vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
REGİON  
10:46 | 20 iyul 2017 | Cümə axşamı Məqaləyə 2581 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiya yüzlərlə T-90 tankını hara göndərir...?

«Sanballı müqavilədir, konkret məbləği açıqlaya bilmərəm, lakin miqdar çox böyükdür»

F.MƏMMƏDOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya dünyanın ən güclü tankı hesab olunan T-90 tanklarının böyük partiyasını İraqa göndərir. Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, iki ölkə arasında T-90 tanklarının böyük partiysının alqı-satqısına dair müqavilə bağlayıb. Məlumatı jurnalistlərə Rusiya prezidentinin hərbi-texniki əməkdaşlıq məsələləri üzrə köməkçisi Vladimir Kojin açıqlayıb.

«Böyük partiya tanklarının satışına dair sanballı müqavilədir, konkret məbləği açıqlaya bilmərəm, lakin miqdar çox böyükdür», - Kojin bildirib.

Strategiya və texnologiyaların analizi Mərkəzinin ekspertlərinin qiymətləndirmələrinə görə  müqavilənin məbləği 1 milyard dollardan çoxdur, tankların sayı isə bir neçə yüzdür. Bu müqavilənin yerinə yetirilməsindən sonra İraq ordusu həm Rusiya, həm Amerika tankları ilə komplektləşdirilmiş olacaq.

«İzvestiya» qəzetinin yazdığına görə müasir Rusiya tankları T-90 İraq Müdafiə Nazirliyinin diqqətini Suriya və İraqda gedən hərbi əməliyyatlar zamanı cəlb edib. Maşın yüksək manevr qabiliyyətinə, atəş gücünə malikdir, nisbətən kiçik qabaritlərinə və çəkisinə görə seçilir. Rusiya KİV-ləri xatırladır ki, T-90 tankları çox az ölkənin-Rusiya, Hindistan, Azərbaycan, Əlcəzair və qismən Suriya ordusunun silahlanmasında yer alır.

Bundan əvvəl İraq Müdafiə Nazirliyi 70 T-90 tankının alınacağını açıqlamışdı, lakin məlum olub ki, bu, alınması planlaşdırılan tankların ancaq birinci partiyasıdır.

Qeyd edək ki, Rusiya İraq və Suriyada gedən hərbi əməliyyatlardan özünün ən eni silah növlərini reklam etmək, nəticədə onlara müştərilər tapmaq üçün istifadə etdiyini gizlətmir. Eyni zamanda Rusiya Suriyada bir sıra yeni silahlarını da sınaqdan keçirib. Məsələn, «Kalibr» qanadlı raketləri ilk dəfə Suriyada tətbiq olunub. T-90 tanklarını isə Rusiya əvvəlcə məhdud sayda Suriya ordusuna verib. Bunlar həmin tankların ixrac üçün nəzərdə tutulmayan nisbətən köhnə variantları idi. Daha sonra Rusiya Suriyaya həmin tankların müasir variantlarını da göndərib. İnternetdə yayılan videogörüntülərə əsasən Suriya hərbi əməliyyatlar teatrında T-90 tankı ilə Amerika istehsalı olan tank əleyhinə raktlərin bir neçə «qarşılaşması» olub, bu döyüşdə Rusiya tankı aktiv və dinamik müdafiə sistemləri sayəsində salamat qala bilib.

İraq ordusuna gəldikdə isə onu indiyə qədər əsasən Amerika silahlandırırdı. Lakin belə görünür ki, Rusiya bu ölkəyə T-90 tanklarının böüyk partiyasını satmaqla həm də Bağdad üzərində siyasi təsir imkanlarını genişləndirdiyini nümayiş etdirir. Vaxtilə Səddam Hüseyn dövründə İraq Rusiya silahlarının əsas müştərilərindən biri idi, lakin sovet dövründə İraqda satılan silahlar amerikalılarla qarşılaşmada Səddamı xilas edə bilmədi.