vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
KRİMİNAL, CİNAYƏT  
22:27 | 10 iyul 2017 | Bazar ertəsi Məqaləyə 2766 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Gözlərini qan tutmuş kürəkənlər

Salyan sakini qaynatasını maşınla vurdu, Şəmkirdə isə qaynana bıçaqlandı

MÖVZU İLƏ ƏLAQƏLİ

Şəmkir sakini Gəncədə bıçaqlanıb. APA-nın verdiyi məlumata görə, Şəmkir rayon Əliyaqublu kənd sakini, 1966-cı il təvəllüdlü Nəsirova Səltənət Qulu qızı bədənin müxtəlif nahiyələrinin kəsilmiş yarası xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə ,qadın Gəncənin Gülüstan qəsəbəsində yaşayan qızı gilə qonaq gəlib və münaqişə zəminində kürəkəni tərəfindən bıçaqlanıb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.


***


Bu gün axşam saatlarında Salyan rayonunun Qarabağlı kəndində qaynaqçı kimi çalışdığı iş yerindən evinə qayıdan qayınata qızının həyat yoıdaşının idarə etdiyi «QAZel» markalı yük maşını ilə qəsdən vurulub.

Virtualaz.org saytının məlumatınna görə, 1963-ci ildə anadan olmuş kənd sakini Əli Seyfullayevin qızının 37 yaşlı həyat yoldaşı Vaqif Cavadovun ailəsində xeyli vaxtdır ki, münaqişə yaşanır. Elə hadisənin də ailə münaqişəsi zəminində baş verdiyi deyilir.

Yük maşınının vurması nəticəsində bədəninin sağ bud və sağrı nahiyələrindən xəarətlər alan qaynata Əli Seyfullayev Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırmalara başlanılıb.