“Etimadı itirənlər vəzifədən gedəcəklər”
Fəzail Ağamalıdan Elmar Vəliyevin işdən çıxarılmasına reaksiya
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Gəncə darvazaları haradadır?
Gürcülər əsas giriş qapısını satmağa razı olmazdı
-
Gəncə vağzalında yanğın
Ehtiyat xətdəki vaqonlar alışıb
-
Qədim şəhərin teatr tarixindən
Gəncə Dövlət Dram Teatrının sənət yolu
-
Gəncədə elektrobus işləyəcək
Yeni icra başçısı müqavilə imzalayıb
-
Gəncəlilər narazıdır
AFFA-nın “Kəpəz”dəki yeni təyinatlarından ...
-
Niyazi Bayramovdan bir ilk ...
Gəncənin icra hakimiyyəti başçısı prezidentin tapşırığı ilə sakinlərlə açıq görüşə getdi
-
Vəliyevin keçmiş komandası hədəfdə
Gəncədə torpaq alverçisi kimi tanınan Məharət Mustafayev işdən çıxarıldı və fəaliyyətinin araşdırılması üçün komissiya yaradıldı
-
Gəncəlilər nədən narazıdır?
Sakinlər yeni icra başçısının qəbulunda hansı problemlərdən gileyləndilər?
-
Bayramovdan gəncəlilərə bayram kimi sevinci
Yeni icra başçısı ilk görüşünü şəhər ağsaqqalları keçirdi
-
Gəncənin yeni icra başçısı Azad Rəhimovun qudasıdır
Gənclər və idman nazirinin yeganə övladı barədə bilinməyənlər
-
Müharibə veteranı, hüquqşünas ...
Gəncənin yeni icra başçısı kimdir?
-
Elmar Vəliyev işdən çıxarıldı
Prezident İlham Əliyev sərəncam imzaladı
-
Niyə Gəncə?
Baş verənlər Cənubi Qafqaza, Azərbaycana qarşı olan böyük planın bir bəndidir
-
Uduşumuz, qalibiyyətimiz dirənişimizdədir
Bu bıçağı verən əli də, onu tutanı da kəsmək lazımdı!
-
Gəncəni kimlər və niyə qanadır?
Prosesin arxasında bu paytaxtlar durur: ilk dəfə açıqlanan məlumatlar
-
Şəhid polislərlə vida mərasimi
Gəncəlilər dünən gecə baş verən təxribatın qarşısını alarkən həlak olan polkovnikləri son mənzilə yola salır
Bu gün Prezident İlham Əliyev bir neçə bölgəyə yeni icra başçısı təyin edib. Belə ki, Elmar Vəliyev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Həmçinin Niyazi Bayramovu Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub.
Prezidentin imzaladığı digər sərəncamlarla isə İbrahim Mustafayev Gədəbəy Rayon İcra Hakimiyyətinin, Vaqif Həsənov isə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı Modern.az-a deyib ki, İlham Əliyev bu ilin aprelin 11-də keçirilən seçkilərdə yenidən prezident seçildikdən sonra artıq ciddi xarakter daşıyan islahatları daha da dərinləşdirib.
“Ölkənin iqtisadi, hüquqi müstəvidə daha da təkmilləşdirilməsi, dövlətimizin möhkəmlənməsinə xidmət edən addımların atılması prezidentin siyasi, idarəçilik fəaliyyətində ən mühüm xarakter daşıyır. Əlbəttə ki, bu humanistlik prinsipinə söykənir”.
F.Ağamalı prezidentin icra başçıları ilə bağlı son təyinatlarının gözlənilən olduğunu bildirib:
“Bu, bir daha onu göstərir ki, ölkə başçının etimadını itirən, xalqa lazımi səviyyədə xidmət etməyənlər öz vəzifələrini itirəcəklər. Hesab edirəm ki, Azərbaycan xalqına xidmət etməyi özünə şərəf bilən, dövlət başçısının tapşırıqlarını birmənalı şəkildə yerinə yetirən, öz şəxsi ambisiyalarının quluna çevrilməyən insanlar vəzifəyə təyin olunduqdan sonra da bu proses davam edəcək. Əgər bu təyinatlar ayrı-ayrı məmurlar tərəfindən nəzərə alınmırsa, ibrət dərsi götürülmürsə əlbəttə ki, həmin dəyişikliklər onları da gözləyir. Mən çox istərdim ki, belə olmasın. Onlara prezident tərəfindən göstərilmiş etimadı yüksək səviyyədə doğrultsunlar, həqiqətən də Azərbaycan xalqının xidmətçisinə çevrilsinlər, hər zaman xalqın içərisində olsunlar, xalqın düşüncələrini, istəklərini öyrənsinlər, insanların məruz qalmış olduğu problemlərin, çətinliklərin həll edilməsi istiqamətində işlər görüsünlər. Bu, mənim və Azərbaycan xalqının gözləntisi, istəyidir. Ölkə başçısının hər bir addımı hər zaman olduğu kimi, indi də Azərbaycan xalqının və dövlətinin maraqlarına xidmət edir. Əmin olmaq istərdim ki, yeni təyinat alanlar dövlət başçısının etimadını yüksək səviyyədə doğruldacaqlar. Azərbaycan xalqının təmənnasız xidmətində duracaqlar. Hər zaman xalqımız tərəfindən sevimli məmura çevriləcəklər. Mənim arzum və istəyim budur”.
Deputat ümid edir ki, son hadisələr məmurların hərəkət və davranışlarında müəyyən ciddi dəyişikliklərə səbəb olacaq: “Hər kəs daşımış olduğu vəzifənin məsuliyyətini dərk edərək, yuxarıda sadaladığım keyfiyyətlərə söykənərək xalqımıza və dövlətimizə xidmət göstərəcək. Azərbaycan xalqı ilə prezident arasında mövcud olan birliyə, vəhdətə yeni-yeni töhfələr verəcəklər. Mən buna inanmaq istərdim. Yeni təyinat alanlara da cansağlığı, işlərində müvəffəqiyyətlər arzu edirəm. Arzu edərdim ki, onlar haqqında mətbuatda, ictimai rəydə ancaq xoş fiikirlər səsləndirilsin”.
Mirmahmud KAZIMOĞLU