

... Yaxud mafiyaya, xalauşaqlarına bağlı hücum tayfasının zingiltisi
“Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası başlayır
Mübariz Mənsimovdan Elçibəyə böyük jest
«PalSüd» əməkdaşları və fermerlər kütləvi etirazlara başladılar
Mübariz Mənsimov nazirliyə sualtı qayıq bağışladı
Ağ-yaşılların rəsmisindən tükürpədici açıqlamalar
Mübariz Mənsimov Çətin məsələsini asan həll etdi
«Türkiyə kürd nefti ilə İraq neftini ayrı-ayrı çənlərdə anbarlamağa razıdır»
İş adamı iki yaşlı qıza 500 min avro bağışladı
Türk mediyası Mustafa Dənizlinin texniki direktor olduğu «Xəzər Lənkəran»da böyük bir skandaldan yazdı
«Banişevski» yenidən tikiləcək
Prokurorluq cinayət işi açıb
Mübariz Mənsimovsa ondan boşanmaq istəyən arvadının iki maşınını əlindən aldı
Mənsimovun gülləyə tutulan tankeri haqda son məlumat
«...savaba görə cəhənnəm çəkənlər»
Mübariz Mənsimov “Beşiktaş” rəhbərliyində təmsil oluna bilər
Bu gün İstanbul yaxınlığında, Tuzla şəhərinin tərsanələrindən birində «Palmali» Şirkətlər Qrupuna məxsus 7 min tonluq yük qabiliyyətinə malik yeni tanker suya buraxılıb.
«Palmali» Şirkətlər Qrupunun mətbuat xidmətindən verilən məlumata görə, şirkət prezidenti Mübariz Mənsimovun təşəbbüsü ilə tankerə Məcid Aslanovun adı verilib.
Qeyd edək ki, Məcid Mənsim oğlu Aslanov 1900-cu ildə Masallı rayonunun Miyankü kəndində dünyaya gəlib. O, Palmali Şirkətlər Qrupunun qurucusu və prezidenti Mübariz Mənsimovun babasıdır. Bu zəhmətkeş insan Mübariz Mənsimovun həyatında atası və anası qədər böyük rol oynamış, onun ilk və ən önəmli həyat müəllimi olub. Mübariz Mənsimov babasından namusla və halal yaşamağı, Vətənə və millətə sevgini, zəhmətkeşliyi, dürüst olmağı, yalan və riyakarlığa nifrəti öyrənib.
Bakıda doğulub və təhsil almasına baxmayaraq Mübariz Mənsimov bütün məktəb tətillərini Azərbaycanın ən dilbər guşələrindən biri olan Miyanküdəki ata evində keçirib. El-obasına, Vətəninə, onun bənzərsiz təbiətinə, qorxmaz insanlarına olan sevgi və bağlılıq da Mübariz Mənsimova məhz babası və nənəsinin yanında keçirtdiyi illər zamanı aşılanıb.
Məcid Mənsim oğlu Aslanov 1941-ci ildə SSRİ-nin II Dünya Müharibəsinə qatılmasıyla o da savaşa yollanıb. Taqanroq diviziyasında döyüşən M.Aslanov 1943-cü ildə ağır yaralanmasına rəğmən geri dönməyib və Berlinə qədər çətin döyüş yolu keçib. 1945-də müharibənin bitməsinə baxmayaraq 1947-ci ilə qədər Sovet ordusunun Almaniyadakı qoşunlarında əsgərlik xidmətinə davam edib.
Onun 6 övladından olan 60 nəvəsi, 100-dən artıq nəticə və kötükcəsi bu gün dünyanın müxtəlif ölkələrində yaşamaqdadır. Məcid Aslanov 1993-cü ildə vəfat edib.
Bu gün dünyanın ən böyük dəniz daşımaçılığı ilə məşğul olan şirkətlərindən birini qurmuş Mübariz Mənsimov böyüklərinə olan vəfa borcunu az da olsa ödəyə bilmək, onların adını əbədiləşdirmək üçün növbəti gəmilərindən birinə ``Məcid Aslanov`` adını verməyi qərarlaşdırıb…
Bununla bağlı keçirilən mərasimdə «Palmali» Şirkətlər Qrupunun birinci vitse-prezidenti Maarif Mənsimov, şirkət rəhbərliyi, bir sıra yerli və xarici qonaqlar iştirak edib.
Yeni layihəyə əsasən hazırlanan tanker daha da gücləndirilmiş dəniz funksiyasına malik olmaqla, bütün beynəlxalq daşıma tələblərinə tam cavab verir. Layihələndirmə zamanı dünya neft şirkətlərinin xüsusi tələbləri və əlavə ekoloji məhdudiyyətlər nəzərə alınıb. (ANS)