vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
ŞOU BİZNES  
13:11 | 16 yanvar 2014 | Cümə axşamı Məqaləyə 2876 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sərvətinin yarısın istədi

Mübariz Mənsimovsa ondan boşanmaq istəyən arvadının iki maşınını zorla əlindən aldı

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanlı iş adamı, «Palmalı» şirkətlər qrupunun sahibi Mübariz Mənsimov boşanmaq üçün məhkəməyə müraciət edən həyat yoldaşı Tamara Mənsimova qarşı savaşa başlayıb. «Qafqazinfo» Türkiyə KİV-nə istinadən xəbər verir ki, Azərbaycanda sahibi olduğu bir jurnalın rəhbəri Ülviyyə Qasımova adlı xanımla əlaqələrinin ortaya çıxmasında sonra həyat yoldaşı ilə münasibətləri korlanan iş adamına qarşı Tamara boşanma davası açıb və Mənsimovun 6 milyard dollarlıq mal varlığıın yarısını tələb edib. Əri ilə nikahdan kənar əlaqələrinə görə isə Ülviyyə Qasımovadan 1 milyon lira dəyərində təzminat tələb edib.

Buna cavab olaraq Mübariz Mənsimovun vəkili iki polisin müşayiəti ilə Tamara Qurbanoğlunun yaşadığı Beşiktaşdakı lüks evə gedib və qarajdakı «Bentley» və «Audi» markalı avtomobilləri alaraq oradan uzaqlaşıblar. Durumu vəkilinə bildirən Tamara Qurbanoğlu axtarış qərarı, prokurorun əmri və ya məhkəmə qərarı olmadan belə bir davranışın hüquqa zidd olduğunu öyrənib. O, eyni zamanda Mənsimovun vəkili və iki polisin cinayət törətdiklərini iddia edərək onlardan polisə şikayət edib.
Qeyd edək ki, Mübariz Mənsimovun Tamara Mənsimovadan 3 uşağı (2 qız, bir oğlan) var, Ülviyyə Qasımovadan isə bir oğlu var.