Azərbaycan-Aİ əməkdaşlığının möhkəmləndirilməsinə töhfə
Latviya ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdırılması dövlət maraqlarımıza cavab verir
Rufik İSMAYILOV, kaspi.az
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Sülh müqaviləsi 80 faiz razılaşdırılıb”
Prezident İlham Əliyev: “AB Komissiyası Azərbaycanı Avropanın etibarlı tərəfdaş adlandırır”
-
Prezidentin BƏƏ-nə səfəri
BMT TŞ-da dəstək, Makron-Paşinyan cütlüyünə cavab, İran əleyhinə...
-
Qərbi Azərbaycanda dəyişdirilən türk mənşəli toponimlər
Vaxt gələcək, tarixi yer-yurd adlarımız bərpa olunacaq...
-
Hədəf 15 milyarddır
Türk dövlətləri ilə ticarət rekord həddə
-
Sadəcə, İlham...
Səbirli, heç nəyi əvvəldən açıqlamayan və nəyi nə vaxt edəcəyini bilən ...
-
Azərbaycanda lüks hotellərin daha bir brendi
“The Ritz-Carlton Baku” hotelinin açılışı olub
-
Latviya parlamentində “cadugər”
“Müasir ifritə” kimi tanınan Sanita Petere deputat köməkçisi oldu
-
270 yaşlı tarixi abidə
Şəki Xan məscidi kompleksi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub
-
Dünya İrsi Siyahısındakı “Yuxarı Baş”
Qoruqdakı təmir-bərpa işləri sayəsində Şəkinin tarixi mərkəzi bütün zənginliyi ilə göz oxşayacaq
-
Aİ ilə Fransanın fərqi ...
Avropa separatizmdən yarasa işıqdan qorxan kimi qorxur
-
Bakı Vaşinqtonu inandıra bilsə, ...
İranın vurulması Zəngəzurdan başlamalıdır
-
Putin narahatdır
Doqquz gündə üçüncü zəng nələrinsə plan üzrə getmədiyini göstərir
-
Prezidentdən mühüm mesajlar
Brüssel görüşündən imtina, İrana gözdağı, Zəngəzur dəhlizi ilə bağlı yekun fikir
-
O tayın və bu tayın lideri
İlham Əliyev Helmut Kolun yolunu gedir – hamını inandırmaq
-
Əliyev açıq danışdı
İran təxribatlarından sonra ilk dəfə hər şeyi öz adı ilə adlandırıldı
-
Gərgin mərhələyə qədəm qoyuruq
“Güney azərbaycanlıların hüquqları məsələsi İranın daxili işidir” dövrü geridə qaldı
Prezident İlham Əliyev ötən həftə Latviyada rəsmi səfərdə olub. Səfər çərçivəsində Azərbaycan dövlət başçısı latviyalı həmkarı Raymonds Veyonis, baş nazir Maris Kuçinskis və Latviya Seyminin sədri İnara Murnietse ilə görüşlər keçirib, ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrinin uğurla inkişaf etməsinə, daha da genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.
Müzakirələr zamanı Azərbaycan-Latviya münasibətlərinin Azərbaycan-Avropa İttifaqı münasibətləri çərçivəsində önəmi qeyd edilib, Hökumətlərarası Komissiyanın fəaliyyəti müzakirə olunub, ticarət dövriyyəsinin artırılması üçün imkanların araşdırılması, ixrac-idxal potensialının müəyyənləşdirilməsi, kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq məsələlərindən danışılıb. Prezident R.Veyonis Latviya dövlətinin ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyini, gələcəkdə də Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının möhkəmləndirilməsi işinə töhfə verəcəyini vurğulayıb. Səfər çərçivəsində Azərbaycan və Latviya arasında mühüm sənədlər, eləcə də prezidentlər tərəfindən «Azərbaycan ilə Latviya arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə» imzalanıb.
Prezident İ.Əliyev imzalanan Bəyannamənin xüsusi əhəmiyyətini vurğulayaraq, Avropa İttifaqının üzvü olan 11 ölkə ilə Azərbaycanın strateji tərəfdaşlıq haqqında sənədlərinin olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələrdə enerji məsələləri ön plandadır. Burada da Azərbaycan etibarlı tərəfdaş kimi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində öz rolunu oynayır və oynayacaqdır. Dövlət başçısı Azərbaycan qazının Avropa məkanına çatdırılacaq yeganə yeni mənbə olduğunu xatırladaraq, bunu ölkəmizin üstünlüyü kimi dəyərləndirib. Bildirilib ki, Latviyanın bu əlaqələrin inkişafında çox böyük rolu var. Prezident İ.Əliyev Azərbaycan-NATO əlaqələrinin uğurla inkişafında da ölkəmizin hər zaman Latviyanın dəstəyini hiss etdiyini söyləyib. Səfər çərçivəsində Riqada Latviya-Azərbaycan biznes forumu da keçirilib. Prezidentlər biznes forumun açılış mərasimində iştirak edərək, ölkələrimiz arasında iqtisadi, ticari əlaqələrin inkişaf perspektivinə dair fikirlərini bildiriblər.
