Trampın möhtəşəm nitqi
ABŞ prezidentinin ən kəskin sözləri Moskvaya ünvanlandı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“ABŞ-la vaxtaşırı görüşürük”
Əsəd: “Heç bir nəticə olmayacağını bilsək belə, cəhd edəcəyik”
-
Nyu-Yorkda siçovul böhranı
Leptospiroz xəstəliyinə yoluxanların sayında ciddi artım var
-
Nüvə müharibəsinə hazırlıq qızışır
ABŞ yeni döyüş başlığının istehsalına başlayır
-
Çinə qarşı kiber hücum ittihamı
Hakerlər ABŞ-ı susuz və enerjisiz qoymağa çalışıblar
-
95 milyard dollarlıq yardım
ABŞ Ukrayna, İsrail və Tayvana fantastik məbləğ ayırdı
-
Təyyarəsi yenə xarab oldu
NATO toplantısına maşınla getdi
-
Amerika seçicisi balans istəyir
Sorğuda respondentlərin əksəriyyəti “dünya siyasətinə daha az qarışılmasına” tərəfdardır
-
“Onlar insan deyil”
Tramp ölkədəki qeyri-qanuni mühacirləri hədəfə alıb
-
ABŞ terrordan qabaq işarə vermişdi
Putin qeyri-qanuni miqrasiyaya qarşı təhlükəsizlik tədbirlərinin artırılmasını əmr edib
-
“ABŞ seçkiyə kölgə saldı”
Nikolas Maduro: “Vaşinqtonda əsəblər gərgindir”
-
Vaşinqton və “boz ərazi”
Bayden administrasiyasının heç vaxt dəqiq strategiyası olmayıb
-
“Əlaqələr kəsilməməlidir”
ABŞ və Çin arasında kritik görüş – “Tayvan qırmızı xətdir”
-
5 milyard ödəyəcək
“Google” təzminat iddialarını qəbul edib
-
“Lego”dan ABŞ polisinə etiraz
Şübhəlilərin üzünün örtülməsinə görə ....
-
“Mən kampaniyamı dayandırıram...”
“Açıq sərhədlər, artan cinayətlər, rekord inflyasiya” ABŞ-da problemə çevrilib
-
NATO-ya qadın başçı
Dünyanın ən güclü hərbi ittifaqına qatı antirusiyaçı, keçmiş SSRİ vətəndaşı rəhbərlik edəcək
ABŞ prezidenti Donald Tramp Qərb dəyərlərinin təhlükə altında olduğu ilə bağlı xəbərdarlıq edib və insanların bu dəyərlər uğrunda mübarizə aparmaq istədiyi ilə bağlı sual qaldırıb. Tramp Böyük 20-lərin sammitindən öncə Polşaya səfər edib. Bu, Amerika prezidentinin Avropaya ikinci səfəridir. Polşada söylədiyi nitq zamanı Amerika lideri Rusiya ilə bağlı ən sərt açıqlamalar verərək, Moskvanın Ukrayna və Suriyada sabitliyin pozulmasına yönəlmiş hərəkətlərə son qoymalı olduğunu deyib.
Polşada hərarətlə qarşılanan Amerika prezidenti nasistlərə qarşı Varşava qiyamı zamanı həlak olanların xatirəsinə ucaldılmış abidənin qarşısında nitq söyləyib.
«Bu qəhrəmanlar bizə xatırladır ki, Qərb vətənpərvərlərin qanı ilə xilas edilib. Və hər nəsil ayağa qalxıb onun müdafiəsində öz rolunu oynamalıdır».
Tramp bildirib ki, müasir zəmanədə fundamental məsələ Qərbin özünü müdafiə etmək üçün istəyinin olub-olmamasıdır.
«Bizim dəyərləri bölüşən və bizim insanları seən yeni vətəndaşları hər zaman qəbil edəcəyimiz halda, bizim sərhədlər terrorizmin və ekstremizmin hər hansı forması üçün bağlı olacaq».
Minlərlə insandan ibarət izdihamlı kütlə bu sözləri alqışlarla qarşılayıb. Polşalıların çoxu prezident Trampın bəzi müsəlman ölkələrindən mühacirətə qadağasına müsbət münasibət göstərir və Polşanın müsəlman qaçqınları qəbul etməsi üçün qoyulmuş kvotaya qarşı çıxır.
ABŞ prezidentinin ən kəskin sözləri Moskvaya ünvanlanmışdı.
«Biz Rusiyanı Ukraynada və başqa hər yerdə sabitliyin pozulmasına yönəlmiş hərəkətlərini və Suriya və İran daxil olmaqla, düşmən rejimlərə dəstəyini dayandırmağa çağırırıq».
Prezident Tramp Polşanın NATO-nun müdafiə xərclərilə bağlı qarşıya qoyulmuş məqsədə nail olmaq səylərinə yüksək qiymət verib. O deyib ki, ABŞ-ın NATO müttəfiqlərinə xərclərin artırılması üçün təzyiqləri nəticə verməyib.
«Birləşmiş Ştatlar sözdə deyil, əməldə göstərdi ki, biz qarşılıqlı müdafiə xərclərinə dair 5-ci maddənin arxasında dayanırıq».
Tramp həmçinin Polşanın Rusiya qazından asılılığını azaldılması məqsədilə maye qaz ixracatını artırmağa söz verib. Onun Rusiya prezidenti Vladimir Putinlə ilk görüşü Böyük 20-lərin sammiti çərçivəsində keçiriləcək. Varşavada hərarətlə qarşılanma bu görüşdən öncə əvvəl mühüm məqam kimi dəyərləndirilir.
«Bu, Birləşmiş Ştatlarda seçicilərə və Brüsselə göstərəcək ki, bəzilərinin istədiyi kimi kiminsə Trampa müqavimət üçün koalisiya yaratmaq fikri ağlabatan deyil və mərkəzi Avropada bunun baş verməsini görmək istəməyən ölkələr var», təhlilçi Marek Matrajek bildirib.
Etiraz nümayişi keçirmək üçün toplaşmış kiçik qrup meydanın yaxınlığından uzaqlaşdırılıb. Lakin tərəfdarlar üçün bu, yadda qalan bir gün olub.
Varşava sakinləri bunları söyləyir: «O bizim mədəniyyətimizi müdafiə edib. O, zəmanəmizin təhlükələrindən, bizim azadlıqlarımızı, bizim kimliyimizi müdafiə etməkdən danışıb».
«Əhval-ruhiyyə, insanların müsbət reaksiyaları, onların onu qarşılaması həqiqətən də çox gözəl idi».
Polşada belə qarşılanan prezident Tramp Avropada söylədiyi ilk əsas siyasi nitqindən razı qalıb. Onun növbəti dayanacağı Böyük 20-lərin sammitinin keçirildiyi Hamburqdur və burada o bundan fərqli şəkildə qarşılana bilər.