vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
QARABAĞ  
12:52 | 13 dekabr 2022 | Çərşənbə axşamı Məqaləyə 1696 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Şuşa-Xankəndi yolu quldurların qarşısını kəsdi

Bakıda təşvişə düşənlər kimlərdir?

Elçin ALIOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ermənilərin qanunsuz, quldur və talançı fəaliyyətləri ilə bağlı monitorinq keçirmək üçün gedən ekofəalların və QHT nümayəndələrinin Şuşa-Xankəndi yolunda etiraz aksiyası davam edir.

Havanın çox soyuq olmasına baxmayaraq, aksiya iştirakçıları ərazidə qalmaqda qərarlıdırlar.

Əlavə çadırlar qurulub.

Aksiya iştirakçıları Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini tələb edirlər.

Fəqət, A.Volkov mədəniyyət və etikadan, habelə birbaşa vəzifə səlahiyyətlərində nəzərdə tutulan məsuliyyətdən kənar davranış nümayiş etdirərək hadisə yerinə gəlməyib.

Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyası çox məqamlara aydınlıq gətirdi.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

... Sazaqlı, soyuq hava, şaxta və bu kimi ağır təbii şərtlər, məhrumiyyətlər insanlarımızın iradəsini sarsıda bilməz.

General-mayor Andrey Volkovun komandanlıq etdiyi, “sülhməramlı” adı altında fəaliyyət göstərən rusiyalı hərbçilərin davranışı isə iki il əvvəl, noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsla cavab vermir.

Sülhməramlıların özbaşınalığına, ölkəmizin təbii ehtiyatlarının quldurcasına talanmasına etiraz edənlər vətəndaş cəmiyyəti fəalları, QHT sektorunun aktivistləri, media mənsublarıdır.

Onların arasında ekoloqlar da var, jurnalistlər də, siyasi fəallar da, bloqerlər də, ekspertlər də.

Ekoloji qəsbə, talana, qanunsuzluğa, özbaşınalığa etiraz edirlər.

Laçın yolu indi mübarizə məkanı olmaqla yanaşı, Rusiyanın Azərbaycanla münasibətlərinin sınağa çəkildiyi areal da sayıla bilər.

Rəsmi Moskva “Azərbaycan dost və strateji tərəfdaş ölkədir” bəyanatlarını fasiləsiz sıralayır. Gerçəkdən də belədirsə, Rusiya həqiqətən də Azərbaycana dostdursa, dost saydığı ölkənin vətəndaş cəmiyyətinə bunca sayğısızlıq və etinasızlıq göstərməməlidir.

Silahlı rusiyalı sülhməramlıların qarşısında duranlar silahsız, “arsenal”ları yalnız beynəlxalq hüququn norma və prinsipləri olan mülki cəmiyyət təmsilçiləridir.

Rusiyanın kimliyi və necəliyi əslində, indi həm də Laçındakı aksiyada sınanır.

Morskva neoimper təfəkkürlü, qonşu dövlətlər üçün ekzistensial təhlükə mənbəyi sayıla biləcək məkandır, yoxsa strateji tərəfdaşlarının və dost dediyi dövlətlərin tələblərini nəzərə alaraq beynəlxalq hüquq çərçivəsində davranmağa çalışan ölkə - bilinəcək.

Necə ki, Ermənistanın və erməni diasporunun mahiyyəti, batini, xisləti və məzmunu bu gün bir daha açıq göründü.

Azərbaycanlı hərbi ekspert, ermənilərə onların dillərində Laçın yolundan xitab edən Telman Qasımovu erməni sosial şəbəkələrində və mediasında “azərbaycanlı hərbçi, xüsusi xidmət strukturlarının əməkdaşı” kimi qələmə verirlər.

Erməni marazmı o həddə çatıb ki, Azərbaycan telekanallarının çiyinlərində kamera olan operatorları belə, “kəşfiyyatçılar” kimi təqdim olunur.

Ermənilər “onlar ekoloqlar deyillər” söyləyir və yazırlar.

Anlaşılandır, çünki alışdığımız idiotik davranışdır.