Milli Məclisin Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa mövzu ilə bağlı «Kaspi»yə açıqlamasında Latviyanın Avropa İttifaqının üzvü olmasına xüsusi diqqət çəkib. Bildirib ki, bu ölkənin Avropa İttifaqına digər üzv dövlətlərlə yaxın olması nəzərə alınarsa, rəsmi Riqa ilə bütün sahələrdə münasibətlərin qurulması, ölkələrimiz arasında münasibətlərin inkişaf etdirilməsi yalnız məmnunluq doğurar: «Beynəlxalq aləmdə, eləcə də nüfuzlu təşkilatlarda Azərbaycanın maraqlarının qorunmasına çalışmalı, bunun əksinə olacaq, maraqlarımıza zidd hər hansı addımların qarşısının alınması üçün də hazırlıqlı, tədbirli olmalıyıq. Bu baxımdan da Azərbaycan-Latviya münasibətlərinin qurulması, inkişaf etdirilməsi vacibdir. Digər tərəfdən, ikitərəfli əlaqələrin inkişaf etdirilməsində sözsüz ki, hər iki tərəfin maraqlarına uyğun məqamlar var. Bu məqamlardan doğru istifadə etmək vacibdir. Bütün bunları nəzərə alsaq, Azərbaycan Prezidenti İlham Əliyevin Latviya səfəri böyük əhəmiyyət daşıyır. Ən azından, Avropa İttifaqında müəyyən rolu olan ölkələrin Azərbaycana dəstək verməsi bizim ümumi işimizin faydasınadır».
İşçi qrupunun digər üzvü, Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ Rayon Təşkilatının sədri Aydın Hüseynov da hesab edir ki, Avropa İttifaqının üzvü olan Baltikyanı ölkələrlə, o cümlədən Latviya ilə münasibətlərin qurulması, strateji tərəfdaşlıq səviyyəsinə çatdırılması Azərbaycanın dövlət maraqlarına cavab verir. Onun sözlərinə görə, vaxtilə sovetlər birliyinin tərkibində olan Azərbaycan və Latviya arasında mədəni, iqtisadi əlaqələr mövcud olub: «Zaman keçdikcə bu əlaqələr genişlənib, hazırda müstəqillik dönəmində daha da inkişaf etdirilir. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu xarici siyasətinin təzahürüdür. Dövlət başçımızın Riqada olduğu müddətdə ölkələrimiz arasında nəqliyyat, rabitə və yüksək texnologiyalar, yükdaşımaları, fövqəladə hallar, təhsil sahələrinə dair sənədlər imzalandı. Cənab Prezidentin də vurğuladığı kimi, Azərbaycanın ərazi bütövlüyü məsələləri Latviya tərəfindən dəstəklənir. Prezidentlər tərəfindən imzalanan Bəyannamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı çox önəmli məsələlər əksini tapıb, qeyd olunub ki, bu məsələ BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, Azərbaycan sərhədlərinin toxunulmazlığı çərçivəsində həllini tapmalıdır. Dövlət başçısının təbirincə desək, bu, ədalətli, obyektiv mövqedir. Bununla yanaşı, Azərbaycanda istehsal olunan və ehtiyac duyulan məhsulların Latviyaya ixrac edilməsi, həmçinin lazımi məhsulların Latviyadan idxal edilməsi də səfər çərçivəsində müzakirə edilib. Biznes forumda qarşılıqlı ticarət əlaqələrinin inkişafı üçün imkanlar diqqətə çatdırılıb. Turizm sahəsində əməkdaşlığa da toxunularaq, Riqa-Bakı reyslərinin müntəzəm həyata keçirilməsi üçün müvafiq göstərişlər verilib. Şimal-Cənub nəqliyyat dəhlizinin üzərində yerləşən ölkələrdən biri kimi, Latviya Azərbaycanla bərabər iş aparır. Bunun kimi bir çox misallar gətirmək olar ki, ümumilikdə atılan hər bir addım ölkələrimizin maraqlarına tamamilə cavab verir».