüləcək. «Əminəm ki, Cocuq Mərcanlı əhalinin gələcək həyatı xoşbəxt, uğurlu olacaq. Kənd sakinləri bura qayıdandan sonra burda həyat daha da canlanacaq», - deyə, İ.Əliyev əlavə edib.
***
13:44
Bu gün Azərbaycan prezidenti İlham Əliyev Cəbrayıl rayonunun 1993-cü ildə işğaldan azad edilmiş, ötən ilin aprel döyüşlərində Lələtəpə strateji yüksəkliyinin geri alınmasından sonra yaşayış üçün təhlükəsiz şərait yaranan Cəcuq Mərcanlı kəndinə səfər edib.
Virtualaz.org prezidentin rəsmi saytına istinadən xəbər verir ki, səfərdə məqsəd işğaldan azad olunan kəndin yenidən qurulmasından sonra bir sıra açılışlarda iştirak etməkdir. Prezidenti səfərdə Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, müdafiə naziri Zakir Həsənov, Silahlı Qüvvələrin Baş qərargah rəisi Nəcməddin Sadıqov və digər rəsmilər müşaiyət edir.
Prezidentin Cocuq Mərcanlıya səfəri yeni salınan kənd yolunun açılışı ilə başlayıb. Prezidentə məlumat verilib ki, yolun ümumi uzunluğu 9 kilometr, eni 12 metrdir. İki hərəkət zolaqlı yolun tikintisi Prezident İlham Əliyevin bu ilin fevralında imzaladığı «Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedən avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında» Sərəncama əsasən həyata keçirilib.
Daha sonra İlham Əliyev Cocuq Mərcanlı kəndinin bərpası çərçivəsində görülən işlərlə tanış olub, evini tərk etməyən və 23 ildir kənddə ailəsi ilə tək yaşayan məşhur kənd sakini Oqtay Həziyevin evinə baş çəkib, kəndlinin qonağı olub, onun ailə üzvləri ilə söhbətləşib.
Xatırladaq ki, indiyədək Cocuq Mərcanlıda 10 hektar ərazidə 50 fərdi evin və müvafiq infrastrukturun tikintisi aparılıb. Tikilmiş evlərə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən olan və əsasən Bakı şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər köçürüləcək. Ümumi sahəsi 3850 kvadratmetr olan mənzillərin 20-si ikiotaqlı, 25-i üçotaqlı, 5-i isə dördotaqlıdır.
Prezident səfər zamanı yeni inşa olunan 96 şagird yerlik məktəblə də tanış olub. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov və Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Prezident İlham Əliyevə məlumat verdilər ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən görülən işlər nəticəsində kənddə küçələrdə işıqlandırma sistemi qurulub, su, qaz, telefon xətləri çəkilib, subartezian quyusu qazılıb, 100 kubmetrlik su anbarı inşa edilib. Yollara və səkilərə asfalt örtüyü salınıb, yaşıllaşdırma işləri aparılıb. Kənddə müasir standartlara cavab verən yeni yarımstansiya inşa edilib. Yeni Komplekt Transformator Məntəqəsi, həmçinin subartezian quyusuna xidmət edəcək transformator quraşdırılıb.
Bununla da Cocuq Mərcanlı qaçqın və məcburi köçkünlər üçün inşa edilmiş sayca 96-cı, məcburi köçkünlərin öz yurdlarına qaytarıldığı ilk yaşayış məskəni kimi tarixə düşüb. Qeyd edək ki, Cocuq Mərcanlı kəndində hazırda 400 ev təsərrüfatı, 1428 sakin qeydiyyatdadır. Kəndin əhalisinin əksəriyyəti yığcam şəkildə Biləsuvar rayonu ərazisində salınmış məcburi köçkün qəsəbələrində məskunlaşıb. Respublikanın 17 şəhər və rayonunda müvəqqəti yaşayan həmin ailələrdən 250-dən çoxu müraciət edərək öz yurdlarına qayıtmaq arzusunda olduqlarını bildiriblər.