Bəli, aksiya iştirakçıları arasında cəmi bir neçə ekoloq var - yerdə qalanlar ən müxtəlif peşə sahibləridir. Lakin hər biri Vətənin təəssübünü çəkən, ölkənin sərvətlərinin düşmən tərəfindən talanmasına etiraz edən, səsini ucaldan qəhrəmandır.

Onların mübarizliyi, əzmi, Vətən eşqi Bakıda, aksiya məkanından uzaqda sazaqda yox, isti ofisdə və evdə oturub “vətənpərvərlik” etməyə çalışan bir neçə zatın da maskalarının yerə atdı.

Məsələn, Laçın yolunda, aksiya yerində fəalların sazaqda isinmək üçün qaladıqları tonqalın işığı Azər Qasımlı təki psevdo “siyasətçi”nin xislətinin necəliyinə işıq saldığı kimi.

A.Qasımlı, habelə onun təki “ölkədə hər şey pisdir, heç nə alınmayacaq, heç nə yaxşı olmayacaq” tipli açıqlamalarını fasiləsiz emal edən “siyasətçi”, “fəal” və “hüquq müdafiəçiləri”ləri buyururlar ki, Şuşa-Xankəndi yolundakı aksiya, sən demə, “hakimiyyətin təşkil etdiyi olay”dır və bu səbəbdən də “mənasızdır, maraqlarımıza ziddir”.

“Putin istəməsəydi Laçın dəhlizinə heç 2 metr da yaxınlaşan olmazdı” yazıb Azər Qasımlı.

Bu fikrin primitivliyini şərh etmək niyyətində deyilik, çünki Azər Qasımlı Vladimir Putinin Rusiya prezidenti olduğunu və Azərbaycanda da vətəndaşların harada, nə zaman nə edəcəklərini müəyyənləşdirmədiyini yəqin bilmir.

Bilmirsə, bağışlanası olaydır, anladaq: Putin Rusiyadadır, burası isə Azərbaycandır.

Bilirsə, lap pis – deməli, adam sosial şəbəkələrdə gerçəyin retuşlanması, ağın qara təqdimatı ilə məşğul olur və bu da özlərini “müstəqil siyasətçi” adlandırıb “libertarian” sayan siyasət zavallılarının mütləq şəkildə sifarişlə davrandıqlarını göstərir.

Belə yalançı qəhrəmanların bitmək bilməyən ah-zarları təbii ki, həvəskar fəaliyyət deyil və araşdırdıqda sifarişlərin haradan, necə verildiyini bəlirləmək heç çətin iş deyil.

44 günlük İkinci Vətən Müharibəsindən əvvəl də belələri “biz heç vaxt müharibə edə bilmərik, buna gücümüz və imkanlarımız yoxdur, ordumuz yoxdur” təki marazmatik açıqlamalarla gündəmdə olmağa çalışırdılar.

Alınmadı - xalq əsgər, əsgər xalq oldu və Ermənistan ordusu darmadağın edildi.

İndi “zarıyanlar” qrupu yenidən fəallaşıb: məhz Şuşa-Xankəndi yolundakı aksiya başlayan təki, vətəndaş cəmiyyəti fəallarının sivil və qanuni mübarizəsinin qətiyyətini hamımız gördüyümüz bir zamanda.

Kollaborasionistlər üçün Vətən mənafeyi, dövlət maraqları, vətəndaşın təhlükəsizliyinin təminatı, habelə ermənilərin torpaqlarımızın kiçik hissəsi də olsa, ərazilərimizin bir qismini talan etməsinə son qoymaq istəyi qətiyyən maraqlı deyil.

Maraqlı olan alınan əmrin icrası, göstərişin yerinə yetirilməsidir.

Şuşa-Xankəndi yolunda indi soyuqda, sazaqda durmuş fəallar nə qədər şanlı və qəhrəmandırsa, “bu aksiya təşkil edilmiş prosedurdur” deyən zavallılar bir o qədər miskindir.

O aksiyada yanan tonqalın işığından qorxanların nə olduğunu isə hamımız bilirik.

Adını deməyə hacət varmı?