
Yunis Hüseynov yenə həyəcanlanıbmış
«Fikirləşdim ki, yenə həmin şey təkrarlanacaq?»
«Fikirləşdim ki, yenə həmin şey təkrarlanacaq?»
Bəxtiyar Musayev od püskürdü: «Keyfiyyəti düşünən yoxdu»
Niyə Premyer Liqanın oyunlarında azarkeş olmur?
Bu komanda, bu futbol bunu haqq etmir!
Ağ-yaşılların rəsmisindən tükürpədici açıqlamalar
PFL prezidentinin məqsədi klub yaratmaq yox, pul toplamaq olub
Honduraslı futbolçu ləvəngini və Lənkəranı həsrətlə xatırlayır
Etiraza səbəb «Bakı»nın əməkdaşının fasilədə hakimlər otağına girməsi olub
«Sadəcə, finala çıxmaq istəyirik»
«Neftçi»nin prezidenti əzələ nümayiş etdirən kimdir?
«Xəzər Lənkəran»ın qapıçısı məşqçisinə kəllə atdı
PFL prezidenti Mustafa Dənizliyə nə təklif etdi?
«Xəzər Lənkəran» da xal itirdi
«Verilən qərara hər bir klub hörmət etməlidi»
«Hazırlıq oyunlarının komandalara bir o qədər də xeyri yoxdu»
Mübariz Mənsimovun klubuyla bağlı ikinci beynəlxalq skandal
«Xəzər Lənkəran»ın baş məşqçisi Oğuz Çətin Azərbaycanı tərk edib.
Məlumata görə, az öncə vətəninə yola düşən türkiyəli çalışdırıcı böyük ehtimalla bir daha cənub təmsilçisinin sükanı arxasında olmayacaq.
Komandada gəncləşdirmə siyasəti aparılacağından rəhbərlik mövsümü O.Çətinlə deyil, yerli mütəxəssislərdən biri ilə davam etməyi düşünür. Çox güman Oğuz Çətini ya hazırda klubda idman direktoru postunu tutan Yunis Hüseynov, ya da əvəzedici komandanın baş məşqçisi Elbrus Məmmədov əvəzləyəcək.
Qeyd edək ki, «Xəzər Lənkəran» qış fasiləsinə 5-ci pillədə yollanıb. «Ağ-yaşıllar» 18 turdan sonra cəmi 20 xal toplayıb.
Apasport.az saytının komandadan əldə etdiyi məlumata görə, O.Çətin istefa ərizəsini klub prezidenti Mais Mənsimova təqdim edib. Hər zaman komanda rəhbərliyindən dəstəy aldığını bildirən O.Çətin işinin öhdəsindən gələ bilmədiyi üçün cənub klubundan getmək qərarına gəlib.
Yunis Hüseynovun isə komandanın sükanı arxasına keçməyəcəyi də dəqiqləşib.
Qeyd edək ki, klubun sahibi Türkiyədə yaşayan azərbaycanlı milyarder, «Palmali» şirkətlər qrupunun prezidenti Mübariz Mənsimovdur.