
FİFA-2026-da qeyri adi şou
Dünya Kubokunun finalındakı fasilədə ilk dəfə “Coldplay”in hazırlayacağı şou nümayiş olunacaq
Dünya Kubokunun finalındakı fasilədə ilk dəfə “Coldplay”in hazırlayacağı şou nümayiş olunacaq
Ticarət problemləri yaşayan ABŞ və Kanada eyni zamanda ən məşhur mundiala evsahibliyinə hazırlaşır
FİFA futbolu NBA-laşdırır
ABŞ Dövlət katibi Dünya Çempionatındakı qol sarğısı qərardan narazıdır
İnfantino gözlənilməz cavabla Qərbin ikiüzlülüyünü qınayıb
“İran dünya çempionatından kənarlaşdırılmalıdır”
Platini: “Ədalətin, nəhayət, zəfər çalmasına görə şadam”
FİFA 2026-cı il Dünya Çempionatının keçiriləcəyi şəhərləri müəyyənləşdirib
... Yaxud mafiyaya, xalauşaqlarına bağlı hücum tayfasının zingiltisi
Bizdən geri olan Malta da, Latviya da bizə qalib gəlir
FİFA İrana qarşı tələb irəli sürdü
“Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası başlayır
Mübariz Mənsimovdan Elçibəyə böyük jest
Bəxtiyar Musayev od püskürdü: «Keyfiyyəti düşünən yoxdu»
Başlanmasına 200 gün qalan mundialın təqvimi də məlum oldu
Moskvada DÇ-nın püşkatma həyəcanı başlayır
Beşiktaş Klubunun Konqre üzvü olan və hazırda Kasımpaşa klubunun idarə heyətində yer alan Mübariz Mənsimovun sahibi olduğu «Xəzər Lənkəran»la bağlı Türkiyə mediasında sensasion məqalə dərc olunub. Belə ki, klubun vitse prezidenti və həmçinin klubun İdarə Heyətinin sədri Tuyqun Nadirov əcnəbi futbolçuların və onların menecerlərinin pullarını ödənməməsi və legionerlərin keçmiş klublarına ödəmələrin edilməsi ilə iddia irəli sürülür. Bütün bunlarla bağlı şikayətçilərin FİFA-ya müraciət edildiyi bildirilir.
3000 KM. YOL GETDİK, VERDİKLƏRİ SÖZLƏRİ TUTMADILAR
İspaniyalı menecer Toni Kruea «Radyospor»un əməkdaşı Özgür Sancara vediyi açıqlamada Bütün İspaniya və Avropa «Xəzər Lənkəran»ın bir yalan maşını, saxtakar olduğunu bilir. Qeyri professional və saxtakardırlar.
Kruea sözlərinə Lənkəran klubu haqda təəssüratlarını danışıb: ««Xəzər Lənkəran»a xeyli İspaniyalı oyunçu apardım. Amma onlar həqiqətən qeyri-professionaldırlar. Bütün oyunçulara problem yaratdılar. Aramızdakı heç bir anlaşmaya, verdikləri heç bir sözə sadiq qalmadılar. Bizi aldatdılar. 2 il yarım əvvəl «Barselona»nın alt yapısında yetişən Mario Rosası ora apardım. Puyol, Valdes, Xabinin ilk dönəmlərində o katalon klubundaydı. Digər bir futbolçu Daniel Martin. «Real Betis»in hücumçusu olub. Bir sözlə bizim verdiyimiz sözlərə sadiq qalmamıza rəğmən, Nadirov vədlərinin heç birini yerinə yetirmədi. Oyunçularımın və mənim pullarımızı ödəmədilər. Bizi peşman etdilər. Bilir ki, Mənsimov nüfuzlu və hörmətli bir insandır. Amma bütün olanlara necə göz yumur, bunu başa düşmürük».
HƏTTA TİBBİ YOXLANIŞIN NƏTİCƏLƏRİNİ DƏ İNKAR ETDİLƏR
FİFA meneceri sözlərinə belə davam edib: «Nadirov Marionu alacağıq dedi. Getdik tibbi yoxlamaya. Tamilə sağlam çıxmasına baxmayaraq «Xeyir, sağlam deyil. Problemi var» deyib imtina etdi. Gözümün içinə baxa-baxa yalan söylədi. Bütün telefon danışıqlarımızda və email yazışmalarımızda Həm Mario, həm də Martini ilə bağlı bütün məsələlərdə razılaşmışdıq. Buna görə hər iki futbolçunu Bakıya apardım. 5 gün sonra Martinlə birlikdə İspaniyaya qayıtmaq məcburiyyətində qaldıq. Çünki razılaşdığımız məbləğin yalnız 50 faizini ödəyə biləcəyini dedi. Biz Çempionlar Liqası və La Liqada oynamış təcrübəli futbolçulardan bəhs edirik. Mario ilə tam 30 gün Azərbaycanda qaldıq. Tuyqun Nadirov etdiyimiz anlaşmaları dəyişdirməyə çalışırdı, vədlərini tutmurdu. Bundan başqa mənim təmsilçilik haqqımı da «çeynədi». Azəarbaycanda yol və qalmaq xərclərimizi belə ödəmədilər. O insan saxtakarın biridir. Üzümüzə baxa-baxa bizi aldatdı.
Artıq «Xəzər Lənkəranın» İspaniyada və Avropada çox pis bir şöhrəti var. Onlar səs salacaq bir komanda qurmaq istəsələr də, heç kim onlara güvənmir. Bu yaratdıqları «imic» səbəbindən o kluba məşhur bir futbolçu gətirə bilməzlər. O klubdan FİFA-ya şikayət etdik. Bütün İspaniya və Avropa onları qeyri professional kimi tanıyır. 3 min km yol getdik. Nə pulumuzu verdilər, nə də xərclərimizi qarşıladılar. Həm məni, həm də futbolçularımı olmayacaq dərəcədə peşman etdilər».